Bazar günü, 2024-12-22, 8:37 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 23 » Ailə üzvlərini incidəndə, İmamlar (ə) narahat olur
2:23 PM
Ailə üzvlərini incidəndə, İmamlar (ə) narahat olur

Ayətullah Həsənzadə Amuli belə nəql edir: "Amulə gəlmişdim ki, yatım, uşaqlar oyun oynayırdılar. Ayağa qalxdım və əsəbləşib bir sillə uşaqlara və birini də analarına vurdum. Sonra da peşman oldum ki, niyə bu cür etdim. Çünki onların oyun vaxtı idi, mən ya məsciddə, ya başqa bir yerdə yata bilərdim. Paltarımı geyinib, evdən çıxdım. Bilet alıb, Tehrana gəldim. Sonra da Təbrizə getdim. Əllamə Təbatəbainin xidmətinə getdim. Qapını döydüm və o, qapını açıb, buyurdu: Buyurun. Ancaq sifəti çox kədərli idi. Soruşdum: Ağacan! Niyə nigaransan? Buyurdu: O tərəf sizdən çox narahatdır. Axı siz niyə arvad-uşağınızla acı rəftar etmisiniz? Mən hələ oturmamışdım. Heç bir söz də demimişdim. Buyurdu: Ağayi Həsənzadə! O tərəf sizdən nigarandır. Soruşdum: Kim nigarandır? Buyurdu: Peyğəmbər (s), İmamlar (ə) və kitabını yazan mələklər. Sənin əgər yuxun gəlirdisə, uşağın oyun vaxtı idi, gedib, başqa bir yerdə yatardın. İndi əgər onların razılığını almasan, o biri tərəf səndən narahat qalacaqdır. Sən gərək gedib, onlardan üsr istəyəsən, indi niyə durmusan? Dedim: Baş üstə! Bilet alıb, Tehrana və oradan da bilet alıb, Amula yola düşdüm. Şirniyyat dükanına girib, gözəl şirnilər aldım. Sonra evə gedib, qapını döydüm və arvadıma dedim: Məni bağışlayın, səhv etmişəm. Uşaqları çağırıb, onları öpdüm və başlarını sığalladım. Dedim: Atanızı bağışlayın, Peyğəmbər (s) və Əli (ə) məndən narahatdılar”. (Erfan)

deyerler.org


Category: Exlaq | Baxış: 892 | Added by: Mursəlat | Rating: 3.5/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]