Bazar günü, 2024-12-22, 8:51 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 19 » Allahın elçisi (3)
5:45 AM
Allahın elçisi (3)
ƏMURUN HƏRƏKƏTİNİN SƏBƏBİ
Bu suala iki cür cavab vermək olar. Birincisi budur ki, əmru hobel bütünün gözəlliyinə görə onu hicaza gətirdi və hobələ sitayiş etmək məqsədi yoxdu. Beləcə, nadanlıq üzündən bütpərəstliyə rəvac verdi. İkincisi isə budur ki, əmru bütpərəstlərə aldanıb, həqiqətən də hobəli sitayiş üçün gətirdi. Tarixi məlumatlara əsasən ikinci cavab həqiqətə daha yaxındır. Çünki əmru İbrahim dinini təhrif edən, dəyişən bir şəxs kimi tanınmışdı. O, digər bidətələr də yol vermiş və nifrət qazanmışdır. O, İbrahim dinini dəyişən ilkin şəxsdir. Onun bidətlərinə (dində zidd yeniliklərə) Qurani-kərimdə də işarə olunmuşdur. «Sübhan Allah dəvənin qulağını, nəzərə görə azad olmasını, qoyunun yeddinci balasının nəzr edilməsini, iki dəfə doğmuş dəvəyə minilməsini hökm etmişdir» («Maidə» 103). Tarixi mənbələrin yazdığına görə bu bütlər, yeniliklər əmruya aiddir. Məhz bu əməllərinə görə əmru lənətlənmiş, onun əzaba düçar olması xəbər verilmişdir. Həzrət Peyğəmbər (s) buyurur: «əmrunun bağırsaqlarını oda çəkildiyini gördüm».
Hər halda əmrunun əməli bütpərəstliyə səbəb oldu – istər əvvəlki halda, istərsə də ikinci halda! Qüreyş əhalisi həzrət Peyğəmbərin (s) dövrünədək bütpərəstliyə uğradılar. Peyğəmbər (s) öz risalətini tohidlə başlayanda, bütpərəstliyə qarşı çıxanda onlar çox təəccübləndilər: «Təəccüblüdür, o tanrıların hamısını bir tanrı edir? Bu çox təəccüblü bir şeydir» («Sad» 5). Bu bidətlər Hicrinin səggizinci ili, Məkkəd tohid şüari ilə fəth olunub, bütlərdən təmizlənənədək davam etdi.
MƏDƏNİYYƏT VƏ ƏRƏB
İslamdan əvvəl ərəb mədəniyyətinin çətinliyi şirkə uğramaq idi. Çünki şirk bütün etiqadi, əxlaqi və ictimai çirkinliklərin mənbəsidir. Ona görə də şirk ən böyük günahıdır. Şirkli mədəniyyət müxtəlif fəsadlarla müşyət olunur. Şirk digər günahları törətdiyindən Allah tərəfindən bağışlanmır: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları bağışlamaz» («Nisa» 48). Ərəblər şirkə bulandıqlarından onların hökuməti zülm və sitəmə, qəbiləçiliyə, qətl və qarətə arxalanırdı. İctimai nöqteyi-nəzərdən müxtəlif ictimai pozuntular, əxlaqi çirkinliklər ayaq tutub yeriyirdi. Qadınların, yetimlərin, zəiflərin hüquqları tapdanırdı. İlahi və insani dəyərlərin əvəzində cahillik hökm sürürdü. Qurani-kərim Peyğəmbərin (s) zövcələrinə müraciətlə bu mədəniyyəti cəhalət adlandırır: «İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» ("Əhzab» 33). Ərəb mədəniyyətini daha yaxından tanımaq üçün yaxşı olar ki, imam əlinin (ə) «Nəhcül-bəlağəsinə» müraciət edək. İmam (ə) həmin dövrü belə xatırlayır: «Həzrət Peyğəmbər (s) seçilən zaman əvvəlki peyğəmbərlərdən bir müddət keçmişdi. Bu elə bir zamandı ki, ümmətlər yatmış, fitnələr cəmiyyəti alt-üst edirdi. Müharibələr şölələnirdi». Yenə buyurur: «Peyğəmbər (s) o zaman seçildi ki, siz ərəblər ən pis dindəydiniz və ən pis məmləkətdə yaşayırdınız. Dayanacağınız quru və yandırıcı daşlıqlar, yırtıcların, zəhərli və kor ilanların əhatəsində idi. İçdiyiniz bulaşıq sular, yediyiniz oduncaq idi. Yaxınların qanını tökməyə, onlardan uzaqlığa icazə verilmişdi. Bütpərəstlik şüarınız idi, daim günah içindəydiniz». Hər sürünəni, qarışqa, ilan, quş, gəmircini yeyir, hətta qəhətlik dövründə dəvə dərisini kənə və qana bulayıb qurudar, yemək hazırlayardınız.
Deyilənlər müxtəlif dövrlərdə cahil ərəb adət-ənənələrindən nümunələr idi. Bu barədə tarixi mənbələrdən ətraflı öyrənmək olar.
Ardı var...

Müəllif: Həbibullah Əhmədi 

Category: Exlaq | Baxış: 906 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]