Bazar günü, 2024-12-22, 11:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Aprel » 16 » Ağcaqanaddan üstün
5:15 AM
Ağcaqanaddan üstün

Gəlin birlikdə bütün kainatı altı günün içində yoxdan var edən Allah-Təalanın əzəmət və qüdrətinə qısa bir nəzər salaq. İlk öncə diqqətinizi Onun son dərəcə dəqiqliklə xəlq etdiyi kiçik bir həşərata - ağcaqanada diqqət yetirək. Bəzən bizi narahat edən və onu tələf etmək üçün müxtəlif vasitələrdən istifadə etdiyimiz bu həşaratı Allah-Təala Qurani-Kərimdə misal olaraq göstərmişdir:

 

" Əlbəttə, Allah (Quranda) ağcaqanadı və onun üstündəkini (və ya ondan daha böyüyünü) misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: "Allah bu məsəl ilə nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəl ilə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir» («Bəqərə», 26).

 

 Allahın bəşəriyyətə ünvanladığı sonuncu əmr və qadağaları ehtiva edən Qurani-Kərimdə qeyd olunan, bizim xırda, ziyanverici həşərat kimi tanıdığımız ağcaqanad aləmlərin Rəbbi, Uca Allahın əzəmət və qüdrətini dərk etməyimiz üçün vəsilə ola bilər. Müasir elm ağcaqanadın aşağıdakı xüsusiyyətlərini aşkar etmişdir:

 

- onun baş nahiyəsində 100 gözü, ağzında 48 dişi, daxilində 3 ürəyi, xortumunda hər biri xüsusi funksiya daşıyan 6 ədəd bıçağı və hər tərəfində 3 qanadı var.

 

 

 

- qaranlıqda insan dərisinin rəngini asanlıqla görə bilməsi üçün onu bənövşəyi rəngə çevirən xüsusi orqanla təmin olunmuşdur.

 

- qanı təhlil etmək üçün (özünə lazım olub-olmadığını müəyyənləşdirmək üçün) xüsusi orqanla təmin olunmuşdur. Belə ki, ağjaqanad növ qanı sormağı bacarmır.

 

- qanın xortum boyunca asanlıqla hərəkət etməsi üçün onu durulaşdıran xüsusi orqanla təmin olunmuşdur.

 

- elə bir iybilmə orqanı ilə təmin olunmuşdur ki, onun sayəsində 60 km-dən insan tərinin iyini hiss edir.

 

 - o, qan soracağı yeri insan hiss etmədən keyləşdirmək üçün xüsusi orqanla təmin olunmuşdur. İnsan isə qan sorularkən nəyinsə onu dişlədiyini hiss edir.

Ağcaqanadla bağlı aparılmış elmi tədqiqatlar nəticəsində meydana çıxaraq bizlərə təqdim olunan bu və başqa həqiqətlərin içərisində ən cox diqqəti çəkən odur ki, artıq elm ağcaqanad üzərində mikroskopla görülən olduqca xırda həşəratın yaşadığını sübut etmişdir. Elmin son zamanlarda aşkar etdiyi bu həqiqətə Allah-Təala14 əsr bundan əvvəl nazil etdiyi sonuncu səmavi kitab olan Qurani-Kərimdə açıq-aydın işarə etmişdir.

karvan.org


Category: Bezi meslehetler | Baxış: 1377 | Added by: Ənfal | Rating: 4.3/3
Total comments: 1
0  
1 Munteha   (2013-03-30 10:54 AM) [Daxil et]
ALLAH Razi Olsun melumata gore. Chox maraqlidir.

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]