Bazar günü, 2024-12-22, 2:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Sentyabr » 8 » 10 Qurandan mühüm məqam
4:22 AM
10 Qurandan mühüm məqam
    1.Quran mövqeyi-nəzərdən üç şəxsiyyət növü var: mömin, kafir və münafiq ("Bəqərə" 2-20)
    2.  Möminlərin şəxsiyyəti üç dərəcəyə bölünür: özlərinə zülm edənlər, orta mövqe tutanlar və qabaqcıllar ("Fatir", 32)

     3. Kafir şəxsiyyətin bir az nümunəsi onun qəlb və şüurunun qapalı olması və haqq sözün qəlbinə yol tapa bilməməsidir. Elə bu səbəbdən də onlar  haqqı dərk etməyə aciz olarlar ("Bəqərə", 8)

     4. Qurana görə münafiq şəxsiyyətin ən bariz şəxsiyyəti onun zahir və batinindən fərqli olmasıdır. Elə bu səbəbdən də onlar daim şəkk-şübhəyə düçar olar və qəti qərara gələ bilməzlər ("Bəqərə" 8-20, "Münafiqun" surəsi bütövlükdə).

    5.   Quranın bir çoz hissələrində qəm-qüssədən, onun səbəb olduğu hallardan, eyni zamanda aradan qaldırılması yollarından söhbət açılır. Bəzən qəm-qüssə görüşlə, bəzən müjdə verməklə, bəzən də Peyğəmbərin (s) qəm-qüssəsi Allah tərəfindən toxtaxlıq verməklə aradan qaldırılır.

    6. Qurana görə qorxu iki növdür;
    * Bəyənilən qorxu (Bura Allaha və Onun haqq-ədalətinə olan qorxu aiddir). Bu qorxu növü insanın islah olunmasına səbəb olar ("Ənfal", 2).
    * Bəyənilməyən və tənqid olunan qorxu. Müəyyən səbəblər üzündən insanda yaranan iztirab və nigaranlığı və bunun nəticəsində insanda qorxu hissinin yaranmasını buna misal çəkmək olar. ("Əhzab" 10-11)

    7. Qurana görə iki qəzəb növü var:
    *Faydalı və ifrata varmayan qəzəb.
    * Zərərli və ifrata varan qəzəb.
    İfrata varmayan qəzəb lazım olduqda hədəfə çatmaq üçün istifadə olunan bir vasitə növüdür. Bunun əks tərəfində qərar tutan ifratamiz qəzəb növü isə insanı məhvə sqürükləyə biləcək qədər təhlükəli qüvvədir. ("Şura", 43; "Fussilat", 34; "Ali-İMran",133-143 və s.).

    8. Quran psixoloji islah olunmasının ən təsirli yolunu ayələrində bəyan olunan öyüd-nəsihətlərə qulaq asmaqda görür (""Yunus", 57).

    9. Qurana görə, psixoloji islahat imanın gücləndirilməsi ilə daha müəssərdir ("Ənam", 82, "Rəd", 28).

    10. Qurana görə, qəblər yalnız Allahı yad etməklə rahatlıq tapar ("Rəd", 28).


Category: Diger me'lumatlar | Baxış: 902 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]