Nəsimi kəlamlarının izi ilə
Dahi insanlar çox vaxt öz qəlblərində duyduqlarını incəsənətlə-şer, dastan, rəsm əsərləri və s. ilə bəyan etmişlər. Belə insanlar gözəlliyi həqiqətdə olduğu kimi, yəni subyektiv şəkildə dərk edirlər. Həqiqətin incəliklərini dərin şəkildə düşünür və bəzən gözəllikləri elə yerdə axtarırlar ki, onu təbiətdə tapmaq mümkün deyil.