Bazar günü, 2024-12-22, 8:38 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 6 » Allahın elçısı (12)
6:39 PM
Allahın elçısı (12)
BƏŞƏRİ BESƏT (MİSSİYS)
BƏŞƏRİ BESƏTƏ HAZIRLIQ
Ruhi və mədəni dirçəlişin yaranması, cəmiyyətin etiqadının dəyişməsi xeyli çətin bir işdir və asanlıqla həyata keçmir. İnsan öz əqidəsinə haqlı və ya haqsız bağlı olur. «Hər bir dəstə öz dininə sevinər» («Rum» 32). İnsan öz məsləkinə bağlı olmaqla kifayətlənməyib, başqalarını da bu yola gətirməyə çalışır. «Yəhudilər və məsihilər səndən o zaman razı qalarlar ki, onların dinini qəbul edəsən» («Bəqərə» 120).
Peyğəmbərin qarşısında böyük ictimai vəzifələr vardır. Onlar insanların düşüncəsində batil xarablarını viran qoyub, gözəl tövhid binasını ucaltmalıdırlar. Bütün peyğəmbərlərin son məqsədi eynidir – bəşəriyyəti Allaha qovuşdurmaq. «Hər bir millətdən peyğəmbər seçdik. Onların deyəcəyi bu idi ki, Allaha pərəstiş edin, tağutdan və onun batil təzahurlərindən çəkinin». («Nəhl» 36).
əlbəttə ki, bu məsuliyyətlərin icrasında hamı eyni deyildir. Hərə öz sahəsində məsuldur. «Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik». («Bəqərə» 253). Ən böyük məsuliyyəti isə bu risalət silsiləsini başa çatdıran son peyğəmbərin öhdəsinə düşür. «Bu gün sizin üçün dini kamil etdi və nemətləri tamamladım. Bir din kim islamı sizin üçün bəyəndim». («Maidə» 3). O, yeni bir mədəni və siyasi inqilab üçün çalışır. Düşüncələri vəhy maarifinə bağlamaq, insan fitrətini oyatmaq istəyir.
Belə bir dərin dəyişiklik qısa müddətdə bir dəfəyə başa gələsi deyil. Əvvəlcədən hazırlıq görülməlidir. Böyük səy və hazırlıqla qədəm götürülməlidir ki, bu məqsəd həyata keçsin. Peyğəmbərlərin xüsusiyyətlərindən biri budur ki, onların hər biri özündən əvvəlki peyğəmbərlərə sübut, özündən sonrakı peyğəmbərlərə müjdəçi olmuşdur. Çünki onların məqsədi eynidir və aralarında heç bir ixtilaf yoxdur. Həzrətin (s) risaləti bəşəri olduğundan onun zühuru üçün hazırlıq əvvəlki peyğəmbərlərin öhdəsinədir. Buna görə də əsirlərcə əvvəllər böyük peyğəmbərlər bu zühuru xəbər vermişlər. İbrahim-xəlil (ə) üç min ildən çox əvvəl peyğəmbərin zühuru ilə müjdələyir: «Onların arsında elə birini onlara peyğəmbər göndəri ki, ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin. Bu istəklə cəmiyyəti böyük bir zühura müntəzir edir. Digər peyğəmbərlər də bu yolu hamarlamağa çalışırlar ki, sonuncu səma səfiri Məsih (ə) gəlsin. O, son nöqtəni qoymalı, son peyğəmbərin xüsusiyyətlərini ətraflı şəkildə bəyan etməlidir. O, öz səmavi kitabında əsaslı şəkildə xüsusiyyətləri bildirməlidir ki, cəmiyyət bu zühura hazırlıq görsün. «Bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğlulları! Həqiqətən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm». («Səff» 6). İncildə əhməd adı ivritçə «fərqəlit» (ərəbi) kimi verilmişdir.
Həzrətin (s) xüsusiyyətləri o qədər xırdalıqlarınadək xəbər verilmişdir ki, bəhanəyə yer qalmasın. Onlar öz kitablarında həzrəti (s) öz oğullarını tanıdıqları kimi tanıyırdılar. İnsan öz övladını tanımaqda səhv etmədiyi kimi kitab əhli də həzrəti (s) bu sayaq tanıyırdı. «Kitab verdiyimiz şəxslər onu [Məhəmmədi] öz oğullarını tanıdıqları kimi tanıyırlar». («Bəqərə» 146). Bu hazırlıqlar və ardıcıl təbliğlər cəmiyyətə, xüsusi ilə Fələstin və Hicaz ətrafında yaşayan yəhudi və məsihilərə xəbərdarlıq etmişdi. Hamı bu zühurun intizarında idi. Bu həqiqət hamıya günəş kimi aydın idi.
