Əsas səhifə » 2012 Yanvar 24 » Anlaşılmaz bəşər övladı
5:26 PM Anlaşılmaz bəşər övladı | |
Anlaşılmaz bəşər övladı- Heç ölməyəcək kimi yaşayar, yaşamamış kimi ölər. ![]() Sabahı düşünərkən bu günü unudar. Bir sözlə, nə bu günü, nə də dünəni yaşamadan arxada bir ömür qoyar. ![]() Özünü başqalarına sevdirmək istəyər, amma başqalarını necə sevməli olduğunu heç düşünməz. ![]() Övlad sahibi olar, şükür etməyi özünə artıq bilər. ![]() Başqalarına ibadət dərsi verməkdən zövq alar, verilən ibadətləri qulaq ardına vurar. ![]() Gözü yaşlı əzizlərini qəbr evinə aparar, amma özü üçün ölümdən heç ibrət götürməz. ![]() Pul qazanmaq üçün sağlamlığını itirər, sonrada sağlamlığını güri qaytarmaq üçün var-yoxdan keçməyə hazır olar. ![]() Bahalı saat almaq üçün dəridən-qabıqdan çıxar, amma saatın göstərdiyi zamana dəyər verməz. ![]() Başqalarına bacarıqsızlıqlarını şüar edər, amma öz səhlənkarlığını xatırlamaq belə istəməz. ![]() Uşaqlıqda böyüməyə can atar, böyüdükdə - uşaqlıq həvəsində olar. ![]() Allahdan Cənnət diləyər, amma günahları ilə özünü oradan uzaqlaşdırar. | |
|
Total comments: 1 | |
|