7:47 AM Səbrli və Təmkinli olmaq.. | |
Səbrli və Təmkinli olmaq..
Qurani-Kərimdə güzəştə getmək ,səbirli və təmkinli olmaq möminlərə xas olan xüsusiyyət kimi göstərilir. “O,pəhrizkarlar ki,bolluqda da,qıtlıqda da xərcləyət,qəzəbini udar,insanların günahlarından keçərlər.Allah yaxşılıq edənləri sevər”. Başqa bir ayədə Allah-taala pisliyə deyil,yaxşılıqa cavab verməyi tövsiyə edir. “Yaxşılıqa pislik eyni ola bilməz!(Ey Mömin kimsə) Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbrlə,cəhalətə elmlə,xəsisliyə comərdliklə,cəzaya bağışlamaqla cavab ver)Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! Bu(xislət) yalnız (dünyada məşəqqətlərə ) səbr edənlərə verilir və yalnız böyük qismət (savab,fəzilət ) sahiblərinə əta olunur! “ Göründüyü kimi Allah-talala,düşmənçiliyin səmimi dostluğa çevrilməsini,pisliklərin qarşısında səbirli və təmkinli olmağı,pisliklərə yaxşılıqla cavab verməyi tövsiyə edir.Çünki,intiqam almaq düşmənçiliyin aradan qaldırılması deyil,insanı qıcıqlandıran daxili hisslərin yatırılmasıdır. Nəql olunmuş hədislərin birində deyilir: “Günlərin bir günü bir şəxs Həzrət Əlinin (ə) qarşısında o Həzrətin xidmətçisi olan Qənbəri təhqir edir.Qənbər həmin şəxsi susdurmaq istıdikdə Əli (ə) Qənbəri səsləyib deyir: “Əl saxla, onunla işin olmasın.Əgər belə etsən,Allahı özündən razı salmış,şeytanı qəzəbləndirmiş və düşmənini cəzalandırmış olarsan.And olsun insanları yaradan və dənləri göyərdən Allaha! Möminlər ,Allahı səbirli və təmkinli olmaqla razı saldıqları kimi başqa heç bir şey ilə razı sala bilməzlər.Şeytanı süküt etməkə qəzəbləndirdikləri kimi başqa heç bir çeylə qəzəbləndirə bilməzlər.Nadan insanları etinasızlıqla cəzalandırdıqları kimi başqa bir şeylə zəcalandıra bilməzlər”. | |
|
Total comments: 0 | |