Bazar günü, 2024-12-22, 9:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 14 » Aşura gününün əməlləri
11:44 AM
Aşura gününün əməlləri
Aşura günün əməlləri.


İmam Hüseyn (ə) buyurmuşdur: Hər kim bir möminin çətinliyini həll etsə Allah onun dünya və axirət çətinliyini həll edər.
İmam Hüseyn (ə) buyurmuşdur: Mən ölümü səadət, zalimlərlə birgə yaşamağı isə ar hesab edirəm.
Bu gün İmam Hüseynin şəhid olduğu gündür. Bu gün imamların və onları sevib ardınca gedənlərin müsibət və hüzn günüdür. İmamlara sevgisi olan hər bir kəsə lazımdır ki, bu gündə dünya işlərinin dalınca getməsin, evinə bir şey almasın! Öz əzizlərinə-qohumlarına qurduğu matımdən çox İmam Hüseyn əleyhis-səlama yas saxlasın! Onun, 72 şühədanın və əhli əyalının başlarına gələnləri yad edib əza məclisləri qursun! Həmin gün, axşam namazına 1 saat qalana qədər yemək yeməsin, su içməsin (oruc niyyət etmədən). Yemək yeyəndə isə ləziz yemək yeməsin! İmam Rza (ə) buyurmuşdur : Hər kim Aşura günü dünya işlərinin dalınca getməyi tərk etsə Allah onun dünya və axirət işlərini həll edər.Hər kim Aşura gününü özünə müsibət, hüzn və ağlamaq günü etsə Allah qiyamət gününü onun sevinc və fərəh günü edər. Cənnətdə bizimlə gözü işıqlanar. Hər kim Aşura gününü bərəkətli gün adlandırıb oruc tutsa Qiyamət günü Yezid lənətliklə birgə olar. Əhlibeytə (ə) məhəbbəti olanlar öz əzizi vəfat edəndə olduğu kimi, təzə paltar geyinməsin, bu gün gülməsin, bir-birinin əlini sıxmasın! Bacarsan bu gün 1000 dəfə imam Hüseynin (ə) qatillərinə lə’nət de: (allahumməl’ən qətələtəl Hüseyn əleyhissalam). Hər kəs bu gün 100 dəfə ixlas sursəsini oxusa Allah Taala mərhəmət gözü ilə baxar.

Peyğəmbərimiz (s.ə.s) buyurmuşdur : Həqiqətən Hüseyn (ə) hidayət (doğru yönəltmə) çırağı və nicat gəmisidir!


Salam olsun sənə ey Allahın dostu İbrahimin (ə) varisi! Salam olsun sənə ey Allahın həbibi (sevimlisi) Muhəmmədin (s.ə.s) varisi! Salam olsun sənə ey hər iki dünya qadınlarının xanımı Fatimeyi Zəhranın (ə) varisi! Salam olsun sənə ey Peyğəmbərin balası Şəhid Həsənin (ə) varisi!

Allahın salamı olsun sənə ey Şəhid! Ey Şəhid oğlu! Ey Şəhid qardaşı! Ey Şəhidlər atası Hüseyn!
Ey mənim mövlam Hüseyn (ə)! Mən bu gün Allahın və sənin qonağınam! Allah-taaladan istə ki, bizi Cəhənnəm atəşindən azad etsin! Gözümüzə nur, dinimizdə gözüaçıqlıq, qəlbimizə yəqinlik, əməlimizə ixlas, canımıza salamatlıq, ruzimizə bolluq və ölənə qədər Ona şükr etməyi bəxş etsin! Müsəlmanların pozulmuş işlərini düzəltsin! Qarabağı azad etmək şücaətini bizə qismət etsin! Yaxşı işlərə dəvət etməyi və pis işlərdən çəkindirməyi bizə də nəsib etsin! 12-ci İmam Mehdi Sahibəz-zamanı (ə) bizdən, bizi də ondan razı etsin!

Aşura gecəsinin əməlləri


1-ci. 100 rəkət namaz. (yə’ni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yə’ni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyil əzim.
2-ci. Əmirəl mö’minin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .
3-cü. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar."



Məhərrəm ayı Hicri tarixiylə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala ət-Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Bəkrdən (r.a) rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari rəvayət etmişdir 2958).Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib; "Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır" (Mülim rəvayət etmişdir 1982).İbn Abbas (r.a) rəvayət edir ki; "Peyğəmbər (s.a.s) Mədinəyə gəldi və gördü ki, yəhudilər Aşura günü oruc tuturlar və dedi ki, bu nədi? Dedilər bu saleh bir gündür, bu gündə Allahu Təala İsrail oğullarını düşmənlərindən qurtardı və Musa bu gündə oruc tutdu. (Peyğəmbər) Dedi: Musaya haqqım sizdən də çoxdur. (Peyğəmbər həmin günü) Oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi."
Yuxarıdakə ayə və hədislərdən Məhərrəm ayının fəzilətini və müqəddəsliyini görə bilərik, xüsusilə də bu ayda olan Aşura günündə oruc tutmağın əhəmiyyətini. Bunlara aydınlıq gətirməzdən əvvəl qısaca olaraq Aşura günü haqqında məlumatı nəzərinizə çatdıraq və sonra bu gündə oruc tutmağın fəzilətləri haqqında yazaq.

Aşura günü nədir?

Aşura günü Məhərrəm ayının 10-cu günüdür. 

Niyə bu gündə oruc tutulur?

Allahu Təala Musa peyğəmbəri (ə.s) və onun qövmünü Firondan qurtardığına görə şükr edərək bu gündə oruc tuturuq. 

Bu gündə oruc tutmağın nə fəziləti var?

Əbi Qatədə (r.a) deyir ki; "Peyğəmbərdən (s.a.s) Aşura gününün orucu haqqında soruşdular. Dedi : Allahdan (bu orucla) bundan əvvəlki ilin günahlarını təmizləməsi mükafatını istəyirəm" 

Necə oruc tutulur?

Ən yaxşısı bu Aşura günündən əvvəl bir gün oruc tutmaq, Aşura gününü tutmaq və ondan bir gün sonranı da tutmaq. Doqquzuncu və onuncu günü də tutmaq olar və yaxud ancaq Aşura gününü tək oruc tutmaq olar. 

Bu münasibətlə oruc tutmağın nə kimi faydaları var?

- Peyğəmbərimizin (s.a.s) etdiyi sünnəti davam etdirmək.

- Bu gündə Musa (ə.s) oruc tutmuş, ondan sonra Peyğəmbərimiz (s.a.s) və sonra onun səhabələri oruc tutmuşlar.

- Bu günün müqəddəsliyi və əzəmətliyi qədimdir.

- Yəhudilərə müxalif olmaq üçün bu gündə oruc tutmaqdan əlavə bir gün əvvə və bir gün sonra oruc tutmaq daha fəzilətlidir. 

- Bu ayı başqa ümmətlərin də qeyd etdiyini görərək bizə məlum olur ki, bizdən əvvəlki əsrlərdə yaşayan millətlər və qövmlər öz tarixlərini ayla hesablayırdılar, indiki miladi tarixiylə deyil.


Mənbə: Islam-Azeri.Az
Category: Diger me'lumatlar | Baxış: 1330 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 Ali   (2010-12-16 3:37 PM) [Daxil et]
Allah razi olsun, amma duzelish etmek isteyirem: Bildiyime gore Ashura gunu shiyelere oruc tutmaq mekruhdu.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]