Digər bir tərəfdən onun doğum xüsusiyyətləri, əmanətdarlığı əhali arasında elə məhşur idi ki, həqiqətlərdən agah olan bütün ariflər onu görən kimi peyğəmbərliyini təsdiq edirdilər. Onun hira və başqa yerlərdə gün uzunu ardıcıl ibadətləri, işıqlı keçmişi, ruhi hazırlığı da uyğun zühur üçün bir xəbərdarlıqdı: «O, hər il hira mağarasına gedəndə yalnız mən onu görürdüm»- deyir əli (ə). Bütün bunlar uyğun böyük hadisə, Peyğəmbərin besəti üçün hazırlıq idi.

BƏŞƏRİ RİSALƏT
Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha məlumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». ("Ənam» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.
İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.
İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin təmini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.
Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük nemət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, röya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Quran həzrətin (s) qırx yaşında nazil olmuşdur.
Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Quran «ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, besətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Quran elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz besətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məsuliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.

GİZLİ RİSALƏT
Həzrətin (s) risaləti gizli şəkildə başlayır. Əvvəlki peyğəmbərlər hazırlıq görsələr də, həzrətin əvvəlki parlaq həyatı hamıya məlum olsa da, şərait münasib olmadığından, bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan bu risalət məhdud və gizli şəkildə başlayır. «Ən yaxın qohumlarını qorxut». («Şüəra» 214). Vəhy göstərişləri kiçik bir cəm arasında məxfiyanə açıqlanır və barmaqla sayılası qədər az insan Peyğəmbərin buyuruqlarına iman gətirirlər. Həzrətin risaləti şirkə etiraz etməklə, «Allahdan başqa məbud yoxdur, deməklə nicat tapın» şüarı ilə başlanır. Bu ideya insanların pak fitrətindən qalxdığından aram-aram genişlənir və ürəklərdə yer tapır. Bu şüarlar genişləndikcə müxalifət də güclənir. Bu müddətdə həzrətə yaxınların və Qüreyş böyüklərinin çoxu Peyğəmbərə iman gətirirlər. Bu gizli dəvət, risalət üç il davam edir.

AŞKAR DƏVƏT
Şərait yaranan zaman, həzrətin (s) risalətinə bir dəstə insan iman gətirdiyi vaxt məsuliyyət daha da artır. «Öz dəvətini aşkar et» əmrinə əsasən peyğəmbərlik aşkar edilir və Səfa dağı kimi bir minbərə qalxıb, öz ilahi səsi ilə insanların xürafat, şirk, alçaqlıq caynağından qurtuluşu üçün nida edir. İndi bir tərəfdən Peyğəmbər (s) və onun yaxınlarının təlaşı, digər tərəfdən müxaliflərin düşmənçilikliyi alovlanır. Düşmən həzrətin risalətinə qarşı o qədər həssasdır ki, bütün vasitələrə əl atır. Peyğəmbərə məcnun, sehrkar, şair, bəşərdən təlim almış deməklə böhtanlar atılır. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla, cismi əzablarla qarşılaşır, bəziləri şəhadətə yetirilir. Amma Allah-taala Peyğəmbərə (s) ümid verir: «Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər». («Hicr» 94).
Peyğəmbərin (s) artan təlaşı və onun gözəl səslə Quran qiraəti hamını özünə cəzb edir. Peyğəmbərlə bir görüş, onun oxuduğu Quranı bir dəfə dinləmək kifayət edir. Bir görüşlə onun gözəlliklərinə cəzb olunurlar. Onun cazibəsi qəlbləri ovsunlayır və yumşaldır. Quranın şirinliyi ən bərk qəlbi də titrədir. Ona görə də düşmən çalışır ki, Quranın avazı qulaqlara çatmasın. Göstəriş verilir ki, «Məscidül-haram a» daxil olanda qulaqlarınızı tutun ki, Quran səsini eşitməyəsiniz. Quranın səsini eşitmək ona cəzb olmağa bərabərdir.
Kafirlər dedilər: Bu Quranı dinləməyin, o oxunduqda səs-küy, şuluqlar salın ki, bəlkə qalib gələsiniz. («Fussilət» 26).
