Bazar günü, 2024-12-22, 8:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 2 » Allahın elçisi (6)
2:33 PM
Allahın elçisi (6)
ÖVLADLARA AD QOYMA
Mühüm nöqtələrdən biri də fərdlərə ad qoymanın əhəmiyyətidir. Bütün cəmiyyətlərdə adlar yerli mədəniyyət və inamlardan yaranır. Yaxşı və mənalı adlar bir millətinin mədəniyyətinin zənginliyidir. Necə ki, yüngül və mənasız adlar yoxsulluğa dəlalət edir. İctimai münasibətlərdə və fərdlərdə ad qoymada bir millətin azadlığı və ya biganə mədəniyyətlərdən asılılığı yaxşıca aydın olur. Qurani-məcidin ad qoymada belə ehtiyatlı olduğunu, Peyğəmbərə (s) illərcə doğumundan əvvəl ad qoyduğunu, «onun adı Yəydadır, ondan əvvəl kimsəni belə adlandırmadıq»ayəsini, övlada yaxşı ad qoyulmasının ata-ana üçün vəzifə olduğunu nəzərə almaqla müsəlman millətlər diqqətli olmalı, övladlarına, ictimai yerlərə və s. ad qoyarkən zəngin islam mədəniyyətindən faydalanmalıdırlar. Qərb və şərqdən gəlmiş adların istifadəsi islam mədəniyyəti ilə qətiyyən uyuşmadığından ondan çəkinmək lazımdır. Ad qoyarkən başqalarının istəyinə, müdaxiləsinə əhəmiyyət verilməməlidir.

SÜDƏMƏRLİK VAXTI
Həzrət Peyğəmbərdən (s) ana südü haqda nəql olunub ki, körpə üçün ən yaxşı qida ana südüdür. («Bihar» 100-ci cild). Allah-taala körpənin doğumu ilə eyni vaxtda ana döşündə süd qərarlaşdırır. Əgər ana südünün əhəmiyyəti müxtəlif yönümlərdən bəşər bu gün aydın olmuşsa, əsrlərcə əvvəl ilahi vəhy və sirrin üstündən pərdəni götürmüşdür. Əlbəttə indi bu söhbətin yeri deyil. İndi söhbət ondan gedir ki, Peyğəmbər (s) südəmərlik dövrünü necə keçirib, özü ana südündən bəhrələnmibmi?
Həzrətin (s) tamamilə ana südü görmədiyini sübut etmək çətindir. Xüsusi ilə doğum südü uşağın talehində mühüm rol oynayır. Əgər həzrətin (s) anasının südü yoxidisə də, doğum südü olmalıydı. Peyğəmbər (s) anadan olandan sonra bir müddət anasının yanında qalıb, onun kifayət qədər südü olmayıb. («Bihar» 15). Əbdül Mütəllib bu uşağı adi bir insan bilmədiyindən ona xüsusi münasibət bəsləyir və nəzarət edirdi. Ona görə də süd verən qadın axtarırdı. Həzrətin (s) dayələrinin sayı mübahisəlidir. Bəzən bu say səkkiz, bəzən də on gətirilir. (Sireye hələbi, 1-ci cild). Onlardan ikisi daha çox tanınır. Anasından sonra ilk süd verən əbu Ləhəbin kənizi Səvibə (ərəbi) olmuşdur. («Tarixe Yəqubi» 1-ci cild). O, Peyğəmbərə (s) dörd ay süd vermişdir və Peyğəmbər (s) lütfü heç zaman unutmamış, onu əbu Ləhəbdən alıb azad etmək istəmişdir. Nəhayət bir vaxt əbu Ləhəb onu azad etmişdir. Nəql olunur ki, onun azad edilməsi əzabının yüngülləşməsinə səbəb olar. («Bihar» 15-ci cild).
Sonra Əbdül Mütəllib digər bir dayə axtarmış, öz qızları Atikə (ərəbi) və Səfiyyə həzrətə süd vermək istəmişlər. Amma Həzrət (s) nə onların, nə də digər Bəni-haşim qadınlarının südünü istəmişdir. Əbdül Mütəllib nə edəcəyi barədə tərəddüdə qalmışdı. Ona pak, əxlaqlı Həliməni seçmək təklif olunur. Əbdül Mütəllib Həlimənin atası Əbdüllah ibni Harisin yanına adam göndərir. Əbdüllah bu təklifi qəbul edib, Həliməni müjdələyir. Həlimə böyük sevinclə uşağı təhvil almaq üçün Məkkəyə yola düşür.

("Allahın elçisi" kitabından)

Müəllif: Həbibullah Əhmədi    

Category: Exlaq | Baxış: 916 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]