Bazar günü, 2024-12-22, 9:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 2 » Allah rizası üçün qəzəblənmək
8:06 AM
Allah rizası üçün qəzəblənmək
Allah rizası üçün qəzəblənmək

Bəzən elə yerlər olur ki, orada Allaha xatir qəzəblənmək lazımdır. Ümumiyyətlə insanın qəzəblənib qəzəblənməməsində əsas meyar Allahın razılığı olmalıdır. Əgər Allahın razılığı olmayan yerdə insan qəzəblənərsə bu qəzəblənmək insanı həqiqətdən ayrı salar və imanını əlindən alar. Lakin elə yerlər də vardır ki, əgər insan orada qəzəbini bildirməsə Allah ondan razı qalmaz. Bu barədə bir çox hədis və rəvayətlər vardır. Onlaın bir bir neçəsini nəzərnizə çatdırıram.
1. Həzrət Əli(ə) buyurur: Hər kəs batil və nahaqlığın qarşısında qəzəblənərsə, Allah ona batili və nahaqqı aradan aparmaq üçün kömək edər.”
Odur ki bəzən qəzəblənmək insana vacib olur. Elə yerlər olur ki, əgər insan orada qəzəbini bildirməsə Allah ondan razı qalmaz.
2. Əbuzər Ğəffari həzrət Əlinin(ə) ən yaxın dostlarından və Peyğəmbərin(s) səhabələrindən idi. Müaviyə onu Rəbəzəyə sürgün edərkən Əli(ə) ona buyurdu:
"Ey Əbuzər, Sən həqiqətən Allah rizası üçün qəzəblənmisən. Belə isə kimə xatir qəzəblənmisənsə, Ona da təvəkkül et. Onlar öz dünyalarının əllərindən çıxacağından qorxub səni sürgün edirlər. Sən də öz dininə zərər gəlməsindən qorxub onlara qəzəbləndin.”
Bu hədislərdən məlum olur ki, Allah razılığı olan yerdə qəzəblənmək lazımdır. Lakin Allahın razı olmadığı yerdə qəzəblənmək qadağan və günahdır. Biz qəzəbin mənfi və müsbət cəhətlərindən söhbət açdıq. İndi bilmək lazımdır ki, insan qəzəbləndikdə öz qəzəbini hansı vasitələrlə söndürə bilər.

"İnsan və mənəviyyat"

 
Tural
islam-azeri.az
Category: Diger me'lumatlar | Baxış: 685 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]