Main » Files » Əqidə » Tövhid |
2013-01-08, 2:53 AM | |
Təkfini yaradılış İnsan əqlin nuru ilə varlığın bütün mərhələlərinin Allah tərəfindən olduğunu biləndən sonra, onların kamilliklərinin də, İlahi mənbədən olduğuna diqqət edir. Varlığın əsli Allahdan olduğu kimi, onun camalı da Pərvərdigar tərəfindəndir. Başqa ifadəylə desək, ilkin kamillik olan varlığın həqiqəti İlahi mənbədən olduğu kimi, sonrakı kamillik də, camal və gözəl sifətlər də Ondandır. Bu mənanı aləmdə olan yüksək təbəqəli varlıqlardan tutmuş, aşağı təbəqəli varlıqlara qədər bütün mövcudlarda tapmaq olar. Bütün varlıqların hüsn və camalları da Allahdandır. Onların camal və hüsni-təkviniləri (əvvəl yaranışda gözəl xəlq olunmaları) çox məlum və aşkar şəkildədir. Məsələn, bəşərin surətini bu gözəlliyə salan Allahdır. Onun camalı, məlahəti, gözəlliyi və ürəkləri valeh etməsi də Ondandır. Elə buna görə də məxluqa gözəlliyinə görə sitayiş etmək lazım deyil. Əksinə onu bu gözəl surətdə yaradan Allaha sitayiş etmək lazımdır. Məsələn, üzümün şirinliyi və gül çiçəklərin ətrili olması da Pərvərdigar tərəfindəndir. Quran bu məsələyə işarə edərək buyurur: «Yerdə və göydə elə bir şey yoxdur ki, onun xəzinələri bizdə olmasın. Lakin biz ondan ancaq muəyyən qədər nazil edirik». Əlbəttə bu ayə bütün aləmlərlə uyğun gəlir. Əgər aşağı təbəqəli mövcudları nəzərdən keçirsək, bu ayənin nümunəsini onlarda da görə bilərik. Onların əsas xəzinə və mənbələri də Allahdandır. Gülün ətri on, ya yüz addımlıqdan hiss olunur. Amma rəvayətdə vardır ki, behiştin ətri beş yüz illik yoldan gəlir. Başqa aləmlərdə atomun zühuru və daha da kamilliklər vardır. Sözün qısası, bütün kamilliklər hamısı Allahdandır. hər bir varlıqda olan təkvini kamilik də aşkar şəkildədir. Sonradan əldə olunan kamillik də ondandırSonradan ixtiyari şəkildə əldə olunan hüsn və camal da Allahdandır. Şəxsin kəsbi surətdə əldə etdiyi elm, hüsnü kamal, rəhm və kərəm kimi başqa sifətlər də Pərvərdigar tərəfindəndir. Elm insaniyyətin kamal sifətlərindəndir. Görəsən zəhmətlə ələ gələn elm və onun səbəb və vasitələri Allahdan deyildir? Təsəvvür edin ki, iki nəfər bir yerdə dərs oxuyur. Onlardan biri istedadlı olub, tez inkişaf edir, digəri isə geri qalır. İnsan Allah verdiyi istedad və düşüncədən gözəl şəkildə istifadə etməlidir. Bu da həmçinin Allahın tofiqi nəticəsində həyata keçir. Bir şəxsdə yaranan rəhm sifəti də Allahdandır. İnsan bu kamal sifətinə malik olmaq üçün özünü hazırlamalıdır. Şiə və sünni ümumi şəkildə Peyğəmbərdən (s) belə bir hədis nəql edirlər: «Allahın yüz rəhməti vardır. Onun birini dünya aləmində qərar vermişdir. Doxsan doqquzunu isə axirətə saxlamışdır. Ata və anaların övladlarına olan rəhməti, ALLAHIN bu dünyada qərar verdiyi bir rəhmətdəndir». Bəşərin ixtiyari şəkildə olan camal və kamalı da Allahdandır.«Bütün işlər də axırda Allaha qayıdacaqdır» İnsan öz əliylə təkrar-təkrar infaq (öz malından bəxşiş etmək) etdiyinə görə, onun ruhunda bəxşiş etmək adəti əmələ gəlir. Görəsən onun infaq etdiyi şeylər kimin malındandır? Allahdan başqa bu aləmin maliki vardırmı? Bu əl, qüdrət və mal hamısı Allahındır. İnsan bu işlərdə ancaq iradə edir. Onun iradə etməsi də Allahın əta etməsi nəticəsindəndir. Elə buna görə də hər varlıqda olan bütün kamal, gözəllik, ixtiyari və qeyri ixtiyari olan camal da Allahdandır. Deməli həmd və sitayişə layiq olan varlıq yalnız Allahdır. Müstəqil həmd etməyə Allahdan başqa heç kəs layiq deyilCamal və kamal sifətlərin müqabilində yerdən göyə qədər olan heç bir məxluq həmd və sitayişə layiq deyildirlər. Çünki onların özlərindən bir şeyləri yoxdur. Məxluqların nəyi varsa, hamısı Allahındır. həqiqi həmd və sitayişə layiq olan da Odur. Hər bir varlıqdan baş verən xeyir və bərəkət də Allahdandır, harada sitayiş vardırsa, o özü də Allaha qayıdır. Həqiqi tərif yalnız Pərvərdigara məxsusdur. Çünki səbəb, vasitə və düşüncəni onların ixtiyarında qoyan Odur. Sultan və hakimləri tərif edənlərin ağızlarına torpaq tökün . Məxluqun müstəqil surətdə etdiyi həmd və səna düzgün deyildir. Elm əldə etmiş bir kəsi tərif etməyiniz o deməkdir ki, guya burada mütləq elm sahibi olan Allahın vasitəsi olmamışdır. Bütün elmlər də Allaha qayıdır. Bizim böyük Peyğəmbərimiz Muhəmməd (s) də Pərvərdigardan təlim almışdır. Quran bu barədə buyurur: «O Rəbbin ki, insana bilmədiklərini öyrətdi». Bu tərifin Allah-təalanın bəxşişi cəhətindən olması yaxşıdır. Elə buna görə də rəvayətlərdə insanı müstəqil surətdə tərif etməyi qadağan etmişlər. Biharul-ənvarda nəql olunan rəvayətdə buyurulur: Təməlluq (Sultan və hakimləri tərif edənlərin) deyənlərin üzlərinə torpaq tökün. Axı sultan və hakimlər kimdir ki, onları tərif də edəsən. Əslində heç tərifə layiq adam da deyillər. Əli (ə) «Nəhcül-bəlağə»nin «həmmam» xütbəsində buyurur: «Müttəqi (Allahdan qorxan) və Əli şiəsi o kəsdir ki, onu tərif edəndə xoşhal olmasın, tərifdən də çox qorxsun». İnsan özünün yaxşı olmasına inandığı zaman, tovhiddən kənara çıxıb, səhv işlər görür. Nəticədə batini şeylərdən xəbərsiz olub, yalnız zahirə fikir verir. İnsan gərək özünün yaxşı olmasına heç vaxt inanmasın. Əgər belə bir şey baş versə, onun da Allah tərəfindən verildiyini dərk etməli, Sitayiş və tərifə layiq yalnız Allahın olduğunu dərk etməlidir. ihq/az | |
Views: 769 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |