Bazar günü, 2024-12-22, 2:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Müsəlman həkimi düzlükdə seçilir
2012-12-17, 7:37 AM
Müsəlman həkimi düzlükdə seçilir

Fatimə (Marina) Mansur reproduktiv təbabət üzrə mütəxəssisdir. O, Rusiyada müsəlmanlar arasında təkcə sağlamlıq məsələləri üzrə online-məsləhətçi kimi deyil, həmçi nin yorulmaz islam fəalıdır. Fatimə Ivanovada doğulub. O, Islam dinini bir neçə il bundan əvvəl qəbul edib. Onun ardınca Islam dinini onun anası, bacısı və qardaşı da qəbul edib. O, deyir: Mən həkimlər arasında ateistə rast gəlməmişəm. Əvvəl-axır həkimlər nəyəsə inanır. Peşə belədir. Bundan başqa, müsəlmanhəkim əlbəttə ki, öz kolleqalarından seçilir. Birinci növbədə, yəgin ki, öz düzlüyü ilə. Bu gün öz peşə fəaliyyətini yerinə yetirdiyinə görə pul almayan həkim tapmaq çətin məsələdir. Amma müsəlmanlar üçün belə təcrübə haramdır. Həm də Allahın adını tutub müalicəyə başlayan zaman istənilən dərman güclü təsirə malik olur. Islam sağlam həyat tərzi təklif edir bu anlayışa Avropa hələ XX əsrin sonlarında XXI əsrin əvvəllərində nail olub. Amma müsəlmanlar artıq 14 əsrdir ki yaşayırlar. Bu, başqalarından fərqli olan paradoksdur. Islam təbabətində profilaktik istiqamətlənmə üstünlük təşkil edir və olduqca əhəmiyyətlidir. Müsəlmanlar olduqca asan tədbirlərin köməyi ilə qayüılarına qaldıqları ruhlarından heç də fərqli olmayaraq bədənlərinin qayğılarına qalırlar, və onu lazımi vəziyyətdə saxlayırlar. Amma yenə də Uca Allahın iradəsinə əsasən xəstəlik yaranarsa, bu zaman bu xəstəlik Allah tərəfindən göndərilmiş sınaq kimi qəbul edilir və müsəlmanlar bu xəstəliklərdən izn verilmiş vasitələrdən istifadə etməklə müalicə olunurlar. Fatimə bildirir ki, Peyğəmbər (s) təbabəti ilə müasir nailiyyətlər arasında heç bir ziddiyyət yoxdur. Əksinə, indi meydana gələnlərin hamısı praktik olaraq 14 əsr bundan əvvəl Quranda qeyd edilib. Əksər həkimlər təsdiq edirlər ki, Islamın bu və ya digər göstərişləri köhnəlib və onların həyatda tətbiqi xəstəlik törədə bilər. Amma təcrübə göstərir ki, əksinə olur. Quran göstərişləri ancaq xeyir verə bilər, amma düzgün qaydada və düzgün vaxtda istifadə edilərsə. Hər şeydən əvvəl, islam təbabəti həm də fərdidir, o xəstəliyi deyil, konkret nasazlıqdan əziyyət çəkən insanı müalicə edir. Əlbəttə ki, onun perspektivləri var, həm də ki, çox. Məsələn, əgər yüksək səviyyədə profilaktik istiqamətlənməsi genişlənirsə, onda QIÇS kimi sosial təhlükəli epidemiya təhlükəsi sıfıra enir. Xəstələrin həkimi hicabda görmələri barədə Fatimə deyir ki, xəstələr buna müxtəlif cür reaksiya verirlər, amma çox vaxt münasibət neytral olur. "Bəziləri isə bunun səbəbini soruşurlar. Mənimlə konkret olaraq bir nəfər münasibət qurmaq istəmirdi. Amma mənə sonra məlum oldu ki, o heç digər həkimlərlə də danışmaq istəmir.” Peyğəmbər təbabətinin tətbiqi ilə əlaqədar olaraq təcrübədə və ya həyatda qarşılaşdığı ən maraqlı və yadda qalan hadisələrdən birini Fatimə belə