Bazar günü, 2024-12-22, 5:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 30 » ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?
7:55 AM
ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?
 
ALLAHDAN NƏ ÜÇÜN QORXMALIYIQ?
Xüşu yaradan amillərdən biri də Allah qorxusu-dur. Ayə və rəvayətlərdən görünür ki, mömin şəxs Allahdan qorxmalıdır.["Ali-İmran" 175] "Naziat” surəsinin 40-41-ci ayələrində buyurulur: "Allah qarşısında durarkən qorxan və nəfsini cilovlayan kəsin yeri behiştdir”. Harada təqvadan söhbət gedirsə, həmin məqamda Allah qorxusu da xatırlanır.
Bu mövzu ilə bağlı Əhli–beyt rəvayətləri daha çoxdur. Məsum İmamların (ə) dua və münacatlarında daim Allah qorxusu yad edilir. Hətta İmam Səccadın (ə) bir minacatı "Minacatul–xaifin”, yəni "Qorxanların münacatı” adlanır. Peyğəmbər (s) və imamların (ə) bütün hərəkətlərində Allah qorxusu müşahidə edilir. Hətta belə məlumatlar da var ki, bəzi övliyalar Allah qorxusundan huşlarını itirirmişlər. Özü kimi insanlar qarşısında qorxudan tir–tir əsən bəzi insanların Allah qorxusunu yersiz bilməsi əslində etiqadsızlıqdan doğur.

Allahdan qorxmaq nə deməkdir? İnsan qorxduğu mövcudu sevə bilərmi? Qorxudan qılınan namazdan necə ləzzət almaq olar?
Qeyd etdik ki, ayə və rəvayətlər Allah qorxusunu müsbət hal kimi tanıtdırırlar. Amma bu məsələyə şübhə ilə yanaşanlar da var. Bəziləri iddia edirlər ki, Allah mərhəmətlidir və Ondan qorxmağa dəyməz. Əslində isə Allahdan qorxan öz əməllərinə görə qorxmalıdır. Allah–təalanın varlıq aləmində hökm sürən qanunlarına görə günah cəza ilə nəticələnir. Qiyamət günü insan Allahın yox, öz günahlarının cəzasına çatır. Təsəvvür edin ki, bir şəxs öz bağına çəkdiyi dəmir hasara cərəyan buraxıb və xəbərdarlıq işarəsi qoyub. Əgər bir kəs xəbərdarlığa məhəl qoymayıb, hasara toxunaraq ölərsə bu hadisənin səbəbkarı bağ sahibi deyil.
Bu qorxu insanda xüşu halı yaradır və onu müxtəlif günahlardan çəkindirir. Amma qəlbində Allah qorxusu olmayanlar min bir cinayətə əl ataraq, nəhayətdə cəhənnəm əzabına düçar olurlar. Demək, Allah qorxusu insan üçün çox faydalıdır və hər bir insan özündə bu halı yaratmağa çalışmalıdır.
 

 
Category: Diger me'lumatlar | Baxış: 930 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]