Bazar günü, 2024-12-22, 12:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Iyun » 13 » Bu gun Fatime (e) dogum gunudur.
11:01 AM
Bu gun Fatime (e) dogum gunudur.
 
Bu gun Fatime (e) dogum gunudur.
 
HӘZRӘT FATIMӘNIN ŞӘXSIYYӘTI
 

Adı: Fatimə (s)

Atasının adı: Məhəmməd (s)

Anasının adı: Xədicə (s)

Təvəllüdü: 20 Cəmadiyüs-sani, cümə günü, be᾽sətin 5-ci ili.

Doğulduğu yer: Məkkə

Şəhadət ili: Hicri 11-ci il

Dəfn olunduğu yer: Mə'lum deyildir.
 
TӘVӘLLÜDÜ
 
 
 
Həzrət Zəhranın doğumu əsnasında Allahın Peyğəmbəri (s) Xədicəyə belə buyurdu: «Indi Cəbaril mənə muştuluq verdi ki, pak və gül kimi bir qız uşağımız olacaqdır ki, bütün imam və mə'sum rəhbərlər onun nəslindən gələcək».
Həzrət Fatimə (s) be'sətdən (həzrət Məhəmmədin peyğəmbərliyə seçilməsindən) beş il sonra, Cəmadüs-sani ayının iyirmisində, cümə günü Məkkə şəhərində dünyaya göz açdı. O vaxtlar Qüreyş hələ Kə'bənin binasını yenidən tikdirirdi.

HӘZRӘT FATIMӘNIN TӘRBIYӘSI
 
 
 Həzrət Fatimə (s) nübüvvət və risalət evində tərbiyə alıb Peyğəmbərin elmindən faydalandı. Qur'anı Peyğəmbərin (s) dilindən eşidib öyrənir, həmişə özünü ən yaxşı və nümunəvi şəkildə tərbiyə edirdi.
Həzrət Fatimə (s) Qur'an və atasının sözlərinə ünsiyyət bağlamışdı. Özünü faydalı elmlərlə yetişdirib kamilləşdirdiyinə görə atası onu çox sevirdi.
Bir gün Ayişə Peyğəmbərə (s) belə bir sual verdi: Nəyə görə Fatiməni bu qədər sevirsən? O içəri girdiyi vaxt onun üçün ayağa qalxır, yanında otuzdurub əlini öpürsən?
Peyğəmbər (s) onun cavabında belə buyurdu: «Ey Ayişə! Әgər mənim onu nə üçün sevdiyimi bilsən, sən də onu mənim qədər sevərsən».
Peyğəmbərimiz Həzrət Fatiməni öz bədəninin bir hissəsi hesab edib, həmişə belə buyurardı: «Fatimə mənim bədənimin bir hissəsidir, hər kəs ona əziyyət etsə, mənə əziyyət edibdir, hər kəs də onu sevindirsə, məni sevindiribdir».
Həzrət Peyğəmbər (s) bir gün Həzrət Fatiməyə belə buyurdu: «Ey Fatimə! Allah sənin qəzəbinlə qəzəblənir, sənin razılığınla və sevincinlə isə sevinir».
 
Butun muselman alemini xanim Fatime(e)-in dogum gunu munasibeti ile tebrik edirem!
Category: Tarix | Baxış: 1672 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 1
0  
1 Fussilət   (2009-06-14 5:49 PM) [Daxil et]
Allahum messeli ela muhemmed ve ali muhemmed ve eccilferecehum

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]