Cümə axşamı, 2024-11-21, 10:59 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Son nəfəs
2012-12-17, 7:46 AM

Son nəfəs

Bu hekayəni sürətli avtomagistralın işçilərindən biri nəql edir.

Günlərin bir günü biz qəflətən gurultulu səs eşitdik və bir maşının digər maşınla necə toqquşduğunu gördük. Bu, təsvir edilməsi çətin olan çox dəhşətli bir səhnə idi. Bir maşındakı iki şəxs çox ağır vəziyyətdə idilər, biz onları maşından çıxartdıq və yerə uzatdıq. Sonra isə digər maşına tərəf yollandıq və həmin maşının sürücüsünün artıq keçindiyini aşkar etdik.

Birinci maşının sərnişinlərinin yanına gələndə onların ölümcül vəziyyətdə olduqlarını gördük. Dostum onlara Kəlimeyi-şəhadəti diktə etməyə başladı ki, onlar da onu təkrarlasınlar, lakin onlar mahnı oxuyurdular. Bu vəziyyət məni çox qorxutdu. Amma dostum məndən fərqli olaraq ölüm vəziyyətləri haqqında məlumata malik idi. O, bir daha Kəlimeyi-şəhadəti diktə etməyə başladı, amma onlar hələ də mahnı oxumağa davam edirdilər. Edilənlərin heç bir faydası yox idi. Səsləri zəifləməyə başlayırdı. Birdən onlardan bir susdu. Sonra isə digəri susdu. Ruh onları tərk etdi və onlar daha hərəkət etmirdilər.

Mən həyatımda buna bənzər əhvalatla qarşılaşmamışdım. Biz onları maşına doğru apardıq və dostum mənə dedi: "İnsan həyatı onun həm gizli, həm də ki, aşkar əxlaqından asılı olaraq ya yaxşı nəticələnir, ya da ki, pis.”

Mən ölümdən qorxdum və baş verən hadisədən özümə ibrət götürdüm. Həmin gün itaətkarlıqla dua etdim.

Bir neçə gündən sonra daha bir qəribə hadisə baş verdi.

Sürücülərdən birinin maşını şəhərin ən məşhur yerlərində xarab oldu və o, maşından düşüb maşınını təmir etmək istəyərkən onu maşın vurdu. O, çox ağır vəziyyətdə idi. Biz onu öz maşınımıza qoyduq və xəstəxana ilə əlaqə saxlayaraq onu qarşılamağa hazır olmaq barədə xəbər verdik.

Bu, dindar olan cavan bir oğlan idi. Onun dindar olması zahirindən də görünürdü. Biz onu aparan zaman onun dodağının altında nə isə piçıldadığını eşidirdik, amma təqribi nə dediyini anlaya bilmirdik. Amma biz onu maşına qoyan zaman biz onun aydın səslə Quran oxuduğunu eşitdik. Zərərçəkmiş bu cavan oğlan qan içində idi, onun paltarları parça-parça olmuşdu, sümükləri sınmışdı, ölüm ayağında idi, amma gözəl səslə Quran oxuyurdu.

Qəflətən o, susdu. Mən arxaya çevrildim və gördüm ki, o, tək olan Allaha şahid olaraq barmağını qaldırdı, sonra isə onun başı yana düşdü. Mən tez onun yanına qaçdım, onun əllərini tərpətdim, ürəyinə qulaq asdım, nəbzini yoxladım. Heç bir şey yox idi. Həyat artıq onu tərk etmişdi. Xeyli zaman ona baxdım. Gözlərim yaşla dolmuşdu. Dostuma oğlanın ölməsi barədə xəbər verdim. Dostum da ağlamağa başladı. Mən isə göz yaşlarımı saxlaya bilmirdim. Maşında gördüklərimiz bizə çox təsir etmişdi.

Xəstəxanaya gələn zaman qarşımıza çıxan hər bir insana o oğlanın hekayəsini danışırdıq. Onların əksəriyyətində bu hekayə dərin təəssüratlar buraxır və onlar da ağlamağa başlayırdılar. Onlardan biri bu hekayəni eşidən zaman həmin oğlanın cansız bədəninə yaxın gedərək alnından öpdü. Hamı cənazə namazının bitməsini gözləyirdilər.

Bizim işçilərdən biri gəncin evi ilə əlaqə saxladı və onun qardaşı ilə danışdı. O dedi ki, ölən gənc hər birinci gün kənddə öz yeganə nənəsini yad edirdi. Həmişə yetimlərə, kasıblara və dullara baş çəkirdi. Bu kənddə hamı onu tanıyırdı. O, onlara kitab və kassetlər gətirirdi. Kəndə gələn zaman onun maşını düyü və qəndlə dolu olurdu, bunları ehiyacı olanlara paylayırdı, amma uşaqlar üçün şirniyyatı da unutmurdu. Onu uzun yoldan çəkindirənlərin hər birinə o, bu uzun yolda əzbərdən Quran oxumaqla, lazımlı kassetlərə qulaq asmaqla və hər atdığı addıma görə Allah qarşısında cavab verdiyindən zövq aldığını söyləyirdi.

Buna qədər mən həyatın əsl üzünü görmədən, çaşqınlıq içində yaşayırdım, həyatımı əyləncə içində keçirirdim. Allahdan uzaq idim. Biz gənc üçün ölü duasını sona çatdırdıqdan sonra onu dəfn etdik. O, axirətin ilk günlərini qarşıladı, amma məndə peşmançılığını çəkdiyim bu dünyanın ilk günləri başladı. Bəlkə Uca Allah mənim keçmişimi mənə bağışlayar və mən ondan Ona itaətkarlığımı təsdiq etməsini və həyatıma gözəl sonluq verməsini dua edəcəyəm.
Category: Tövhid | Added by: Ənfal
Views: 716 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]