Bazar günü, 2024-12-22, 9:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 12 » 5 günlük dünyanın 1001 dərdi
12:19 PM
5 günlük dünyanın 1001 dərdi
Xoşbəxtlik - yuxu, bədbəxtlik isə gerçəklikdir. Sadəcə, yuxudan oyanıb gerçəkliyi dərk etmək lazımdır.


TƏBİƏTİN ƏSİRİ
1985-ci ilin noyabrın 13-də Nevado del Ruiz vulkanı püskürür. Qatı gilə qarışan lava ətrafda bütün canlıları məhv edir.  Həmin gün 23 mindən artıq dünyasını dəyişir.
Məntəqəyə ezam onunan peşəkar fotoqrafçılardan biri dəhşətli səhnəni lentə almağa macal tapır.  Ayaqları beton pilətələr arasında qalan bir zavallı qızcığaz üç gün  təbiətin esiri olduqdan sonra  aramsız hallüsinasiyalar nəticəsində dünyasını dəyişir. O da yaşamaq, həmyaşıdları ilə birlikdə məktəbə gedib təhsil almaq istəyirdi.  Amma əhalinin təbii fəlakətdən gec xəbərdar olması minlərlə insanın məhvinə səbəb olur. Özü də bütün bunlar elm və texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə baş verir. Görəsən, dünyanın inkişaf etmiş ölkələrində belə bir faciə baş versəydi, bu qədər biganəlik göstərilərdi? İndi biz Omaira Sançesin ölümqabağı gözlərinə baxırıq. Axirətdə Allahın bizə hansı gözlə baxacağını tək Onun Özü bilir.

ABORT
Doğulmuş uşaq qətliamı
Bu fotoşəkil 2009-cu ildə ABŞ-ın Florida ştatındakı xəstəxanaların birində çəkilib.  Ana bətnində olan 21 həftəlik körpə qeysəriyyə əməliyyatı yolu ilə götürülüb. Ananın qardı yarılar-yarılmaz körpənin xırda əlləri cərrahən əlindən yapışır və sankı qətlə yetirilməmək üçün yalvarır. Amma bu da ona kömək olmur.  Hər il dünyada dinindən  və milliyyətindən asılı olmayaraq yüzminlərlə uşaq abort olunur. Hicaba qadağan qoyan dünya nədənsə, hələ bu barədə qəti qərar vermək istəmir.




ACLIQ
Mayk Velsə 1980-cı ilin aprel ayında Uqandanın Karamonca şəhərciyində bu şəkli çəkdiyi zaman hansı hisslər  keçirdiyini bilmirik.  Lakin biz Bakı şəhərində materialı topladığımız zaman ürəyimiz qara qanla doldu. Bu şəkli görüb öz toy və yas  mərasimlərimizi xatərladıq. İsrafçılığın hansı həddə olduğunu bir daha göz qabağına gətirdik. Növbənöv salatlar, əl vurulmayan yeməklər, toyun sonunda simvolik olaraq gətirilən və kimsənin  dadına baxmadığı plov. Bu adət-ənənə ilə Allah hovuzuna gedirik?!






QARDAŞ QAYĞISI
Böyük Britaniyadakı xəstəxanaların birində inanılmaz hadisə baş verir. Dünyaya əkiz qardaşlar gəlir. Körpələrdən biri sağlam, digəri isə zəif doğulur.  Gözlənilmədən sağlam uşaq sol əlini qaldırıb zəif qardaşının boynuna qoyaraq ona sarılır.  Bunun ardınca orada olanlar heç vaxt  unuda bilməyəcəkləri səhnənin şahidi olurlar.  Can verməkdə olan xəstə qardaş bir anın içində cana gələrək tərpənməyə və ağlamağa başlayır.  Amma eyni cinsdən olan və "insan" adını daşayan başqa birisi ətrafında dolanan və onun kimi yaşamaq istəyən günahsız insanları qətliam edir və törətdiyi əməlini  terrorla mübarizə adlandırır.




