Bazar günü, 2024-12-22, 10:35 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 10 » Altı məqam
7:25 AM
Altı məqam
MƏQAM 1. Vacib səcdə ayəsi olan surələri öyrənən şəxslər həmin ayəni birinci dəfə oxuduqdan sonra səcdə etməlidirlər. İkinci, üçüncü dəfələrdən sonra səcdə etmək gərək deyil.

MƏQAM 2. Gündəlik vacib namazlarda "Fatihə" surəsindən sonra "Fil" və "Ləyl" surələrini tək oxumaq "Qurəyş", "Ləyl" surəsini , "Zuha" surəsini oxumaq lazımdır.

MƏQAM 3. Gündəlik vacib namazlarda tam bir surə oxunmalıdır. Hansısa surənin bir hissəsini oxumaq olmaz.  Eyni qaydada olaraq, vacib səzdə ayəsi olan surədən birinidə gündəlik vacib və müstəhəb namazlarda oxumaq olmaz.

MƏQAM 4. Birinci və ikinci rükətdən birində "Fatihə" surəsindən sonra əzbər bilinməyən uzun  surələrdən birini oxumaq istədikdə baıaca cib Quranından oxumaq olar. Lakin bu, gündəlik vacib namazlara deyil, müstəhəb ( savabı olan qeyri-vacib) namazlara aiddir.

MƏQAM 5. Quran müəllimləri çəkdikləri zəhmət və sərf etdikləri zaman müqabilində əməkhaqqı tələb edə bilərlər. Lakin oxunan "Yasin" lər müqabilində başqalarından pul almaq məqsədəuyğun deyil.

MƏQAM 6. İstər məhrəm olsun, istərsə də naməhrəm kişi Quran müəllimləri, qadın və qız şagirdlərinə və əksinə olaraq qadın müəllimlər oğlan və kişi şagirdlərə Quran dərsləri verə bilər.


Category: Diger me'lumatlar | Baxış: 755 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]