Necə ki, Nuhun qövmü paltarlarını başlarına qaldırdılar ki, onun dəvətini eşitməsinlər. «Sənin onları bağışlamağın üçün nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar». («Nuh» 7).
Lakin Quranın cazibəsi elə bir həddə idi ki, başqalarının eşitməsinə mane olanlar da onu eşitməkdən, ona qulaq asmaqda vaz keçə bilmirdilər. Çünki onun gözəlliyi, şirinliyi, cazibəsi hədsiz idi. Ona görə də Quran özünü ən gözəl söz adlandırır. («Zumər» 23).
Peyğəmbərin (s) qatı düşməni Vəlid ibni Müğeyrə bütün qüvvəsi ilə çalışır ki, kimsə həzrətə yaxınlaşmasın. Lakin özü Kəbənin yanından keçərkən həzrətin (s) təlavətini eşidir və təlatümə gəlir. Pərişan halda öz tərəfdarlarının məclisinə daxil olur. Dostları Vəlidin bu halına istehza edib, səbəbini soruşurlar. Nə qədər düşmən olsa da Vəlid Quranın gözəlliyini gizlədə bilmir və etirafa məcbur olur: «Məhəmmədin sözləri o qədər cazibəli, şirin, gözəldir ki, ondan gözəli olmaz». Yenə də deyir: «Qurana qulaq asmayın, səs-küylə ona mane olun, kimsənin eşitməsinə imkan yol verməyin».
PEYĞƏMBƏRİN HİCRƏTİ
Düşmənin istəkləri ziddinə olaraq vəhy dəvəti Məkkə və onun ətrafını bürüyür. Hətta bu dəvət Mədinə kimi uzaq bir şəhər çatır. Müsəlmanların sayı daim artır. Düşmən də ot təlaşını artırır və müqavimətini genişləndirir. Hətta ən əzabverici üsullara əl ataraq Peyğəmbərin (s) bəzi yaxınlarını şəhadətə yetirir. Etiqad baxımından xeyli şirk xurafatın yerini fitri tövhid inamı tutsa da, risalətin bəşəri dəvəti təkcə etiqadda məhdudlaşmır. Bu dəvət həyatın bütün sahələrini əhatə edir. Peyğəmbərin bütün təlaşlarına baxmayaraq Məkkədə münasib şərait yaranmır. Risalət hədəflərinin icrası üçün başqa yol seçilməli olur.
Digər bir tərəfdən düşmən o qədər azğınlaşır ki, Peyğəmbəri şəhadətə yetirmək üçün qəti qərara gəlirlər. Müxtəlif qəbilələrdən toplaşmış silahlı adamlar Peyğəmbəri yatağındaca öldürməyə and içirlər. (ərəbi hadisəsi). Qurani-kərim bu qurğunu aşkarlayır: «Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxarıb qovmaq üçün qurğu qururdular». («ənfal» 30). Lakin düşmənin hiyləsi baş tutmur və Allah-taala Peyğəmbər və onun yaxınlarına xəbərdarlıq edir. Bununla belə böyük risalət üçün Məkkədə lazımı şərait yaranmır.
Digər bir tərəfdən Mədinə əhalisinin çoxu müsəlman olmuşdu və bu şəhərdə vəziyyət Məkkədəkindən çox fərqlənirdi. Mədinə müsəlmanları Peyğəmbəri (s) öz şəhərlərinə dəvət edirlər. Həzrət (s) Məkkədəki namünasib vəziyyəti, Mədinə camaatının hazırlığını nəzərə alaraq Məkkədən Mədinəyə hicrət edir.
PEYĞƏMBƏR ŞƏHƏRİ VƏ MƏQSƏDLƏRİN TƏMİNİ
Mədinə camaatının fədakarlığı bu şəhər üçün böyük iftixara səbəb oldu və şəhər qonaqlara öz isti qoynunu açdı. Mədəni bir cəmiyyətin bünövrəsi quruldu. Elə bir mədəniyyət yarandı ki, həmişə parlasın. Buna görə də həzrətin hicrəti münasibəti ilə Yəsrib adı fəzilət ifadəsi «Mədinətün-nəbi» adı ilə əvəz olundu.