SƏDDAM
Millət xaini
30 dekabr, 2006-cı il. Bir illik mühakimədən sonra milyonlarla insanların qətlinə bais olan İraqın eks-prezidenti Səddam Hüseyn edam olunur. Edam hökmü sübh namazından əvvəl, Qurban bayramı günü heyata keçirilir. Görəsən, ayağında sonsuz cinayət olan bir celladın uzun müddət mühakimə olunmasına nə ehtiyac var? Kürd mənşəli Hələbçə qəsəbəsini yarım saat ərzində ölü dəryaya çevirən, səkkiz il davam edən İran-İraq müharibəsini başlayan şəxsin başqa hansı cinayəti araşdırılmalı idi?





ƏBU-QUREYB
2004-cü il aprelin sonunda "CBC" kanalının "60 dəqiqə" adlı vermişində efirə amerikalı əsgərlərin Əbu-Qureyb əsir düşərgəsində saxlanılan müsəlmanlara ağır işgəncələr verilmələrinə dair ürək ağrıdan kadrlar nümayiş olunur. Sonralar bu qeyri-insani hadisə "the New Yorker" jurnalında dərc olunur. Həmin il ABŞ Müdayiyə Nazirliyi baş verilənlərin Cenevrə konvensiyasına uyğun olmadığını təsdiqləyərək rəsmi şəkildə üzr istəyir. Amma nə fayda? Sonralar məlim olur ki, Amerika əsgərləri müsəlman əsgərləri zorlamadan belə çəkinməmişlər.  Onlara ayaqyolunda yeməklər tullayar, həbsxana kameralarının  döşəmələrinə su axıdar və dustaqları yaş döşəkləri üzərində yatmağa vadar ediərdilər.



FƏLƏSTİN İŞĞALI
1948-ci ildə Fələstin işğalı ordusu tərəfindən işğal olundu. O vaxtdan bu günə qədər milyonlardan artıq müsəlman amansızcasına qətlə yetirilirdi. Minlərlə ailə dağıldı, hər beş uşaqdan ikisi yetim, yüz mindən artıq insan ömürlük əlil qaldı. Yüz minlərlə məscid yerlə-yeksan oldu. İsrail əsgərləri onların cəsədlərindən də yan keçə bilmir. Həvəskar fotoqraf tərəfindən lentə alınan bu fotoşəkildə əsgərlərin müsəlman cəsədləri ilə xatirə şəkilləri çəkdirdikləridə göstərilir. Yəqin ki, artıq şərgə ehtiyac yoxdur.






8 MAY
1992-ci il
Erməni işğalçıları bir neçə gün davam edən hücumlardan sonra Azərbaycanın döyünən ürəyi olan Şuşa şəhərini İşğal etdilər. Həmin gün ölkəmizin 289 kv.km ərazisi zəbt olundu. 480 min dinc sakin qətlə yetirilir, 600 insan yaralanır (onlardan 150-i nəfər ömürlük əlil qalır), 552 uşaq yetim qalır, 69 vətəndaşımız əsir götürülür və ya itkin düşür. 25 min insan el-obasından didərgin düşür. Bu faciə indiyə qədər davam edir.






MÜSƏLMAN
31 mart, 2003-cü il. İraq. Müsəlmanların müqəddəs şəhərlərindən biri olan Nəcəf-Əşrəf. Bu da 8 yaşlı övladı ilə birlikdə hərbi düşərgədə əsirlikdə olan məzlum iraqlı. Ataya günəş şüaları altında əziyyət çəkən oğlunun üzünə baxmaq da qadağan olunub. Görəsən, hər hansı bir müsəlman əsgəri koalisiya qüvvələrindən birinin başına belə bir çuval keçirsəydi, onun aqibəti necə olardı?! Müsəlman öz el-obasında belə rüsvayedici işgəncəyə məruz qaldığı halda, ərəb Əmirliklərində milyonlarla dollara başa gələn göydələnlər tikilir. Ar olsun belə müsəlmançılığa! Şəklin müəllifi: Yan Mark Boji (Fransa)


Category: Diger me'lumatlar | Baxış: 949 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]