Cümə axşamı, 2024-11-21, 7:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 25 » 1 dəqiqə
1:42 PM
1 dəqiqə
Sən vaxtı öldürənə kimi vaxt səni öldürür.

   1 dəqiqədə beş dəfə "Fatihə" surəsini oxuyub hər dəfə 1400 savab qazanmaq olar. Beş dəfə oxumaqla 7000 savab qazanmış olarıq. 
   1 dəqiqədə 10 dəfə "İxlas" surəsini oxuyub Quranı 3 dəfə xətm etmək olar. Hər gün 1 dəqiqə "İxlas" surəsini ayırsaq, ayda 300, ildə isə 3600 savab qazanmış olarıq ki, bu da 1200 Quran xətminə bərabərdir. 
   1 dəqiqədə Quranın bir səhifəsini oxumaq olar.
   1 dəqiqədə qısa bir hədis, və ya qısa bir ayə əzbərləmək olar. 1 dəqiqədə otuz dəfə Kəlməyi Şəhadəti iqrar edə bilərik. 
   1 dəqiqədə 12 dəfə "Subhanəllahı vəlhəmdulillahi və la ilahə iləllah" (Allah pakdır, şükür və sənalar Onadır və Allahdan başqa Allah yoxdur) zikrini təkrar edib Allahın əhv və mərhəmətinə nail olarıq. 
   1 dəqiqədə "La həulə və la quvvətə illa billahil əliyyul əzim" (Böyük və zəmətli Allahdan böyük güc və qüdrət sahibi yoxdur) zikrini 12 dəfə ixlasla təkrar edib Cənnətin xəzinələrinə sahib ola bilərik.
   1 dəqiqədə 24 dəfə "Əstağfirullahə Rəbbi və ətubu iləyh" (Allaha pənah aparıram və Ondan bağışlanma diləyirəm) zikrini iqrar edib Allahın razılığını qazanmış olarıq.
   1 dəqiqədə 24 dəfə Allah peyğəmbərinə və onun ailəsinə salam və salavat göndərə bilərik. O salavat ki, Allah onun hər dəfə iqrar olunmasına 250 savab yazar və məqamımızı 250 dəfə artırar. O salavat ki, onun sayəsində insan Muhəmməd (s.ə.s)  və onun ailəsinin şəfaətinə nail olar. Bir dəqiqədə dua təfəkkür edə bilərik.
   1 dəqiqəlik düşüncə ilə Allahın razılığını qazanmış əbədi Cənnəti qazana bilərik.
   Zamanı saxlamaq olmaz, lakin onu faydalı keçirmək olar.


Category: Bezi meslehetler | Baxış: 1629 | Added by: Ənfal | Rating: 4.0/2
Total comments: 1
0  
1 Günel-256   (2012-03-04 9:20 AM) [Daxil et]
sad

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]