Bazar günü, 2024-12-22, 10:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Fevral » 20 » ALKOQOLLU İÇKİLƏR (1)
5:27 PM
ALKOQOLLU İÇKİLƏR (1)
 
ALKOQOLLU İÇKİLƏR

          Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri içməkdir. İndisə İslam dininin elmi əzəmətinin bir güşəsinə varmaq üçün, spirtli içkiləri içməyin bir sıra cismi zərərlərini açıqlayırıq.
          1. Alkoqolun beyin və əsəb sisteminə olan zərəri
Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkoqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra, öz real təsirlərini, o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərinin zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq, anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini üzə çıxaracaqdır.
        2- Spirtin sümüklərə olan zərəri
Bir qrup tədiqatçının araşdırması göstərmişdir ki, spirtli içkilər, sümüklərin zəifləməsi və sınmasına səbəb olur. Sınmız sümüklər uzun müddət ərzində çətinliklə sağalırlar.
Həkimlərin bildirdiklərinə əsasən, spirtli içkilər sümük toxumalarının işininə maneəçilik törədərək, neçə il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də spirtli içkilərin istifadəsi tandonların çəkilməsinə səbəb olur.
         3- Böyrək
İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə düçar olmuş xəstələrin 87.5 %-i spirtli içkilərin səbəbilədir. Spirtli içkilər sidiyin miqdarini da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur.
           4- Boyun
Spirtin, xüsusilə pivənin istifadəsi nəticəsində bəzən boyun piyi çoxalaraq cərrahlıq əməliyyatına ehtiyaclı olur.
          5- Spirtli içkilərin qaraciyərə zərəri
Kəskin surətdə spirtli içkilərə qurşanan şəxslər, yüksək dərəcədə böyrək və qaraciyərdə problemin təhlükəsi astanasındadırlar. "MOONSHİNE" sizin böyrəkləriniz üçün son dərəcə zərərli ola bilər, çünki onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər. Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli maddələri ayırmaq və zərərsizləşdirməkdir. Lakin təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir.
           6- Spirtli içkilərin qan dövranına zərəri
Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini aradan aparır, dəmir tərkibini təşkil edən qan hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı təhlükəsi ilə üzləşdirir.
          7- Spirtli içkilər, qidanın həzmində pozğunluğun amili
Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt, mədə südlərini azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin qarşısını alır, beləcə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır.
          8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin) səbəbidir.
Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı spirtli içkilər səbəbilədir.
1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən, spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.
           İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki, təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.
           İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə, onun ve Rəsulunun adından yalan danışmağa, töhmət vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir".
Şərab haqqında alimlərdən qısa cümlələr

1- Badə az iç, əqlini bada vermə
2- Şərab qəlbi qaraldar və əqli korlayar
3- Ağlı şərab bağlayar, gözü isə yuxu
4- Şərq həkimlərindən biri deyir: Məstedicini almaq, dəliliyi almaqdır.
5- Alman tədqiqatçılarından biri deyir: Spirtli içkilər satılan mağazaları plomblayın, daha sonra zindanlardan cinayətkarları azad edin.

Lətifə: Ağıllı dəlinin əmirlə söhbəti
          Əmir dəlixanaya baş çəkməyə gəlmişdi, dəlilər arasında birisini görür ki, mətanət və vüqarla addımlayırdı. Əmir öz-özünə dedi: Onu səbəbsiz dəlixanaya gətirmişlər, daha sonra onunla danışmağa başladı. Söhbət əsnasında əmirə şərab gətirdilər, iki-üç cam içdikdən sonra, camı dəliyə təklif etdi. Dəli üzr istədi və içməkdən çəkindi. Əmir israr etdikdə, dəli dedi: Ey əmir sən şərab içirsən ki, mənim kimi olasan, mən içim ki kimin kimi olum?
           9 – Şərabın digər orqanlara zərəri
Şərab təkcə qan dövranı sistemini deyil, bədənin bütün orqanlarını spirt düşgünlüyünə yuvarlayır. Şərab içən həzm pozğunluğu, mədə qıcolması (konvulsiya), qarınağrısı, ürəkbulanma, beyin zədəsi, ürək narahatçılıqlarına, o cümlədən: oritimi və takikardiyə düçar edir. Tədqiqatçılar bildirirlər ki, çox miqdarda spirtdən istifadə etmək, beyin fəaliyyətlərinin və tənəffüs sisteminin iflic olmasına və bununla da ölümə gətirib çıxara bilər.]
         Şərabın körpəyə və rüşeymə (embriona) zərəri
Hazırda statistika və tədqiqat göstərir ki, valideynləri şərab içən uşaqların ölümü, başqa xəstəliklərlə tələf olan digər uşaqlardan daha çoxdur. Habelə şərab içən atalardan doğulan uşaqlar adətən zəif, əlil və kəskin konvulyasiyalara mübtəladırlar. Bu şəxslərin həyatın çətinlikləri qarşısında müdafiələri zəifdir, müxtəlif mikroblar qarşısında daha həssasdırlar. Bədən üzvlərində naqislik, fəqərə sütununda əyrilik, kar va lallıq, tirod vəzlərində çatışmazlıq, eləcə də şüuri geriləmə kimi beyin zərərləri, əzələlərin inkişaf etməməsi və şiddətli dəlilik və s. bu tip uşaqlar çox müşahidə edilir.
 
Müəllif: Mehdi Tahiri
 
Category: Bezi meslehetler | Baxış: 914 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]