Bazar ertəsi, 2024-04-22, 4:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Iyul » 27 » Qurban ve onun hökmleri
9:17 AM
Qurban ve onun hökmleri
 
Qurban ve onun hökmleri

1. Qurban kesmenin ibadet olduguna dair deliller:
"Rebbin üçün namaz qil ve qurban kes!"
("el-Kövser" suresi, 2-ci aye)
"De ki: "Menim namazim da, kesdiyim qurban da, heyatim ve ölümüm de alemlerin Rebbi Allah üçündür".
("el-En'am" suresi, 162-ci aye)
"Biz her bir ümmet üçün bir qurbangah müeyyen etdik ki, Allahin onlara ruzi verdiyi dördayaqli heyvanlarin üstünde (onlari kesdikleri zaman) Allahin adini çeksinler ("bismilleh" desinler) "
( "el-Hecc" suresi, 34-cü aye)
Enes ibn Malikden (Allah ondan razi olsun!) revayet olunan hedisde Peygember (Ona ve ailesine Allahin xeyir-bereketi ve salami olsun!) demisdir: "Bayram namazindan sonra qurban kesen ibadetini tamamlamis ve müselmanlarin sünnesine (yoluna) emel etmisdir".
(el-Buxari, 5546-ci hedis).
2. Qurbanin terifi:
Qurban bayrami münasibetile qurban günlerinde (zi-l-hicce ayinin 10-u, 11-i, 12-si ve 13-ü) ibadet meqsedile kesilen heyvan.
3. Qurbanin hökmü:
Tekid olunmus (vacibe yaxin olan) sünnedir.
4. Qurban kesilmesinin icra vaxti:
Ay teqvimi ile zi-l-hicce ayinin 10-u bayram namazindan sonra baslayib zi-l-hiccenin 13-ü gün batana qederdir.
Qeyd: Qurbani bu günler esnasinda gece vaxti da kesmek olar.
5. Qurbanliq mal-qara:
Deve, öküz, keçi, qoç ve ya qoyun.
Qeyd: 7 nefer ve bundan az pul qoyub 1 deve ve ya 1 öküz kese biler. Bu halda hemin qurbanligin alinmasi üçün pul qoyan sexslerin 7-si de qurban kesmis sayilir. Keçi, qoç ve qoyun ise yalniz bir neferin pulu ile kesilmelidir.
6. Qurbanin qebul olunmasinin iki serti:
a) Ixlas: yeni, bu ibadet yalniz Allah üçün olmali; b) Mutebea: yeni, Peygemberin (Ona ve ailesine Allahin xeyir-bereketi ve salami olsun!) etdiyi kimi olmalidir.
7. Kesilen qurbanliq üçün qoyulan sertler:
a) qurbanliq heyvan halal pul ile alinmalidir; b) serietin gösterdiyi heyvan cinsinden olmalidir. Xoruz, dovsan ve s.olmamalidir; v) kesilen heyvanin yasi nezere alinmalidir, yeni:deve: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç ve ya qoyun: 6 ayliq.
Qeyd etmek lazimdir ki, yuxarida gösterilenlerden de, çox yasi olan heyvani qurban kesmek olar.
q) kesilen heyvanlarda tekgözlük, axsaqliq, xestelik, zeiflik ve ariqliq kimi eyibler olmamalidir.
8. Qurban kesilerken riayet olunan sertler:
- qurban heddi-büluga çatmis, agli basinda olan sexs terefinden kesilmelidir;
- qurban kesen sexs müselman ve ya kitab ehlinden (yehudi ve ya xristian) olmalidir;
- qurbani kesmek üçün niyyet olmalidir;
- qurban yalniz Allah üçün kesilmelidir;
- qurban kesdikde Allahin adi çekilmeli, yeni "bismilleh" deyilmelidir;
- qurban Allahdan qeyrisinin adi ile kesilmemelidir;
- qurban, kesici iti aletle kesilmelidir;
- qurban serietin buyurdugu yerden kesilib qani axidilmalidir;
- qurbanliq heyvan serietin icaze verdiyi heyvanlardan olmalidir;
Qeyd: Bu sertlerden birine riayet olunmazsa qurban qebul olunmur.
9. Qurban kesildikde müsteheb (beyenilen) emeller:
- qurbani qibleye teref döndermek;
- qurbani seliqeli ve rahat sekilde kesmek;
- deveni ayaq üste, öküz ve qoçu ise uzanan yerde kesmek;
- biçagi kesilen heyvana göstermemek;
- "bismilleh" dedikden sonra "Allahu Ekber" demek;
- qurbanin qebul olunmasi üçün dua etmek;
- qurbanin kim terefinden kesildiyini dille teleffüz etmek;
Qeyd: Bu emellerden her hansi birini terk etmek qurbani batil etmir.
10. Qurban kesildikde mekruh (beyenilmeyen) emeller:
 biçagi heyvana göstermek ve ya onun gözünün qabaginda itilemek;
- bir heyvanin gözünün qabaginda o birisini kesmek;
- kesilmis heyvanin cani çixmamais her hansi bir ezasini sindirmaq ve s. bu kimi emellerle heyvana eziyyet vermek;
Qeyd: bu emellerden her hansi birini etmek qurbani batil etmir.
11. Qurban ile elaqeli diger meseleler:
- Bayram namazinin günü ve vaxti: miladi teqvimle 11 fevral 2003-cü il, yerli vaxtla seher saat 9:00 ;
- Qurban kesilen sonuncu gün: 14 fevral 2003-cü il (günbatana qeder);
- Sübh namazindan bayram namazina qeder tekrarlanan dua: "Allahu ekber, Allahu ekber, Allahu ekber, le ilehe illellah, Allahu ekber, Allahu ekber ve lillehil-hemd". Bu duani her kes, camaatla (xorla) dememek sertile, özlüyünde tekrarlamalidir;
- Bayram namazi üçün azan ve iqame oxunmur;
- Bayram xütbesi namazdan sonra olur;
Allahdan Onun üçün etdiyimiz ibadetleri bizden qebul etmesini isteyir ve Peygemberimiz Mehemmede, onun ailesine, sehabelerine ve yaxsi islerde onlarin yolunu tutanlara Allahin xeyir-bereketini ve salamini dileyirik!
Category: Diger me'lumatlar | Baxış: 7921 | Added by: el-kafirel_kufri | Rating: 4.4/5
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]