Cümə axşamı, 2024-12-26, 4:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 23 » Allaһa daim bəndəlik etmək ən uca məqamlardandır
1:32 PM
Allaһa daim bəndəlik etmək ən uca məqamlardandır
image

Bundan əvvəl qeyd etdik ki, insan tohidinkamalında ixlasa çatan kimi, qəlbi Allahdan başqa varlıqlardan uzaqlaşıb, yalnız Pərvərdigara bağlanır. Bu anda o, elə bir məqama çatır ki, həqiqətən də Allahı öz üzərində daimi olaraq hazır və nəzarətçi hiss edir, özünü də Onun qarşısında daim bəndəçilik və itaət halında saxlayır. Yəni dərk edir ki, əgər Allah nəzərini bir an onun üzərindən götürsə, yoxluğa düçar ola bilər. Həmçinin, özü də Ondan qeyrisinə bir an belə meylli olsa, bu uca məqamdan süqut edə bilər. Bu məqamda o, xeyirin yalnız Pərvərdigar tərəfindən olduğuna şahid olur. Deməli, Allahdan qeyrilərinə heç bir ümid bəsləmir, qorxusu da yalnız Ondan olur.

«Biharul-ənvar» da Peyğəmbərdən (s) nəql olunan dua bu məsələyə aid olan aşkar bir misaldır: «Pərvərdigara! Bir göz qırpımı qədər belə, məni öz başıma buraxma. Məndən uzaqlaşdırdığın pislikləri, bir daha mənim tərəfimə qaytarma. Mənə etdiyin yaxşılıqları, bir daha geri alma. Məni düşmənlərimin həsadətinə düçar etmə!

Bəndənin həqiqətən də heç bir şeyə qadir olmaması, bu dörd çümlədən məlum olur. Doğrudan da əgər Allah insanı bir an öz başına buraxsa, o həlak ola bilər. Elə buna görə də mərifətdə bu məqama çatanlar bir an da olsa öz diqqətlərini Allahdan yayındırmırlar. Çünki Pərvərdigardan qeyrisinə diqqət etmək, onlar üçün günah hesab olunur. Əlbəttə şühud məqamına nisbətdə, bir an bəndəlikdən süqut etmək, onlar üçün çox böyük günahdır. Bu məsələyə əsasən Məsumların (ə) oxuduqları bəzi dualarda onların Allah qarşısında özlərini necə müqəssir bilmələrinin səbəbi məlum olur. Onlar təkcə bizim etdiyimiz səqirə və kəbirə günahlardan deyil, hətta ən kiçik günahlardan, xətalardan belə, məsumdurlar.

Onlar gündüzlər müxtəlif işlərlə məşğul olduqlarına görə, gecələr etdikləri ibadətdə qərq olduqları kimi ola bilmirlər. Elə buna görə də bu işi özləri üçün günah hesab edib, Allaha qarşı xəta etdiklərinə iqrar edirlər.

Xüsusi dərəcə Sahiblərinin tövbə məqamı.

Tövbənin üç dərəcəsi vardır. Birincisi «ümumi tövbə» dir, yəni, müqəddəs şəriətdə qeyd olunan böyük və kiçik günahlardan tövbə etməkdir. İkinci dərəcə tövbədir, yəni məxsus bəndələrin etdikləri tövbə. Buna başqa sözlə «tərki-övladan» tövbə etmək deyilir. Bu insanlar məkruh əməli yerinə yetirdiklərinə və ya müstəhəbbi əməlləri tərk etdiklərinə görə tövbə edirlər. Üçünçüsü isə ən məxsus bəndələrin tövbə dərəcəsidir ki, bu onların ən yüksək dərəcəsidir. Bu məqamda olan şəxslərin tövbəsi bir an da olsa belə Allahdan qeyrisinə nəzər etdiklərinə görədir. Allahın övliyaları yalnız buna görə tövbə edirlər.

Əhli-beytin (ə) oxuduğu dualarda bunun nümunəsini görə bilərik. Məsələn, Əli (ə) öz münacatlarından birində buyurur: «Pərvərdigara, qəflət məni bürüdüyü halda halımın necə olduğunu kaş biləydim. Görəsən məndən üz döndərmisən, ya hələ də mənə nəzərin vardır?»

