Cümə axşamı, 2024-11-21, 3:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » May » 2 » DİLİ QORUMAQ
6:56 AM
DİLİ QORUMAQ

 
DİLİ QORUMAQ
 

Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur.

Elə buna görə də susmaq hikmət qapılarındandır. Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mö᾽min bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar.

"Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.” Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: "Mö᾽minin nicatı dilini qorumaqdadır”.

"İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan bşaqa bir şey varmı?!” Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib.

Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər Allaha xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: "Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: "Səni Allaha and verirəm, məni əzaba düçar etmə.”

Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bə᾽zən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şər᾽i qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bə᾽zi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, əmr be mə᾽ruf və nəhy əz münkər zamanı susmaq, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlərdə müvəffəq və gələcək günlərinizi isə keçmiş günlərinizdən xeyirli etsin.



Category: Exlaq | Baxış: 1336 | Added by: el-kafirel_kufri | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]