Cümə axşamı, 2024-11-21, 9:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 6 » 2 gülünc fətva
6:53 AM
2 gülünc fətva
   Misirin vəhabi alimlərinin verdikləri gülünc fətvalar bitmək bilmir. Onların bu "istedadı" insanı lap heyran edir. Bu sayımızda sizi onlardan ikisi ilə tanış edəcəyik.

   Şeyx Muhəmməd Əlzəğəbi adlı müfti son fətvasında cin və şeytan ətinin halal olduğunu bəyan edir.

   1. ƏTİ HALAL OLAN CİN VƏ ŞEYTANLAR
   Fətvada deyilir: "Cin və şeytanlar dəvə və digər dördayaqlı heyvanların surətinə düşə bildikləri üçün onların əti yeyilməsi də halaldır. Adı dəvənin ətini yemək halal olduğu kimi, cin vurmçuş dəvənin ətini də yemək halaldır. Çünki cinlər onların bədənlərində həmişəlik qalmırlar".
   Şeyxin dəvələrlə əlaqədar verdiyi başqa bir fətvasında deyilir;" Cin, şeytan və ifritələr dəvələrin olduqları yerdə məskən saldıqları üçün orada namaz qılmaq olmaz!".
   Maraqlıdır, görəsən Şeyx "həzrətləri" ömürlərində bir dəfə də olsun bu ayəni oxumamışlar? 
   (Cinlərin babası) can tayfası (və ya İblisi) daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik. ("Hicr", 27)
   Keçən ilin Ramazan ayında Şeyx Muhəmməd canlı yayımda verdiyi bu kimi səfeh bəyanatlar ərəb ölkələrində böyük əks-sədaya doğurdu.


   2. QADINLARA HARAM OLAN ŞALVARLAR
   Səudiyyə ərəbistanında nəşr olunan "Əl-əyyam" adlı sərgidə sual-cavab bölümünün  tərcüməsini təqdim edirik.
   Sual; Qadınlar onlara məhrəm olan kişilərin və başqa qadınların yanında " Lee" cins şalvarları geyinə bilər?
   Cavab; Xeyr, geyinə bilməzlər! Belə ki, bu şalvarlar onların bədən quruluşunu nəzərə çapdırır və sonradan qadınlar buna vərdiş edirlər. (10 avqust 2001-ci il)


Category: Diger me'lumatlar | Baxış: 1027 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 2
0  
2 HASHIMI   (2012-01-16 8:57 PM) [Daxil et]
salam aleykum. bu fetvani veren adamin ozunden soruwublarki develer ereb olkelerinin her yerinde olurlar.... bele cixirki ereb olkesinde namaz qilmaqda olmaz???????? bu fetvani veren adam ve onun dediklerini tesdiqleyen adam en boyuk devedi.

0  
1 SETRUS   (2012-01-07 10:56 AM) [Daxil et]
biggrin biggrin

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]