Şühud məqamında olan qəflətin də özünə məxsus mərtəbələri vardır. Biz Məsumların (ə) şühud dərəcəsində olan qəflətlərini dərk etməkdə çox acizik. Məsum imamlar xörək yeyəndə, danışanda və başqa işlər görəndə onların Allaha olan diqqətləri, namazda olan diqqətləri kimi deyildir. Elə buna görə də bu çatışmamazlığı özləri üçün qəflət və günah hesab edirlər. Bütün namazlarında da onların halı eyni deyildir. Bəzi namazlarında Allahın hüzurunu elə dərəcədə hissedirdilər ki, nəhayətdə qəşş edərək bihuş olurdular. Onlarda olan bihuşluq bizim bihuşluqumuz kimi deyildir. Bu onların öz məqamlarına münasib olan bihuşluqdur. Onların huşlarının çoxluğu nəticəsində qəşş etməkləri də ruhanidir. Onlar hər bir böyük və kiçik günahlardan, məkruh və hətta tərki-övladan da məsumdurlar. Şühud və bəndəçiliyin davamlı olması, Allaha məxsus şəkildə əbədi olmaq və bəşərin əldə edə bilmədiyi bəzi başqa məqamlar yalnız məsumlara məxsusdur. Elə buna görə də bu məqamlarda bir an belə, qəflət edəndə onu özlərinə günah hesab edirdilər.

İxlası Sevənlər üçün Müjdə.

«Misbavuş-şəriə» kitabının «Səcdə» fəslində İmam Sadiqdən (ə), bizim ümidvar olmağımıza səbəb olan müjdə verici bir rəvayət nəql olunur: «Kim ixlası sevsə....." Diqqətinizi bir şeyə cəlb etmək istəyirik ki, İmam (ə) bu hədisdə «kim ixlaslı olsa» deyil, məhz «kim ixlası sevsə» kəlməsiniişlətmişdir. Allan eləsin, biz bəndəçilikdə xalis olmağı istəyək.

Eşq Elmi kitablarda yazılmır.

Arzu   edənlər   üçün   «Biharul-ənvar» ın birinci cildində, İmam Sadiqin (ə) bəndəçilik haqqında nəql etdiyi hədisin bəzi hissələrini qeyd edirik. Ünvani Bəsri həzrət Sadiqin (ə) hüzuruna gəldi, bir qədər söhbətdən sonra İmam (ə) ona buyurdu:

«Elm, oxuyub-öyrənməklə ələ gəlməz. O bir nurdur ki, Allah-təala onu hidayət etmək istədiyi kəsin qəlbinə daxil edər».

Tohid elmi, iman və Allah elmi, kəsb olunan deyildir. Bunları kitab oxumaqla əldə etmək olmaz. Oxumaqla ələ gələn şey, yalnız əqli dəlillərdir. İman və qəlbin inanması bir nurdur ki, Allahın qayğısı və tofiqi nəticəsində qəlbə daxil olur. Lakin bu nurun zəminəsini yaratmaq, insanın öz əlindədir.

İmam (ə) hədisin davamında buyurur: «Əgər bu elmi istəsən, əvvəl gərək bəndəçiliyin həqitətini özündə axtarsan. Elmi əməl etməklə tələb et. Məsələləri başa düşməyi Аllаhdаn istə ki, O dа bunlаrı sənə dərk etdirsin».

Bu elm yаlnız əməl ilə yаnаşı olmаlıdır, yəni əgər insаn bildiyi şeyə əməl etsə, onun elmi dаhа dа аrtаcаq və Аllаh-təаlа onа bilmədiyi şeyləri öyrədəcəkdir.

Bu hədisdə ən əhəmiyyətli məsələlərdən biri budur ki, əgər elmin həqiqətinə çаtmаq istəyirsənsə, çаlışıb bəndəliyin həqiqətini özündə yаrаtmаlısаn. Yəni hаqqın sübutu bəndənin eyni zаtı olmаlıdır.

Özünü mаlik və tədbir edən hesаb etmək.

Ünvаni Bəsri soruşdu: Bəndəçiliyin həqiqəti nədir? İmаm (ə) buyurdu: Üç şeydir: Birincisi, özünü əlində olаn şeylərə mаlik hesаb etməmək, yəni Аllаhın onun ixtiyаrındа qoyduğu şeyləri bəxşişdən bаşqа bir şey biməməkdir. O, həqiqətdə dil, əl, аyаq, mаl-dövlət, övlаd və bаşqа şeylərin müstəqil mаliki deyildir. Özünü müstəqil mаlik hesаb edən kəs yəqin bilsin ki, hələbəndəçilik mərtəbəsinə çаtmаmışdır. Əksinə belə insаnlаr özlərini rəbb mərtəbəsində təsəvvür edirlər.

