Bazar günü, 2024-12-22, 6:29 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Oktyabr » 27 » Ah, bu gözlər
8:15 AM
Ah, bu gözlər
 
Ah, bu gözlər

Cazibədar baxış hər bir qızın həm arzusu, həm də üstünlüyü və fəxridir. Ona görə də gözlərin sağlamlığına diqqət etmək vacibdir. Bir çoxları ehtiyac olduğu halda eynək taxmağı özlərinə eyib bilirlər, halbuki, gözləri qıyaraq baxmaq daha böyük eyib sayılır.
Parlaq və sağlam gözlər gözəl göründüyü üçün onları qorumaq və mümkün qədər az yormaq lazımdır. Bunun üçün birinci növbədə adət etdiklərimizin siyahısından gecə yarıya qədər mütaliə etməyi, saatlarla kompyuter və ya televizor qabağında oturmağı, yarıqaranlıqda kitab oxumağı silməlisiz. Yoxsa daima yorğun baxışlar, qızarmış, şişkin və xəstə gözlər sizə diskomfort yaradaraq, əhvalınızı korlayacaq.
Bunların qarşısını almaq üçün sizə bəzi məsləhətlərimiz vardır ki, onlardan müntəzəm istifadə etməklə uzun illər gözlərinizin sağlamlığını qoruya bilərsiniz:
• Mütaliə edərkən otağın işığı orta həddə olmalıdır, çox parlaq işıq, eyni zamanda yarıqaranlıq göz üçün zərərlidir. İşığın səmtini gözə yox, kitaba tərəf yönəldin. Uzanmış halda kitab oxumağı unudun.
• Gözünüz ilə kitab arasındakı məsafəyə diqqət edin. Ehtiyac olmazsa, kitabı gözünüzə çox yaxınlaşdırmayın. Bu məsafə o qədər olmalıdır ki, siz gözlərinizi gərginliyə məruz qoymadan, rahatlıqla mütaliə edə biləsiniz.
• Əgər uzun zaman mütaliə ilə məşğul olacaqsınızsa, gözlərinizin qayğısına qalın və hər saatdan bir onlara istirahət verin.
• Gözlər təbiəti çox sevir. Ona görə imkan düşdükcə ətrafınızdakı yaşıllığa çox baxın. Bu, həm də əsəbləri sakitləşdirir.
• Kömpyuter hər bir müasir insanın həyatında əvəzedilməz yer tutur. Bəzən vaxtı unudub, saatlarla monitorun qarşısında oturmaqla gözlərimizə böyük ziyan vururuq.

Gəlin görək, kompyuterlə işləyərkən gözlərimizi çox yormamaq üçün nə edə bilərik:
1. Kompyuterdə işləyərkən monitorla öz aranızda məsafə saxlayın. Bu məsafəni təyin etmək üçün qolunuzu monitora tərəf uzadın və kompyuterə bundan yaxın oturmayın.
2. İmkan daxilində, monitoru göz səviyyəsindən hündürdə yerləşdirin. Bu, göz ətrafında yerləşən əzələləri gərilməkdən qoruyur. Bu əzələlər, adətən, aşağı və irəli baxdıqda gərginləşir.
3. İşə həddindən artıq aludə olmayın, 40-45 dəqiqədən bir istirahət etməyi unutmayın. Göz və əllər üçün olan qimnastik hərəkətlər də istirahət sayıla bilər. Bu zaman bir neçə dəqiqə uzağa baxmaq çox faydalıdır. Ancaq ən yaxşısı kompyuterdən aralanıb, başqa işlə məşğul olmaqdır.
4. Görmə qabiliyyətiniz zəifdirsə, eynəksiz kompyuterə yaxın getməyin. Yoxsa gözünüzün vəziyyəti daha da ağırlaşar.
5. Görmənizin getdikcə zəiflədiyini hiss edirsinizsə, kompyuterdə işləməyi minimuma endirməlisiniz.
Əgər eynək gözlərinizə yaxşı təsir edirsə, ondan imtina etməyin. Bundan utanmaq lazım deyil, hətta bəzilərinə eynək çox yaraşır.
Lazımi qədər yatmağı da unutmayın. Bu, gözün gözəlliyi üçün ən əsas və sadə vasitədir. Dincəlmiş gözlər təravətli və gözəl görünür.
Yaxşı yatmaq üçün rahat çarpayı və dinc, sakit şərait lazımdır. Yatmazdan qabaq beyninizi müxtəlif fikirlərlə yükləməyin, yaxşı şeylər haqda düşünün, qoy problemlər sabaha qalsın.
Gözlərinizin sağlamlığına biganə qalmayın, axı məhz onlar ətrafınızdakı aləmi müxtəlif rənglərdə və çalarlarda görmənizə kömək edir.
Verdiyimiz məsləhətlərə riayət etsəniz, gözləriniz sizə "Sağ ol” deyəcək.
Qoy gözləriniz yalnız gözəlliklər görsün!

kovser.az
 
Category: Bezi meslehetler | Baxış: 1153 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 3
+1  
3 sevda888   (2011-12-22 10:53 AM) [Daxil et]
angel2

0  
2 Ənfal   (2010-11-10 6:25 PM) [Daxil et]
biggrin

+1  
1 AsiMelek   (2010-11-10 4:58 PM) [Daxil et]
flowers

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]