xatırlayır: "Bir dəfə mən hələ 4cü kursda oxuyan zaman biz uroloji şöbəyə gedirdik. Bir xəstənin böyrəyində müalicəsi hələ də öyrənilməyən xərçəng xəstəliyi var idi. Onun ağrıları çox kəskin idi, hətta ona narkotiv vasitələr də vururdular. O, gecələr yata bilmirdi və o cümlədən digər qonşu palatalardakı qonşulara da yatmaüa maneçilik törədirdi. Həkimin son göstərişi bu oldu ki, ondan əl üzüb xüsusi bir otağa yerləşdirsinlər. O zaman bizim hamımıza bu, olduqca vəhşicəsinə gəlirdi, insan müalicəyə başlamadan belə ölümə məhkum edilmişdi.Yadıma gəlir, o zaman biz soruşduq: Bəs onun uşaqları, qohumları, niyə onlar onu evə aparmırlar?Həkim dedi ki, qohumları onun diaqnozunu bildikdən sonra ondan imtina ediblər, amma evdə o, daha uzun müddət yaşaya bilərdi və öz xəstəliyindən bu qədər narahat olmazdı və bu da ona ruhi rahatlıq verər və rahatca dünyasını dəyişərdi. Yəgin ki, heç bir müsəlman belə bir səhvi buraxmazdı, imkan verməzdi ki, onun anası həyatının qalan hissəsini belə zülm içində keçirsin.”"Quranın bütün məsləhətləri praktiki təbabətdə tam ixtiyarlıdır. Misal üçün, bəzi dietoloqlar müsəlman orucunu bütün mümkün olan dietlərdən daha yaxşı variant hesab edir.” Fatimə belə deyir: "Uşaqların doğulması və onların uzun müddət ana südü ilə qidalanması qadını döş vəzisində xərçəng xəstəliyinin əmələ gəlməsindən müdafiə edir. Mən həmçinin digər bir məsələ ilə baülı öz fikrimi söyləmək istərdim. Əksər insanlar belə hesab edirlər ki, yalnız Quranda və sünnədə qeyd edilən vasitələri qəbul etmək lazımdır və həmin insanlar digər dərmanları qəbul etməkdən və tibbi müayinəni keçməkdən imtina edirlər. Hədisə uyğun olaraq hər bir xəstəliyə görə dərman var və insanlar xəstələnən zaman müalicə olunmalıdırlar və bununla əlaqədar olaraq mütəxəssislərə müraciət etməlidirlər. Sadəcə əgər adi həkimlərə inanmırlarsa və belə hesab edirlərsə ki, həmin həkim onlara yalnız ziyan vura bilər, bu zaman daha ixtisaslı müsəlman həkimini tapmaq lazımdır.”Müasir təbabətin əsas çatışmamazlıqlarından söz açan Fatimə təbabətin həm rəsmi ödənişsiz, həm də qeyrirəsmi ödənişli formada olmasından, xidmətlərin keyfiyyətə və kəmiyyətə uyğun gəlməməsindən, həmçinin həkimlərin aşağı peşəkarlıüa malik olmalarından gileylənir. "Əksər xəstəxanalarda və tibbi mərkəzlərdə sovməələr, ibadət otaqları və kilsələr açılıb. Amma ixtisaslaşmış yerlərdə müsəlmanlar üçün ibadət otaqları mövcud deyildir. Nə palatada, nə də ki, dəhlizdə ibadətə icazə vermirlər. Amma ədalət baxımından qeyd etmək lazımdır ki, biz müsəlmanlar çox vaxt öz ölkəmizin qanunlarını bilmirik. Tibbi müəssisələrdə əgər bu, tibbi müəssisənin ümumi rejimini pozmursa pasientə dini öhdəliklərini yerinə yetirmək üçün yer təqdim edilməlidir. Həmçinin qadın həkimlərinin yanında müayinədən keçmək istəyən müsəlmanların da arzusunu nəzərə almaq lazımdır, amma bəzi hallarda bunu etmək praktiki cəhətdən mümkün deyildir. Xəstələr üçün öz dinlərinin qaydalarına uyüun