Bazar günü, 2024-12-22, 10:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 8 » 3 dərin məna
6:46 PM
3 dərin məna
 Qurani-Kərimdə hər sözün öz yeri, hər mənanın öz məqsədi var.

"Yusuf" surəsi Quranın eyni məzmunda olan yeganə böyük surəsidir. Burada Hz. Yusifin (ə) köynəyindən söz açılarkən üç köynəyə işarə olunur. Hər üç köynək ərəb və fars dillərində atalar misalına çevrilir.

3 dərin məna

1. Heyvan qanına bulaşan köynək.
(Onlar (Yusufun köynəyinin üstünə yalandan qan ləkəsi yaxıb gətirmişdilər. (Yaqub) dedi: " Xeyr (heç də dediyiniz kimi deyildir), nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə çirkin göstərmişdir). Mənə yalnız gözəl səbr gərəkdir. ("Yusuf", 17).
Ərəb və farsdilli cəmiyyətlərdə yalan xəbəri gətirən şəxsə "Yusufun qanlı köynəyini gətirdin" atalar misalından istifadə olunur.

2. Arxadan cırılan köynək
(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: "Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!” ("Yusuf" 25).
Ayənin məzmunundan götürülən "Yusufun köynəyini cırdın" misalından başqa birisinə töhmət vurulduğu zaman istifadə olunur.

3. Şəfa verən köynək.
Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”("Yusuf", 93)
"Yusufun köynəyi şəfaətçin olsun!". Bu atalar misalından isə bir başqasına kömək diləndiyi zaman istifadə olunur.



Category: Diger me'lumatlar | Baxış: 917 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]