Main » Files » Əqidə » Tövhid |
Kim Allaha şərik qoşur?
2013-01-27, 7:15 AM | |
İnsan Allaha, zatında, sifət, fel (əməl) və ya ibadətlərində ortaq qoşarsa, bu açıq şirkdir. Zatda şirk, üluhiyyət, zat və Allahın vəhdaniyyəti mərtəbəsində Allaha şirk qoşmaq, bunu etiraf etmək deməkdir. Bütpərəstlər, (atəşpərst) nur və zülmət (qaranlıq), Yezdan (Allah) və Əhrimən (pislik İlahı) kimi iki əsl və məbdəyə (başlanğıca) inanan məcusilər buna gözəl misaldır. Yenə xristianlar, ata, oğul və Ruhül-Qüdüs bilməklə, Allahın zatını üç qismə ayırmışlar. Onlardan bəziləri Ruhul-Qüdüsün Məryəm olduğunu söyləyirlər. Bu üçünün hər birinin ayrı-ayrı xüsusiyyətləri olduğuna inanırlar; «Bu üçü bir araya gəlməzlərsə, Allahın zatı da aşkarlaşmaz» deyirlər. Bu səbəbdən, Allah-təala da onların bu əqidəsini «Maidə» surəsinin -cü ayəsində bildirmiş və onu təkzib etmişdir: «Allah, üçlüyün üçüncüsüdür» deyənlər [də] əlbəttə, kafir oldular. Halbuki vahid Allahdan başqa heç bir Tanrı yoxdur ». sibtayn.com | |
Views: 791 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |