Bazar günü, 2024-12-22, 8:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 2 » Allahın elçisi (8)
2:44 PM
Allahın elçisi (8)

ƏBU TALIB VƏ PEYĞƏMBƏRİN (S) HİMAYƏSİ
Bəni-haşim arasında Peyğəmbəri (s) himayəyə götürəcək müvəhhid, pak adamlar vardı. Əbdül Mütəllibin vəfatından sonra müvəhhid, pak, fədakar Əbu Talib və Fatimə binti əsəd Həzrətə öz məhəbbət ağuşların açıb, vəsfə gəlməz bir eşqlə ona himayə göstərdilər. Əbu Talib maddi cəhətdən imkanlı olmasa da, Həzrətin (s) himayəsini iftixarla öhdəyə aldı. Həzrətin (s) də qədəmləri onlara xeyr və bərəkət gətirdi. Əbu Talib bu uşağa şiddətlə bağlı olduğundan hamıdan çox qayğı göstərir və onu övladlarından üstün tutur.
Həzrətin (s) gəncliyi bu imanlı ailədə keçir. Bu ailənin fədakarlığı və məhəbbəti o qədər dərin təsir qoyur ki, Peyğəmbər (s) bu məhəbbəti heç zaman unutmur. Fatiməni xeyli körpə əhatə edirdi. Onun imkanı zəif idi. Onlara yemək verəndə hər biri öz payını almaq üçün vurnuxardılar. Amma Peyğəmbər (s) bir kənarda dayanıb, Fatimənin nə vaxt ona baxacağını ədəblə gözləyirdi. Fatimə vəfat edəndə Peyğəmbər (s) onun qəbri üstə ağlayaraq buyurdu:
«Bu gün anam vəfat edib. O, öz övladları ac ikən məni doyurmağa çalışırdı, övladları pərişan ikən mənim saçımı, surətimi darayıb qaydaya salardı. O, mənim anam idi». («Tarixe Yəqubi» 1-ci cild).
Peyğəmbər (s) bütün qayğılara əməli ilə cavab verərdi. O, Fatimənin övladı əli ibni əbu Talibin himayəsini öhdəsinə almışdı. Əli (ə) Peyğəmbər (s) Əbu Talib və Fatimənin ağuşunda böyüdüyü kimi, Peyğəmbərin (s) yanında tərbiyə almışdı.
HƏZRƏTİN (S) PORTRETİ
Həzrətin (s) inkişafı və tərbiyəsi aram-aram formalaşırdı. Onun cismi və ruhi keyfiyyətləri elə əvvəlcədən hamının diqqətini cəlb edirdi. Onun xasiyyətinə valeh olanlar bədən gözəlliyinə də heyran qalmışdılar. Bəzi xüsusiyyətləri burada xatırlayırıq.
Həzrətin sifəti və bədəni bütün cəhətlərdən gözəl yaradılmışdı. İnsan üçün gözəllik olan bütün əlamətlər ona əta olunmuşdur. O, xasiyyətcə hamıdan gözəl olduğu kimi görkəmcə də hamıdan gözəl idi. Özü belə dua edirdi:«Pərvərdigara bədənimizi gözəl yaratdığın kimi, əxlaqımızı da gözəl qərar ver». Həzrətin (s) boyu ucalığa meyilli orta idi. Nə gödək idi, nə də çox uca. Nisbətən iri qafalı başı, enli yanaqları vardı, çənəsinin altı azca dartılmışdı.
Geniş gözəl alınlı, bitişik və nazik qaşlı, iri və tam qara gözlü, gözünün ağı qırmızıya meyilli və gözü uzun kiprikli, burnun mütənasib və nazik deşikli, mütənasib ağ dişli kiçik ağızlı, rəngi ağa çalan buğdayı, sinəsinə düşən qıvrım və lətif saqqallı, qulaqlarını örtəcək qədər qıvrım və baş həddini ötməyən saqqalı, dartılmış gümüş boyunlu, geniş sinəli, siənsi ilə arba geri çəkilmiş qarınlı bir insan idi.
Ayaqları və əlləri doluluğa mail və kiçik, ayağının altı dərin, üzü qövsvari (fizioloji cəhətdən sürətli yeriş və qaçış üçün ən münasib forma), qədəmləri bərabər, pəncələri az ətli idi. («Bihar» 16-ci cild).
Peyğəmbərin (s) bədəni bütün cəhətlərdən gözəl idi. Əgər Yusif ən gözəl insan olduğu üçün gözəllərə Yusifcamal deyiblərsə, Peyğəmbər (s) ondan da şirin olmşudur. Bu fikir rəvayətdə də təsdiq olunur: «Əgər Yusif gözəl və ya ən gözəl olmuşsa, mən ondan şirinəm». Onun haqqında belə demək olar ki, yaxşılarda cəm halda yaxşı nə varsa, tək səndə var. Xasiyyət və görkəmi çox gözəl olduğundan hamını valeh etmişdi.
Həzrətin yeniyetməlik və gənclik dövründə böyük hadisələr baş verirdi və onun çoxlu fəzilətləri aşkar oldu. onlardan bəzilərini xatırlayırıq.
Ardı var...
Müəllif: Həbibullah Əhmədi    

Category: Exlaq | Baxış: 809 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]