Mədinə siyasi, ictimai, hətta etiqadi baxımdan Məkkədən fərqlənirdi. Siyasi nöqteyi-nəzərdən qüdrət Məkkədə olduğu kimi küfr və şirk başçılarının əlində deyildi. Qurana münasibətdə ictimai cəhətdən mülayim, xoş mədəniyyətə malik idi. Etiqad baxımından da burada şirk və küfr Məkkədəki kimi deyildi. Əhalinin çoxu kitab əhli, xüsusi ilə yəhudi idi. Eləcə də tanınmış adamların böyük bir hissəsi müsəlman olmuşdu. Bu səbəbdən də Məkkədə olduğu kimi müsəlmanlara qarşı hansısa bir dəstə çıxmırdı və onların öz qüvvələrini möhkəmləndirmək imkanı yaranırdı.
Peyğəmbərin (s) Mədinəyə daxil olması və layiqincə qarşılanması islam və Peyğəmbərin mövqeyini Mədinə ətrafında geniş şəkildə formalaşdırdı. Ətrafdan, hətta Həbəşə kimi uzaq yerlərdən insanlar müsəlmanlığa üz tutdular. Mədinənin siyasi durumundan faydalanmaq üçün Peyğəmbər (s) münasib fürsət əldə etdi. Mütəşəkkil, vəfalı, böyük məqsəd yolunda fədakar müsəlmanlar əl-ələ verdilər. Onlar həzrətlə (s) beyət bağladılar ki, ilahi dəyərləri müdafiə edəcəklər.
Peyğəmbər (s) vahid ümmət və yeni siyasi ilahi quruluş təşkil etməklə Mədinədə yeni bir nizam yaratdı. Mədinədə söhbət yalnız şirk və bütpərəstliklə mübarizədən yox, islamın ictimai-siyasi məsələlərinin qurulmasından gedirdi. Mədinədə qarşıda bu məsələ dururdu ki, müsəlmanlar etiqadi, iqtisadi, hüquqi, ictimai-siyasi, hərbi sahələrdə islamdan faydalana bilsinlər. Bu mövzular Quranın Mədinə surələrindən məlumdur. Məkkə surələrində şirk, küfr, əxlaqsızlıqdan danışılırsa, insanlar tövhid və gözəl əxlaqa dəvət edilirsə, artıq Mədinə surələrində ilahi vəhyə əsaslanan siyasi bir quruluşdan söhbət gedir.
Peyğəmbər (s) üçün Mədinədə qalmaq fürsəti on ildir. Bu on il müddətində Peyğəmbər (s) mütəşəkkil bir ümmət hazırlayır ki, həqiqətin yolunu hamarlamaq, ilahi dəyərləri həyata keçirmək üçün onlar maneələri aradan qaldırırlar. Siyasi, ictimai, hərbi qüvvə ilə Məkkədə Qüreyşin küfr başçılarına etiraz edilir. On ildən də az müddətdə Məkkə fəth olunur. Əbu Süfyanlar qorxudulub, təslim edilirlər. Bu on il ərzində həzrətin (s) şəxsən iştirak etdiyi iyirmi yeddi döyüş qeydə alınıb. Xalqın möhkəmliyi əsasında ilahi yardım olmasaydı, bu qanlı döyüşlərdən biri cavan islam ümmətinin bünövrəsini sarsıdardı. Lakin Peyğəmbərin (s) ilahi rəhbərliyi haqq ordusunda hökm sürən vəhdət və müqavimət onları batillə döyüş meydanında möhkəmləndirdi və gözqamaşdırıcı qələbələr gətirirdi. Nəhayət, həmin qüdrətdən faydalanaraq o dövrün hökmranları – Rum və İran kim möhtəşəmlərlə qarşılaşdılar. Peyğəmbər (s) onları haqqa təslim olaraq qurtulmağa çağırırdı. Pərakəndə bir xalq arasında mütəşəkkilik və qardaşlıq yaratmaq həzrətin (s) rəhbərliyinin nailiyyətlərindən idi və tarixdə bunun misli görünməmişdi. Peyğəmbər öz risalətində bütün cəhətlərdən nail oldu və risalətin böyük hədəfləri təmin edildi. Bu hədəflərin əhəmiyyətini nəzərə alaraq gələn bəhsdə bu barədə danışacağıq.
RİSALƏTİN HƏDƏFLƏRİ
Öz istəklərini düzgün qavramaqda insanın zəifliyi və çaşqınlıq təhlükəsi vəhyi zəruriləşdirir. Vəhy olmadan insan bu istəklərini və fitri istedadlarını təmin etməyə qadir deyil. Ona görə də istər fərdi, istərsə də ictimai baxımdan insan vəhyə möhtacdır. Məqsəd və yolu tanımaqda, bu yolu keçməkdə ilahi göstərişlər zəruridir.