olaraq menyunu seçmək imkanı verilməlidir, amma teztez elə olur ki, nəinki müsəlmanlar həmçinin dinin normalarına riayət edən digər konfessiyaların nümayəndələri xəstəxana yeməklərindən imtina edir, qohumları və dostlarının gətirdikləri qidalarla qidalanırlar. Şəriətin normalarına riayət etmək lazımdır, bundan yaxşısını hələ indiyə qədər heç kim düşünməyib və düşünməyəcək də. Bütün bu reseptlər artıq yazılıb, yalnız onlara riayət etmək qalır. Bir məsələni də qeyd etmək istərdim ki, tibb sahəsində qadınların problemi kişilərdən fərqli olaraq olduqca çoxdur. Məsələn, çətinliklərdən biri odur ki, səni kişi həkimi müayinə edir, xüsusilə də əgər bu ginekologiya və mamalıq kimi intim sferaya aiddirsə. Müasir qanunvericiliyə uyğun olaraq heç kim heç kimi konkret həkimin yanına getməyə məcbur edə bilməz. Hər kəsin mütəxəssis və xəstəxana seçmək imkanı var. Bu, hüquq tibbi sığorta polisi tərəfindən təmin edilir və bu hamının buna imkanı var. Amma təcili hallara gəldikdə isə yəni əgər doğuş halıdırsa, bu zaman əvvəlcədən bu haqda danışmaq olar, kim doğuşu qəbul edəcək, amma bu halda belə kişi həkiminin olması tam olaraq istisna edilmir, yəni kişi həkimləri keyləşdirmə iynəsini vura bilər. Demək olar ki, bütün anestezioloqlar kişi həkimləridir. Eyni hal təcili əməliyyatın aparılması zamanı da baş verə bilər, çünki bütün cərrahlar kişidir, xüsusilə də gecə növbəsini çəkənlər kişi həkimləri olur. Teztez belə hallar baş verir ki, ata və ya ər qızının və ya həyat yoldaşının orta məktəbi bitirdikdən sonra evdə oturmalarını məsləhət görürlər. Ona görə də belə vəziyyətdə qadın-həkim və qadın-müəllimə nadir hallarda tapılır. Bununla əlaqədar olaraq nə isə etmək lazımdır, amma nə etmək lazımdır, bu, məlum deyil.Qeyri-islam ölkələrinin Islam klinikalarında dini tələblər nəzərə alınmalıdır və dini əlamətlərə uyğun olaraq hüquqların pozulmasına dair şərtlər olmamalıdır. Tezliklə belə klinikalar təsis ediləcəkdir və onların sayı getdicə artacaq.Fikrimcə, bunun özündə elə müsəlmanlar günahkardır, çünki onlar öz hüquqlarını bilmirlər və bəziləri sosial fəal həyat tərzi sürmürlər. Amma daha bəsit bir nümunə desək, bəzi kişilər belə düşünür: mənim həyat yoldaşım xəstəxanaya getməyəcək və evdə təbii vasitələrlə müalicə olunacaq, çünki xəstəxanalarda olanlar qeyri-müsəlmanlardır; qızım məktəbə getməyəcək, çünki həmin məktəblərdə Islam dininə aid olmayan elmlər öyrədirlər və məktəblilərin xarici görünüşü normal deyil və s.Müsəlman klinikalarının, müsəlman məktəblərinin və müsəlman uşaq baxçalarının açılmasına nail olmaq lazımdır. Lakin düzünü desək, orada heç kim işləməyəcək, çünki bəzilərinin düşündüyü kimi tərbiyəli müsəlman xanımları evin divarıdır və onlar evdən çölə çıxmamalıdırlar. Amma bu da məlumdur ki, Həzrət Peyğəmbərimizin (s) dövründə qadınlar daha aktiv həyat tərzi sürürdülər.”

ihq.az

Category: Tövhid | Added by: Ənfal
Views: 684 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]