Bazar günü, 2024-12-22, 9:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 28 » Ağıl - insanın ən faydalı sərvətidir
6:05 PM
Ağıl - insanın ən faydalı sərvətidir
Ağıl - insanın ən faydalı sərvətidir
 Allah Təala hər bir insanın nütfəsini yaradan zaman başqa nemətlər (göz, qulaq, ürək) kimi, ağılı da ona əta edir. Bu dəyərli nemət sayəsində insan aləmin həqiqətlərini dərk edir.

İnsan öz ağlı vasitəsilə Allahı, Peyğəmbəri (s), İmamları (ə), Qiyaməti dərk edə bilər. İnsan ağlı vasitəsilə özünü tanıyar, ətrafdakıları tanıyar, xeyri-şəri tanıyar.

Əgər Allah bu böyük neməti biz insanlara verməsəydi, insan heyvan hesab edilərdi. Bu zaman həyatdan məhdud halda bəhrələnmiş olardı. Ancaq Allah belə iradə etmədi. Allah istəmədi ki, insan heyvan kimi yaşasın. İnsan ağlı sayəsində elə bir məqama çata bilər ki, mələklər belə həmin məqama çatmayıblar.

Quranda təxminən mindən çox ayə bu İlahi nemətin bərəkətindən bəhs edir. Peyğəmbərlər (ə) və İmamlar (ə) da bu haqda çox danışmışdılar. Ancaq insanların heç biri bu İlahi nemətin şükrünün öhdəsindən gəlməmişdilər. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Bu aləmdə ağıldan daha faydalı sərvət yoxdur”.

Həqiqətən bütün Peyğəmbərlərin (ə) və İmamların (ə) ibadət və xidməti onların kamil ağlından qaynaqlanmışdır. İnsan Allahın həqiqi bəndəsi olmalıdır. İnsan ancaq Allahın qarşısında əyilməli və ona itaət etməlidir. Qalan insanlar: padşahlar, vəzirlər, hakimlər də onun kimi insanlardır. Əgər insan fikirləşsə ki, özü kimisinin və ya özündən də aşağı olan şeylərin: sərvət, mal-dövlət, cəvahiratın qarşısında təzim edərsə, ziyana uğrayanlardan olar. Aqil insan özünü bu cür şeylərin bəndəsi etməz.

Allah Təala Quranda Peyğəmbərə (s) xitab edərək, belə buyurur: "De: «Mən də sizin kimi yalnız bir bəşərəm, (lakin) mənə vəhy olunur ki: Şübhəsiz sizin məbudunuz tək olan məbuddur. Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın». ("Kəhf” 110).

Əgər insan Allaha bəndəlik etsə, hər şeydən daha dəyərli olan bir şeyi əldə etmiş olar. Qiyamət günü özü üçün məqam əldə etmiş olar.

İnsan ancaq ağlının köməyi ilə Abdullah olur. Həzrət Peyğəmbərin (ə) başqalarından üstün olmaqlarının səbəbi də elə bu idi. Bütün Peyğəmbərlərə (ə) və İmamlara (ə) eşq, Allahın bəndəliyində gizlənmişdir. Bəzən hətta Allahın bəndəliyinə eşqə görə şəhid olmuşdular. Ancaq bəndəliklərini heç vaxt tərk etmirdilər. Çünki bilirdilər ki, şəhadət bəndəliyə görədir.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) belə buyurur: "Bu dünyadakı yoxsulluq cəhalət və dərk etməməkdən ağır deyildir”. Cahil olmaq o deməkdir ki, 70 il ömür sürəsən, ancaq həyatdan bir şeyi başa düşməyəsən. Nemət nədir, dərk etməyəsən. Allah nədir, bilməyəsən. Bu dünyaya gəlməyi və getməyi zülmətdən başqa bir şey deyildir. Təbiidir ki, qaranlıqda heç bir şey görünməz. Əgər gecə qaranlıqda işığı yandırmasaq, orada heç bir şey görmərik. Hətta əgər bu otaqda təhlükəli bir şey olarsa, onu görmərik.

Əgər insan ağlını inkişaf etdirə bilərsə, Peyğəmbərlərin (ə) ağlı səviyyəsinə çatdıra bilər. İnsan ağlı onu Peyğəmbərlər (ə), İmamlar (ə) kimi yaşağa təşviq edər. Ona görə insan da çalışar ki, onlar kimi yaşasın. Allahın haramından çəkinib, halalına tərəf can atar.

Aqil insan Allahdan ağıllı arzular istəyər. "Və o kəslər ki, «ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları, qolları və təlimlərində) bizi təqvalılara başçı et» deyirlər”. ("Furqan” 74). İmam Musa (ə) bu ayə haqqında belə demişdir ki, bu aqil insanların duasıdır. Çünki aqil insan Allahdan elə bir şey istəyər ki, dünya və axirət sərmayəsi olar. Bu cür istəklər həqiqi aqil insanlara aiddir.

Beləliklə, Allahın bizə əta etdiyi bu gözəl nemətdən bəhrələnək və bu nemətin köməyi ilə Onun sevimli bəndələrindən biri olaq. İnşaallah!



(Erfan/ Deyerler.org)
Category: Diger me'lumatlar | Baxış: 1021 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]