İkincisi, Аllаhı bütün işlərdə həqiqi tədbirçi kimi tаnımаqdır. Аmmа əksər insаnlаr mаlın çoxаlmаsındаn, yüksək vəzifələrdə olmаqdаn və gələcək həyаtlаrını təmin etməkdən ötrü müstəqil tədbirlər görürlər. həqiqətdə onlаr həqiqi tədbirçi olаn Аllаhı yаddаn çıxаrıb, özlərini müstəqil hesаb edirlər. İmаm (ə) bu hədisdə yаşаyışı təmin etməyi inkаr etmir, əksinə insаn öz işlərində diqtətli olmаlıdır. Lаkin o, məğrurluğunu kənаrа qoyub özünü həyаtdа müstəqil hesаb etməməlidir. Bir işin bаş verib-verməməsini Аllаhdаn bilməlidir. Yəni bir işin аrdıncа gedəndə, «bu işin аrdıncа gedirəm, аmmа nəticəsi Аllаhdаndır» deməlidir. Məsələn, xəstəlik zаmаnı həkimin yаnınа gedəndə onu bir vаsitəçi hesаb etməlidir. həkimin verdiyi dərmаn xəstəlikdən şəfа tаpmаğа  bir vаsitədir. Аmmа dərmаnın təsir etməsi əsl şəfа veriçi olаn Аllаhın əlindədir.

Bütün məşğuliyyətlər Аllаhın buyurduğu ilə olmаlıdır.

Üçünçü, bəndənin bütün məşğuliyyətləri Аllаhlа olmаlıdır, yəni Onun buyurduğu əmrlərə itаət etməli, nəhy etdiyi şeylərdən isə çəkinməlidir. Ümumiyyətlə bəndə olmаq istəyən kəs, Allahın əmr və nəhylərinə təslim olmalı və Onun razılığını əldə etmək üçün Pərvərdigarın sevmədiyi şeylərdən uzaq olmalıdır. Bəndə olmaq istəyən və Allahı hazır və nazir bilən kəsin Allahın buyuruqlarının inkar etməsini görmüsünüzmü? Əslində əməl iddianı təsdiq etməlidir. Başqa bir rəvayətdə İmam Hadi (ə) buyurur: «İman odur ki, qəlb ona inanmalı və əməl onu təsdiq etməlidir».

Bişri Hafi bəndə olmaq istəyir.

Əllameyi Hilli (r) «Məcalisul-möminin» və başqa kitablarda belə bir rəvayət nəql edir: Həzrət Musa ibni Cəfər (ə) Bişrin evinin qarşısından keçirdi. Onun evinin daxilindən haram musiqi sədaları eşidilirdi. Elə bu anda onun kənizi bayıra çıxdı. Həzrət (ə) kənizdən soruşdu: Bu evin sahibi Hürrüdür (azad), ya bəndə? Kəniz dedi: Evin sahibi neçə-neçə qul və kənizlərin sahibi olduğu halda necə bəndə (qul) ola bilər? İmam (ə) buyurdu: Bəli, əgər bəndə olsaydı belə olmazdı. Kəniz evə qayıdanda Bişr ondan soruşdu: Kiminlə söhbət edirdin? Kəniz əhvalatı olduğu kimi danışdı. Bişr bu söhbətdən İmamı (ə) tanıdı. Elə həmin anda da ayaqyalın qaçaraq özünü İmama (ə) çatdırıb, həzrətin (ə) vasitəsilə tövbə etdi və dedi: Ya İmam (ə)! Mən bəndə olmaq istəyirəm.

Bu hədisi nəql etməkdə məqsədimiz İmamın (ə) buyurduğu «əgər bəndə olsaydı, belə etməzdi» kəlməsidir. İnsanın günahkar olması onun bəndə olmamasına bir şahiddir. Əgər insan bəndə olsa Allahın razı olmadığı işləri yerinə yetirməkdə necə cürət edə bilər? İmam Sadiq (ə) əvvəldə qeyd etdiyimiz hədisdə bəndəliyin üç xüsusiyyətini zikr edərək buyurur: Bəndənin həqiqimalik olmamasının əlaməti budur ki, Allah yolunda ehsan etmək onun üçün asan olur. Əgər bir kəs var-dövlətini Allah yolunda xərcləməkdə çətinlik çəksə, deməli o, hələ də var-dövlətinin Allaha məxsus olduğunu dərk etməmişdir.


ihq.az

Category: Exlaq | Baxış: 960 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]