Bazar günü, 2024-11-24, 8:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Mart » 4 » Ağlamaqın möcüzəsi
4:46 PM
Ağlamaqın möcüzəsi

Ağlamaqın möcüzəsi


İnsanın ən əhəmiyyətli orqanlarından biri olan göz narahatlıqlarının önündə gözyaşı kanalının tutulması durur. Türkiyə mətbuatına istinadən bildirilir ki, ölkənin tanınmış oftalmoloqlarından Harika Çevikel gözyaşı kanalı tutulmasının ən çox körpələrdə və qadınlarda rast gəldiyini, bunun da gözdə infeksiyaya səbəb olduğunu bildirib. 

 
Gözyaşı kanalı tutulması ilə yanaşı, gözdə quruluğun da sağlamlıq üçün problem olduğu yazılarkən, aparılan araşdırmalarda zaman-zaman

” Göz yaşının tərkibindəki bir maddə əgər heç axmazsa, göz quruluğu narahatlığına səbəb olur. Hərdən ağlayan adam beləcə bu xəstəliyə tutulmaqdan xilas olur. Xüsusilə kədərlənən zaman ağlamaq ürəyi daha az yorur. Çünki göz yaşı axıtmaqla kədərli olarkən sıxılan ürək damarları açılır. Ağlayaraq bir çox xəstəliyin əsas düşməni olan streslə başa çıxa bilərsiniz. Çünki bu duyğu təəccüblü olsa da, xoşbəxtlik hormonlarını hərəkətə gətirir. "

ağlamağın faydalarının da olduğu öyrənilib. 

Göz yaşının tərkibindəki bir maddə əgər heç axmazsa, göz quruluğu narahatlığına səbəb olur. Hərdən ağlayan adam beləcə bu xəstəliyə tutulmaqdan xilas olur. Xüsusilə kədərlənən zaman ağlamaq ürəyi daha az yorur. Çünki göz yaşı axıtmaqla kədərli olarkən sıxılan ürək damarları açılır. Ağlayaraq bir çox xəstəliyin əsas düşməni olan streslə başa çıxa bilərsiniz. Çünki bu duyğu təəccüblü olsa da, xoşbəxtlik hormonlarını hərəkətə gətirir.

Kədərli olduğu günlərdə göz yaşı tökən insanlar rahatlayaraq daha yaxşı yuxu alırlar. Sıxıntılı və ya sevincli olduğu zaman təzyiqi düşən, ya da qalxan adam ağladıqda təzyiqi normal vəziyyətə dönür. Ağladıqda bədəndəki stress hormonları göz yaşları vasitəsilə bədəndən uzaqlaşır və bir az sonra rahatladığını hiss edir.

Harika Çevikel körpələrdə gözyaşı kanalı tutulmasının masaj tətbiq olunaraq aradan qaldırıldığını söyləyib: "Körpələrdə gözyaşı kanalının tutulması zamanı ilk 1 il masaj tətbiq olunur. Masaj burun kökündən aşağı doğru sığallayaraq həyata keçirilir. Gündə 4 dəfə, 15 dəfə olmaqla bu masaj hərəkətini etmək lazımdır. Masajla kanalın öz-özünə açılma ehtimalı 95%-dir. Ancaq bu, mütləq işin mütəxəssisi tərəfindən edilməlidir”.

islamtimes.org

Category: Bezi meslehetler | Baxış: 1414 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]