Bazar günü, 2024-12-22, 11:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 26 » "Ali-İmran" surəsi
11:15 PM
"Ali-İmran" surəsi
Quranın  üçüncü surəsinin adı. Bu surədə Ali-İmran kəlməsindən iki yerdə istifadə olunub. (33 və 35-ci ayələr). Ali-İmran - İmran ailəsi anlamındadır.

İmran Hz. Mərəymin (ə) atası olub. "Ali-İmran" Mədinədə nazil olan üçüncü və müqəttə (əlif, lam, mim) hərfləri ilə başlanan ikinci böyük surədir. Nazil olması baxımından Quranın səksən doqquzuncu, hal-hazırda ardıcıl baxımından isə ücüncü surədir. "Bəqərə" və "Nisa" surələrindən sonra "Ali-İmran" Quranın ən böyük surəsidir. "Ali-İmran" surəsi Quranın 15/ cüzünü təşkil edir. Surə 200 ayədən, 3508 kəlmədən və 14984 hərfdən ibarətdir. 

Surənin əhatə etdiyi mövzular:
Hz. İsanın (ə) Hz. Məryəmin (ə) və Hz. Yəhyanın (ə) dünyaya gəlişi, Ühüd, Bədr və Həmraul-Əsvəd döyüşlərinin təfsiri, qeyb aləmindən mələklərin müsəlmanların köməyinə gəlişi, şəhidlərin fəziləti verilən xəbərlər, insanların Allah yolunda səbr və dözümlüyünə dəvəti və təkallahlıq və Allahdan başqa heç bir varlığın  pərəstişə layiq olmadığının  bəyanı, İslam ümmətinin birliyinə, ixtilaf və parçalanmadan uzaq olmağa dəvəti, İlahi dinlərin vəhdəti, Quran ayəsinin iki hissəyə, yəni möhkəm (hökmü bəlli olan) və mütəşabihə (mənası bəlli olmayan və açıqlanmaya ehtiyac duyulan) bəlünməsi, kafir və Allah düşmənləri ilə dostluğun və möminlərlə əlaqələrinin kəsilməsinin haramlığı.


Category: Diger me'lumatlar | Baxış: 973 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]