Bazar günü, 2024-12-08, 5:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyul » 2 » Ağıl və Allahı Tanımaq-1
3:57 PM
Ağıl və Allahı Tanımaq-1
Ağıl və Allahı Tanımaq-1

Dünya həyatı ölüm ilə sonlanır. Hər gün minlərlə adam ölümü dadır. Bu fani gəlib keçici dünya yerinə, əbədi həyat yəni axirətimizi qurtarmamız lazımdır. Peşmanlığın heç bir fayda verməyəcəyi axirət həyatımız üçün nə qədər çalışırıq?
"Tabe olanlar deyəcəklər: "Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!"‌ Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər."(Bəqərə 167)

Əbədi həyatımızı yüngül sayıb, əhəmiyyətli hesab etməzlik etməyək prinsipi qeyri-mümkündür. Bunu çox yaxşı idrak etməmiz lazımdır. Bəşər övladı nəyin arxasındadır. Bunu çox yaxşı anlamalıyıq ki hədəfimiz, məqsədimiz müəyyən olsun. Allahı çox yaxşı tanımalıyıq ki hər iki həyatımızda da əbədi səadətə çataq. İçimizdəki ölüm qorxusundan xilas olaq. Elə bir elmə sahib olaq ki cahiliyyətin itirdirdikləri baxımından təhlükəsizlikdə olaq. İnsan özünü tanıdıqdan sonra Allahı da tanıyar. Əgər insan Allahı unutmuş isə özünü də unutmuşdur. Ancaq Allahı tanımaqla insan ucalmaqda, kamallarla dərəcələr qazanmaqdadır. Allahı tanımadan, nə doğru dürüst ibadət, itaət, əməllər edə bilərik, nədə ona qul ola bilərik.

Allaha inanmaq və tanımaq insanın əsl məqsədidir. Bunun fərqində olmaq insanın düzəlməsinə ucalmasına səbəb olar. Bu dünya imtahan yurdudur. İmtahanın ilk başı Allaha inanma və tanımadır, hər şeyimiz ona görədir. Əkəcəyin və biçəcəyin şeylər, Allaha inanma və tanımana bağlıdır. Allaha ürəyiylə, ağılıyla inanan nəfslərinin arzularına tapınmaz və başqasına qulluq etməzlər.

Allahı unudub başqalarına tapınanlar, onların istədikləri kimi yaşayanlar düşünməyən,   eşitməyən və görməyənlərdir. Kim özünü təmizləmişsə xilas olmuşdur, kim özünü çirklətmişsə özünü ziyana soxmuşdur." "Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?  "furqan surəsi 77.
Əmir-ül möminin (ə.s) belə buyurub: Allaha ağıldan daha üstün bir şeylə ibadət edilmiş deyil. Bu müxtəlif xüsusiyyətlərə sahib olmadıqca bir insanın ağılı tamamlanmış olmaz. Küfr və pislikdən yana ondan əmin olunar. Ondan düzgünlük və xeyr ümid edilər. Malının çoxunu  paylayar. Sözünün çoxunu içində məbləğ. Dünyadan  götürdüyü pay isə yalnız bəslənməkdir. Həyatı boyunca qətiliklə elmə doymaz. Allah ilə bərabərkən zəlil olmaq, onun üçün başqalarının yanında əziz olmaqdan daha yaxşıdır. Tevazü, ona görə şərəfdən daha yaxşıdır. Başqasının sərgilədiyi az miqdardakı yaxşılıqları çox görər, özünün sərgilədiyi çox miqdardakı yaxşılıqları isə az hesab edər. Bütün insanları özündən daha yaxşı görər. Öz yanında özün, insanların ən pisi olduğunu düşünər... İşdə bu dinin özüdür. Üsulu kafi c. 1 s. 20

Taqrib
tebyan
Category: Exlaq | Baxış: 1294 | Added by: Mursəlat | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]