Əsas səhifə » 2011 Avqust 10 » Allahın elçisi (15)
7:39 PM Allahın elçisi (15) | |
MÜQƏDDƏS SİYASƏT əvvəlki bölmdə qeyd edilən şübhələrə cavab olaraq demək olar ki, burada adi siyasətlə dini siyasət qatışıq salınır. Siyasətin elə bir forması var ki, məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edilir. Hansı ki, belə bir forma dinlə, taqva ilə, müqəddəsliklə uyğun deyildir. Dini siyasət isə tamam başqa bir fomadır. Bu siyasətdə cəmiyyətə düzgün rəhbərlik, onu ilahi hədəflərə istiqamətləndirmək, mədəni dirçəliş, rifah və ictimai ədalətin təmini nəzərdə tutulur. Belə bir siyasətdə din və müqəddəslik qorunur. Əgər din qılınc götürməyi əmr etmişsə, bu müqəddəslikdən çıxmaq deyil. Bəlkə də, Allah yanında ən müqəddəs iş elə bu yolda ölmək və öldürməkdir. «Əlinin zərbəsi səqəleyn ibadətindən üstündür» («Bihar» 39-cu səh). Eləcə də, infaq (sədəqə vermək) etmək ibadətlə, müqəddsliklə zidd deyil. İnfaq özü ibadətdir. «Maidə» surəsində buyurulur: «İbadət halında zəkat verərlər». Bəli, siyasət qeyd edilən xüsusiyyətlərlə yanaşı olmalıdır. Əslində dini müqəddəslik özü o zaman dəyərli olur ki, ictimai və siyasi dəyərləri əhatə etsin. səhv düşüncə tərzi şübhələr doğurur ki, ictimai məsuliyyətlər müqəddəsliklə bir araya sığmaz, müqəddəs şəxs siyasətə qatışmaqla paklığını əldən verər. Burada müqəddəsliklə tərkidünyalıq (inziva) qatışdırılır. Hansı ki, bir kənara çəkilib, tərkidünyalığa qatılmaq Allah tərəfində bəyənilmir. Ona görə də belə bir mövqe əsassızdır. Bu ruhiyyə başqasını döyüş meydanına ötürüb, bir kənarda tamaşaya dayanmaqdır. BƏNİ-İSRAİL MƏDƏNİYYƏTİ İlahi vəhyə bu münasibət Bəni-israil ruhiyyəsi və mədəniyyətindən qaynaqlanır. Onlar öz ilahi rəhbərləri Musa (ə) dedilər: Sən öz Allahınla birgə fironlarla döyüşə get, biz tamaşa edirik. Onlara qalib gəlsəniz, sizə əhsən deyəcəyik. («Maidə» 24). İlahi vəhy insanları məsum bilir. Peyğəmbərlər və onların varisi olan ruhanilər də özlərinə vəhyə əsasən öhdəlik götürmüşlər. Vəhy qarşısında guşənişinlik müqəddəslik deyil. Dini siyasətdə heç bir çirkinlik yoxdur. Həzrət Peyğəmbərin (s), imam əlinin (ə) siyasi rəhbərilyində bir qüsur olsaydı, məsum insanlar bu işə qoşulmazdılar. Belə bir siyasət çirkinlik yox, iftixardır. Bundan da böyük bir iftixar ola bilərmi ki, insan mühüm siyasi məsuliyyətləri qəbul etməklə xalq üçün yarısın, xalqın həyatının ilahiliyində, inkişafında bir rol oynasın?! Uyğun baxış siyasəti çirkin bilməkdə yanıldığı kimi, müqəddəsliyi də tərkidünyalıq kimi qəbul etməklə yanılır. Bu iki fikirin heç biri dini maariflə uyğun deyil. Dini siyasət namaz, həcc, cəhad kimi müqəddəsdir. Qəzavət oruc və etikaf kimi, mühakimə, məscid və məbud kimi müqəddəsdir. Taxtda oturub, nəfsi boğaraq xalqa yanmaq bir hünərdir. Bir dərənin dibindən müqəddəslik şüarı söyləmək isə mövhumatdır! İKİ SİYASƏTİN FƏRQİ Ona görə də peyğəmbərlərin siyasəti digər siyasətlərdən köklü surətdə fərqlənir. Peyğəmbərlə hakimiyyətə gələrkən insani və ilahi dəyərləri görməzliyə vurmur, qeyri-sağlam üsullardan faydalanmırlar. Hakimiyyəti qorumaq xatirinə mənəvi dəyərlər tapdalanmır. Onların məqsədi dəyərləri qorumaqdır və siyasət də bu məqsədə xidmət edir. Siyasət özü bir məqsəd deyil və onun naminə dəyərlərə göz yumulmur. İki siyasətin mühüm fərqi budur. DİNİ İSTİBDAD Qərb ziyalılarının qələmindən çıxmış digər bir şübhə budur ki, siyasi qurum mütəxəssislərə möhtacdır. Hansı ki, ilahi siyasi qurum fərdin qərarına əsaslanır. Elə buna görə də fərdi qərar istibdad kimi tənqid edilir. Bu baxış bu günkü dünyanın qəbul etdiyi demokratiya və xalqın iştirakı ilə uyğunsuzluq təşkil edir. Hazırki