Bazar günü, 2024-12-22, 4:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » 2011 » Noyabr » 06
Qurbanlığın zahiri və batini fəlsəfəsi

Bizə qurbanlığı ismaillərdən deyil, qoçdan vacib edən Rəbbimizə həmd, səna olsun!


De: "Mənim namazım da, ibadətim (qurbanım) də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, ayə 162)

Qurbanlıq, qurban olmaq-mütəmadi Allahın hüzurunda olmaq deməkdir.
Qurbanlıq, insana sadəcə Allah qarşısındakı həddini deyil, digər canlılar müqabilindəki dəyərini də öyrətməkdədir.
Qurban sözü "yaxınlaşmaq, yaxın olmaq” mənasına gəlir. Yaxınlaşmanın son nöqtəsi şüurlu şəkildə "hüzurda” olmaqdır.
İnfaq etmək, sədəqə vermək - sərvətin qurban edilməsi, vəqf - malın və daşınmazların qurban edilməsi, şəhadət - canın qurban edilməsi, əhd bağlamaq isə sözün qurban edilməsidir.
Kateqoriya: Diger me'lumatlar | 844 | Elave etdi: Ənfal | Tarix: 2011-11-06 | Sherhler (0)

Qurban Bayramınız mübarək!
Bu gün Azərbaycanda İslam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir

Qurban-İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban kəsilib kasıblara paylanılır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Kateqoriya: Diger me'lumatlar | 1068 | Elave etdi: Ənfal | Tarix: 2011-11-06 | Sherhler (0)