Bazar günü, 2024-12-22, 11:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Iyun » 27 » Peyğəmbərdən (s) "pəhriz" hədisi
5:19 AM
Peyğəmbərdən (s) "pəhriz" hədisi
 
 
Peyğəmbərdən (s) "pəhriz" hədis
 
"Insanın mövcud olması üçün cüzi qida kifayət edər. Mədənin üçdə bir hissəsini yeməklə, ikidə bir hissəsini su ilə, qalan hissəni isə hava ilə doldurun".


Peyğəmbərin (s) bu sözləri müasir pəhrizlərə aludə olmamışdan öncə yaxşı əhval-ruhiyyəni saxlamaq və ömür yolunu uzatmaq üçün hər bir müsəlmanın yaddaşına həkk olunmalıdır, çünki bu pəhrizlərin əksəriyyəti səriştəsiz insanların şəxsi zənginləşmə məqsədi ilə istifadə edilən pəhrizdir.


Alimlər çoxsaylı araşdırmalardan sonra əmin olublar ki, əgər insanın mədəsi dolu deyilsə, bu zaman dərindən və lazım qaydada nəfəs almaq olduqca asandır. Dərindən alınmayan nəfəs insan ömrünü qısaldır.


Bütün orqanizmdə olan qan karbon qazından təmizlənmək üçün ağ ciyərlərə daxil olur. Amma əgər insan dərindən nəfəs alıb-vermirsə (müvafiq olaraq kislorod da heç lazım olan kəmiyyətdə daxil olmur), proses dayandırılır və bunun nəticəsində də qan zəruri olan kislorodla zənginləşmir və həmin halda da orqanlara qayıdır. Bu da insanın səhhətinə pis təsir edir.


Bir dəqiqə ərzində biz 16 dəfə nəfəs alıb veririk. Hər nəfəs alıb vermək zamanı orqanizmə yarım litr hava daxil olur. Belə ki, bir insan bir gün ərzində 23.240 dəfə nəfəs alıb verir və bunun nəticəsindədə həmin insanın orqanizminə 11.620 litr hava daxil olur və həmin havanın tərkibində də kislorod olur.


Amma mükəmməl tənəffüs yalnız dərin və mükəmməl nəfəs çəkmənin nəticəsində olur. Əgər mədə tam doludursa, bu zaman dərindən nəfəs alıb-vermək qeyri-mümkündür və kislorod maddələrin normal mübadləsi və ciyərlərin tam təmizlənməsi üçün kifayət dərəcədə olmayan kəmiyyətdə orqanizmə daxil olacaqdır. Bunun nəticəsində də orqanizmdə müxtəlif xəstəliklər meydana gəlir.


Nəticədə biz öz pullarımızla özümüzə xəstəliklər qazanırıq. Bununla əlaqədar olaraq Peyğəmbərimiz (s) necə gözəl buyurmuşdur: "Adəm oğlu öz mədəsindən pis heç nəyi doldura bilməz".


Hələ bu anda başqa bir hadisəni də xatırlamaq olar. Bir dəfə Peyğəmbərə (s) bahalı hədiyyələrlə birlikdə həkim də göndərirlər. O, həmin dəqiqədə də onu geri qaytarır və belə buyurur: "Biz acımadan əvvəl yemək yemirik və ümumiyyətlə doyana qədər də yemirik, buna görə də həkimə ehtiyac duymuruq".


Bu hədis məşhur kəlamı da təsdiqləyir: "Əgər siz süfrədən tox halda qalxırsınızsa, deməli siz özünüzü zəhərləmisiniz".
 
Category: Exlaq | Baxış: 1228 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]