mütərəqqi dünya xalqın öz müqəddəratını təyin etməsini demokratiyanın böyük uğurlarından hesab edir. Bu üsul bəşər mədəniyyəti və insanın azadlıq istəkləri ilə tam uyğundur. İlahi nizam isə bu ölçülərə sığışmır və onun gələcəyi xoş təəssürat yaratmır. Çünki onun nəticəsi bir fərdin istibadadı və həmin dini istibdaddır. İSTİBDADIN BAŞLANĞICI Bu fikrin qarşısında etiraz etmək olar ki, istibdad fərdin qərarından doğmur. O, xalqın istəklərinə diqqətsizlikdən yaranır. İstibdad nəfs istəklərindən, bir şəxs və ya o şəxsin ətrafının mənafelərindən doğur. Çıxarılmış qərar xalqın isətklərini ifadə edirsə o düzgün qərardır – fərqi yoxdur ki, uyğun qərarı bir fərd və ya cəmiyyət çıxarmışdır. Son qərarı ləyiqli bir şəxsin öhdəsinə qoyan ilahi quruluş şəxsi istəklərin ifadəsi ola bilməz. Xəta və günahdan uzaq olan peyğəmbər və imamlar qərar çıxararkən heç vaxt öz nəfsi istəklərinə əsaslanmamışlar. Bu da var ki, dini siyasətçilər fəzilətli və mənəviyyatlı olur, öz dövrlərinin məsələləri ilə tam tanış olurlar. Həmin agahlıqla cəmiyyətin ziddinə qərar çıxarılması mümkün deyil. Bunu da qeyd etməkliyik ki, dini rəhbərlərin də müdiriyyəti müxtəlif sahələr üzrə mütəxəssislərin rəyinə uyğun həyata keçirilir. Peyğəmbər və imam varisi olan vəliyye-fəqih (rəhbər) üçün əsaslı xüsusiyyətlər müəyyəndir. Onun ən əsas xüsusiyyəti ədalətdir. Ədalət nəfs istəklərinə qarşı bir maneədir. Digrə bir xüsusiyyət müdriklik və müdiriyyətdir. Bu da fərdi qərarı istibdad rəngindən qoruyur. Başqa bir xüsusiyyət mütəxəssislərlə müşavirədir və bu müşavirə istibdad üçün bütün qapıları bağlayır. Siyasi müdiriyyətdə mərkəzləşmiş qərara gəlmədən əlavə üstün xüsusiyyəti odur ki, saleh fərd (rəhbər) mütəxəssislərin rəyi əsasında xalqın xeyri üçün öz nəzərini bildirir. Əgər fərd ədalət məhvərindən çıxıb, zərrəcə bir səhv buraxarsa, onun qərarı etibarsız olar və həmin fərd rəhbərlik məqamından uzaqlaşdırılar. İlahi hökumətdə nəinki istibdadlıq yoxdur, əksinə mühüm müsbət xüsusiyyətlərdən biri budur ki, müdiriyyətin bariz əlaməti olan güc mərkəzləşməsi bu hökumətdir. Mütəxəssislərə əsaslanaraq qərarçıxarmanın mərkəzləşməsi və agah, layiq bir fərdin müdiriyyəti parçalanmanın qarşısını alır. Şura (cəm) şəkildə müdiriyyət ən müvəffəqiyyətsiz rəhbərlik üsuludur. Əlbəttə ki, mütəxəssislərlə məsləhətləşmə çox yaxşı işdir və tərəqiyyə səbəb olar. Buna görə də ilahi hökumət mövzusu ətrafında yaradılan şübhələr faydasızdır və bu quruluş tanımamaqdan yaranır. Bu mühüm məsuliyyət şübhəsiz ki, ilahi peyğəmbərlərin hədəflərindəndir. KİLSƏ VƏ DİNİ İSTİBDAD İlahi quruluşa bu münsibətin səbəbini təkcə səhv düşüncədə axtarmaq olmaz. Çünki bu şübhələrin bir başlanğıcı da orta əsirlərdə kilsənin mənfi hakimiyyəti ilə əlaqəlidir. Həmin dövrdə məsihi başçıları öz mövhumatçı baxışları ilə elm və fəzilətlə müharibə aparmış, xalqın azadlıqlarını ayaq altına salmışlar. Din adı altında müstəbidlik etmiş, xalqda dini hökumətə qarşı mənfi münasibət yaratmışlar. Din siyasətdən ayrılması da bununla bağlıdır. Tam aydındır ki, belə rəhbərliyin həqiqi dini rəhbərliklə heç bir əlaqəsi yoxdur. Peyğəmbər (s) və əli (ə) hökumətində öz həqiqi əksini tapan dini siyasət xalq üçün həqiqi azadlıq, tərəqqi əsasını qoyur. Xalq heç zaman peyğəmbər siyasətindən yorulmamışdır. Onların istəklərində və azadlıqlarında heç bir məhdudiyyət yaranmamışdır. Dini siyasi rəhbərlər həzrətin (s) üsulunu nümunə götürməlidirlrə. Xalqın hüquqlarını məhdudlaşdırmaq olmaz. Böhtanlara şərait yaratmamaq üçün istedadların çiçəklənməsinə, iqtisadi dirçəlişə yardım göstərmək lazımdır. Ardı var... | |
|
Total comments: 0 | |