əgər insan özbaşına buraxılarsa, nəf istəkləri onu həqiqətdən uzaqlaşdırır. Buna əsasən vəhyin səbəblərini üç qrupda təhil etmək olar. Onlardan ikisi ümumi risalətə aiddir. Üçüncüsü isə xüsusi peyğəmbərliyə, bəşər həyatının ictimailəşməsi dövrünə xasdır. Ümumi əhatəli iki səbəb bunlardır.
1-Paklanma (təzkiyyə)
insanını paklanması üçün üç yönümdə – etiqadi, əxlaqi və rəftar yönümündə vəhy yol göstərir. Etiqadi baxımdan insan şirk və küfr və nifaqa düçardır. Əxlaqi yönümdən insan alçaq xarakterli, rəzil ola bilər. Rəftara gəldikdə isə kobudluq insanın yaxasından əl çəkmir. Peyğəmbərlər (s) insanları bu üç cəhətdən paklandırmaq üçün gəlmişlər. Məqsəd insanları şirkdən tövhidə, alçaq sifətlərdən bəyənilmiş sifətlərə, kobudluqdan alicənəblığa dəvət etməkdir. İnsanın daxilində iki meyllər qoyulmuşdur. Onun iki rəhbər idarə edir – biri nuraniyyətə doğru, digəri zülmətə!
Peyğəmbərlər insanları paklıq və təqvaya dəvət edirlər. Onlar tövhid və fəzilət bayraqdarıdırlar. Onlar ilahi təlim yolu ilə insanlara ən pis çirkinlik olan şirk və küfrdən nicat yolunu göstərir, onları günah və ətalətdən azad edirlər.«Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti öyrədər».(«Cumuə» 2). Bu ayə peyğəmbərlərin ali məqsədini gözəl işıqlandırır. Belə təbirlər Quranda çoxdur. Daha bir ayə:«Sənə səmavi bir kitab nazil etdik ki, xalqı qaranlıqdan nura çıxarasan» («İbrahim» 1). Dinin gəlişində məqsəd budur ki, insanlara nuarniyyət bağışlansın və onların fitri istedadları çiçəklənsin.
2-Son xəbərdarlıq (itmame höccət)
Peyğəmbərlərin digər bir məqsədi insanlara son xəbərdarlıqdır. Çünki insanın sonu iki ünvandır: Səadət və bədbəxtlik. Ya «rəhmət, gözəl ruzi və cənnət gözləyir» («Vaqeə» 89), ya da «ona qaynar su ziyafəti veriləcək»(«Vaqeə» 93). Sözün qısası, insan nəhayətdə ya mükafat, ya da cəza almalıdırsa, son xəbərdarlıq etmədən cəzalandırmaq ağıl və hikmətə uyğun deyildir. Əvvəlcə, doğru yol göstərilməlidir. Əgər bir şəxs bu göstərişdən sonra əyri yola qədəm atarsa və ilahi qəzəblə üzləşərsə, Allaha qarşı sözü ola bilməz. «Biz peyğəmbər göndərib, vəhyi çatdırmadan günahkarları cəzalandırmarıq» «İsra» 15). Batil həqiqətdən seçilməlidir. Məlum olmalıdır ki, bir şəxs əyri yolu seçirsə, səbəb öz inadıdır. «Həqiqət yolu əyri yoldan tam seçilmişdir» («Bəqərə» 256).
Bu göstərişlərin məqsədi odur ki, cəza günü Allaha qarşı bəhanə olmasın. İlahi peyğəmbərlərin gəlişi ilə insanlara deyiləcək söz sona yetir. Peyğəmbərlər hidayət məşəlçisidirlər. Onların dəvətinə məhəl qoymayan şəxs cəzalanacaq və o şəxs özünə zülm etmişdir. Allah kimsəyə zülm etməz. Günahkarlar özləri-özlərini cəzalandırırlar.«Allah onlara zülm etmir, özləri-özlərinə zülm edirlər» («Nəhl» 33). Beləcə son xəbərdarlıq peyğəmbərliyin səbəblərindəndir.
Ardı var...

Müəllif: Həbibullah Əhmədi    

Category: Exlaq | Baxış: 857 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]