Cümə axşamı, 2024-05-02, 6:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Fevral » 17 » Alimlər və tələbələr arasında cəhənnəm əhli
7:49 PM
Alimlər və tələbələr arasında cəhənnəm əhli
Alimlər və tələbələr arasında cəhənnəm əhli

"Bu dörd şeyə görə elm öyrənən şəxslər Cəhənnəm əzabına düçar olarlar:
1. Alimlərlə mübahisə aparmaq:
2. Nadan və cahillərin önündə öyünmək:
3. Camaatın nəzərini özünə cəlb etmək:
4. Yiyələndiyi elmin vasitəsilə hakim və alimlərdən (dövlət başçılarından) pul və var- dövlət əldə etmək.”
"Elm artdıqca dünya malına meyl edən şəxslər Allahdan bir o qədər ayrı düşərlər.”
Əli (ə) Peyğəmbər (s)-dan nəql edərək buyurur:
"Elm və var-dövlət əldə etmək istəyənlər doymağın nə olduğunu bilməzlər. Allahın bəxş etdiyi ruziyə qane olanlar daim əmin-amanlıq içində olar, tövbə etməyib daim haram yeyənlər isə özlərini həlak edərlər. Elmi, həqiqi elm sahiblərindən öyrənib ona əməl edənlər uğur qazanar, elmi yalnız dünya məqsədi ilə öyrənənlər isə ondan yalnız dünyada bəhrələnərlər.”
İmam Sadiq (ə) bu haqda buyurur:
"Bilin ki, dünya malına meyl edən alimlər dinlərində süstlüyə yol vermişlər. Çünki, insan adətən onu əhatə edən şeyə məhəbbət göstərir.” Sonra sözlərinə davam edərək buyurur:
Allah-taala həzrəti Davud (ə)-a belə bir vəhy etdi: 
"Dünya malına aldanan alimlərə meyl etmə. Belə olduqda səni məndən uzaq salarlar. Dünyapərəst alimlər əməli-saleh bəndələrimin var-dövlətlərini qarət etmiş oğrulardırlar. Onlara verdiyim cəzaların ən yüngülü Mənimlə etdikləri münacatların (duaların) şirinliyini qəlblərindən çıxarmağım olacaqdır.”
Həmçinin İmam Sadiq (ə) Peyğəmbər (s)-dan nəql edərək buyurur:
"Alimlər dünya malına aludə olmayınca, peyğəmbərlərin əmin olduqları şəxslər hesab olunarlar.”
Səhabələr Peyğəmbər (s)-dan soruşur: Ya Rəsuləllah! Dünya malına aludə olmaq dedikdə, nəyi nəzərdə tutursunuz? Buyurur:
"Padşah və sultanların yolunu davam etdirmək. Əgər belə edərlərsə, dininizi qoruyub saxlayasıniz deyə, onlardan uzaq olun.
Allah tükənməz rəhmət və mərhəmətindən bəhrələnmək üçün təhsilin ən başlıca şərtlərindən biri Allahın razılığını əldə etməkdir.”

 
İslam-Azeri.az

Category: Diger me'lumatlar | Baxış: 845 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
0  
1 mavera   (2011-02-24 1:19 PM) [Daxil et]
Salam. Saytiniz yaxhsidir. Teshekkur edirem. Adminlerle nece elaqe yaratmaq olar? sualim var.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]