Bazar günü, 2024-12-22, 12:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 29 » Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi
6:15 PM
Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi


Allah taalaya itaət, günah, tənbəllik və ömrü hədər yerə sərf etməyin nəticəsi

Allah öz məxluqatını həddən artıq çox sevir. Ümumiyyətlə bütün sənətkarlar öz yaratdıqlarını çox sevirlər. Ona görə də Allah taala bəndələrin xeyrini nəzərə alıb bə᾽zi hökmləri vacib və müstəhəbb və bə᾽zi hökmlərin isə onların zərərinə olduğunu nəzərə alıb haram və məkruh hesab etmişdir. Nə günahkarın günahının Ona zərəri var, nə də müti (Allahın əmrindən itaət edən) adamın itaətinin Ona xeyri vardır. Cümlə-aləm dönüb kafir olsa da Allahın şə᾽ninə bir toz belə qona bilməz”. Çünki Allah taala qüdrətlidir və heç nəyə ehtiyacı yoxdur. Onun məqsədi şəriət hökmlərini göndərməkdə dünya və axirətdə bəndələrin halını islah etmək, onları düz yola hidayət, zərəri onlardan uzaqlaşdırmaqdır. Belə olan surətdə onun hömklərinə fikir verməmək (bir halda ki, ne᾽mət verənə şükür və mövlasına itaət etməyi vacib bilən ağılın hökmü ilə müxalifət edir) səfehlikdir. Çünki bu, xeyiri tərk etmək, özünə zərər vurmaq və zülm etməkdir. Ey insanlar, günah etməyin! Doğrudan da günah dünyada adamı xar, axirətdə isə əzaba düçar edər. Babamız Adəmin bir xəta ilə cənnətdən çıxarıldığı haqda düşünün. Ey insanlar, tənbəllik, səfeh işlə və onlara səbəb olan şeylərdən uzaq olun. Deyilənə görə şeytan və nəfsi-əmmarə pis işləri gözəl, gözəl əməlləri pis cilvələndirməkdən aciz olduqda tənbəllik və bekarçılıq yaradan işlərə: ehtiyacdan artıq yemək, yatmaq, rahatlılıq, mal toplamaq, vaxtı görüşlərə, söhbətlərə, uzun-uzaq bəhslərə sərf etməyə üz tutarlar. Bəs onların hər birini insanın gözündə zinətləndirməklə onu bu işləri görməyə vadar edər və nəticədə qiymətli vaxtını itirməklə belə mənfi sifətlərin yaranmağına səbəb olar. Ey insanlar, ömrünüzü boş və axirətə xeyiri olmayan işlərə sərf etməkdən gözləyin. Çünki ömrün hər anı gövhər kimidir, daha doğrusu ondan qiymətlidir. Ona görə ki, gövhəri hər hansı bir yolla əldə etmək olar, ömür isə daha ələ gəlməz. Əcəl gəlsə bir an belə gecikməz. Ey insanlar, belə asanlıqla bu gövhəri hədərə verməyin. Ey insanlar, yaşa dolmamış cavanlığın, xəstələnməmiş sağlamlığın, zəiflənməmiş qüvvətin, yalnız olmamış dövlətin, giriftar olmamış asudəliyin, ölməmiş isə həyatın qədrini bilin. Hədisdə var ki, cənnət əhli dünya işlərinin heç birinə deyil, yalnız Allahı zikr etmədikləri an üçün peşman olarlar. Peyğəmbər (səlləllahu əleyhi və alih)dən rəvayət olunmuşdur: Hər kəs qiyamətdə özünü danlayacaq. Xeyir işlərin sahibi deyər: Əməllərimi bir az artırsaydım bundan da üstün məqam alardım. Pis işlərin sahibi isə deyər: -Ey kaş, o işləri görməsəydim əzab çəkməzdim. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz hikmətli kalamlarında Əbuzərə belə buyurur: “Öz ömrünün qədrini bilməkdə dirhəm və dinar toplamaqdan çox həris ol.” Hədislərdə deyilir ki, əməllərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ın Əbuzərə etdiyi vəsiyyətlərdən. Ən gözəli vaxtı qorumaqdır və hər kəs əkin vaxtını əldən versə biçin vaxtı peşman olar. Ey insanlar, nəbada ölümdən sonra sənə xeyir verməyən işlərə ömrünü sərf edəsən. Hədisdə var ki, aqil o kəsdir ki, fürsət var ikən sabahı (axirət) üçün iş görür və zirək o kəsdir ki, öz qədrini bilir və ölümdən sonrası üçün çalışır. Axmaq o kəsdir ki, öz nəfsinə tabe olur və Allahdanda məğfirət təmənnası var.” Axirətdə faydasız olan işlərə ömrü sərf edən insan o şəxsə bənzəyir ki, yer üzünə tökülmüş qiymətli daş-qaşları qoyub yerin dərinliklərindən çox çətinliklə köhnə saxsı və daş parçaları çıxarır.

   Ey insanlar, ömrünüzün qədrini yaxşı bilin, onu sizə nicat verməyən işlərdə itirməyin və özünüzü barama qurdu kimi torun içinə salıb məhv etməyin. Sizlərə ən gözəl əxlaqi sifətləri tövsiyə edirik

Category: Exlaq | Baxış: 846 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]