Bazar günü, 2024-12-22, 11:08 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 2 » Allahdan qurtuluş istə
9:43 PM
Allahdan qurtuluş istə


İnsan həyatda bəzən elə probleblərlə üzləşir ki, dünyəvi vasitələrlə vəziyyətdən çıxmaq mümkünsüz olur. Etiqadlı insanlar belə anlarda da ümidlərini üzmür, Allahdan qurtuluş diləyirlər. 
Xüsusilə zalım hakimlərlə rabitədə imanı qorumaq olduqca çətindir. Nəql edirlər ki, Fəthəli şah Qacarın şöhrətli alim Mirzə Qumiyə böyük hörməti vardı. Hər dəfə Quma gələndə, Mirzəni də ziyarət edərdi. Mirzə də əlacsız qalıb onunla həmsöhbət olardı. Bir görüşdə Fəthəli şah gördü ki, çox ədəbli bir cavan onlar üçün çay gətirdi. Mirzədən soruşdu:
-Bu cavan oğlanın sizinlə nə nisbəti var. Mirzə dedi:
-Oğlumdur – cavab verdi Mirsə Qumi. Fəthəli şah cavan oğlanın camal və kamalına heyran qalmışdı. Mirzəyə dedi:
-Mənim də bir qızım var. İstəyirəm sənin oğluna verəm. 
Mirzə etiraz etdi:
-Mənim sizinlə qohum olmağım düzgün deyil. Bu istəyindən vaz keç. 
Amma Fəthəli şah israr edib əl çəkmədi. Fəthəli şah onlara bir gecə möhlət verdi.
Həmin axşam gecə yarısı Mirzə gecə namazı qılmaq üçün yuxudan oyandı. Namazın əvvəlində belə dua etdi:
-İlahi! Mən yaxşı bilirəm ki, əgər bu əlaqə baş tutsa, sənə olan məhəbbətim azalacaq. Bu işin zərəri olacaqsa onda övladımı öldür.
Gecə namazının ikinci rəkətində ikən xanımı gəlib öğlunun xəstələndiyini xəbər Verdi. 
Oğlunun halı pisləşdi . Alim namazın on birinci rəkətində oğlunun ölüm xəbərini eşitdi…
Bəzilərinə qəribə görünə bilər. Amma zalımla yaxınlıq o qədər böyük bədbəxtlikdir ki, ölüm ondan üstündür. 
Görən imanımızı qorumaq üçün itki verməyə hazırıqmı? Yalnız təqvalı insanlar Allahın razılığına xatir şan-şöhrətdən, vəzifədən, hətta həyatından keçə bilir!

HaqqYolu
Elm və Mədəniyyət bölməsi 

Category: Diger me'lumatlar | Baxış: 931 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]