Bazar günü, 2024-12-22, 10:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2013 » Iyun » 02

Rəcəb - ümmətin istiğfar ayı

Rəcəb ayı - Allahın ayıdır. Çox bərəkətli aydır. Bu ayda çoxlu əməllər zikr edilmişdir. Gərək özümüzü bu zülal suda yuyaq ki, pak olaq. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, Allahın razılığına səbəb olar. İlahi qəzəb ondan uzaq olar. Cəhənnəmin qapıları üzünə bağlanar”.

Kateqoriya: Müxtəlif | 613 | Elave etdi: Ənfal | Tarix: 2013-06-02

Bir tacirin 4 arvadı və hər kəsin 4 həqiqəti

Nəql edirlər ki, bir tacirin 4 arvadı var idi. Dördüncü arvadını hamıdan çox istəyirdi və ona davamlı olaraq cəvahirat alırdı. Ona ləziz yeməklər yedizdirirdi.
Üçüncü arvadını da çox istəyirdi. Onunla iftixar edirdi. Qorxurdu ki, bir gün onu tərk edər. 

Kateqoriya: Müxtəlif | 682 | Elave etdi: Ənfal | Tarix: 2013-06-02

Öncə Allahın razılığını düşünməli

Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! İlahi təqvaya haqqı olduğu qədər riayət edin və Allahın razılığını əldə etmək üçün çalışın. Əmin olun ki, dünya fanidir və axirət cavidandır. Ona görə də axirət üçün iş görün. Sanki heç dünyada olmamısınız, davamlı olaraq axirətdə olmusunuz. Ey insanlar! Dünyanın bütün insanları qonaqdırlar.

Kateqoriya: Müxtəlif | 663 | Elave etdi: Ənfal | Tarix: 2013-06-02

Hər bir şəraitdə Quran oxuyaq

Ən dəyərli ibadətlərdən biri Quran qiraət etməkdir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, Allah buyurur: "Siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun”. ("Muzzəmmil” 20).
Peyğəmbərimizin (s) İmam Əliyə (ə) verdiyi tövsiyələrdən biri davamlı olaraq Quran oxumaq olmuşdur: "Hər halda və hər bir şəraitdə Quran tilavət et”.

Kateqoriya: Müxtəlif | 688 | Elave etdi: Ənfal | Tarix: 2013-06-02

Çox yatmağın və çox danışmağın gətirdiyi zərərlər

Əxlaq alimlərinin ən çox məzəmmət etdiyi əməllər - çox yatmaq və çox danışmaqdır. Bu iki əməl insanın kamala çatmağına mane olar. Əlbəttə çox yemək də bu cür əməllərdən hesab edilir. Ancaq onun haqqında demək olar ki, ləzzətinə görə bizi özünə cəlb edir. Ancaq çox yatmağın insanın dünyası üçün faydası yoxdur. 

Kateqoriya: Müxtəlif | 599 | Elave etdi: Ənfal | Tarix: 2013-06-02