Bazar günü, 2024-12-22, 8:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

Kiçik və müdrik varlıqlar
2012-12-25, 8:43 AM

Kiçik və müdrik varlıqlar

Meşədə yarpaqların xışıltısı yuvalarının üzərini örtmək məqsədilə ağcaqayın budaqlarını, yarpaqları, yaxud maya göbələyini daşıyan qarışqa ordusunun yerdəyişməsindən xəbər verir. 6 mm. uzunluğunda olan qarışqalar həşəratlar və onların sürfələri ilə qidalanır və 300 minədək qarışqanın yaşadığı yeraltı yuvalar qururlar.


Yuvanın üstünü bitki qalıqlarından 1,5 m. Hündürlüyə çatan təpəciklə örtürlər; bu örtük yuvanı isti saxlayır və onu yırtıcılardan qoruyur.


Yollar, kameralar, qida anbarları torpağın dərinliklərində yerləşir. Qarışqalar elə özünəməxsus xüsusiyyətlərə malikdirlər ki, onları yaradan haqqında fikirləşməyə vadar edirlər. Məsələn: qida axtarmağa gedərkən geriyə yolu tapmaq instinkti; bəzi həşəratların sürfələrinə qarşı qayğı və qonaqpərvərlikləri; təhlükəyə qarşı həssaslıq; qarışqa yuvaları vasitəsilə coğrafi cəhətlərin istiqamətini və yağışın yağacağı vaxtı müəyyən etməyin mümkünlüyü və s.


"Açıq-aydın ayələrdir göndərdiyimiz. İstədiyi kimsəni doğru yola yetirər Allah” (Nur,46).

Allahın yaratdıqları haqda "Qurani Kərim”də bu cür yazılıb. Bu balaca varlıqlarşüurlu və düşünən insanlar üçün sübutdur. Nə üçün biz məhz bu "şüursuz” və çox zaman ayağımız altında fikir vermədiyimiz varlıqlar haqda söhbət açırıq? Heyvanların şüurlu şəkildə fəaliyyətinə dair bir çox misallar var. Onların birinə diqqət yetirək: 1930-cu ildə fransız alimi öz bağçasında yanğınla mübarizə aparan qarışqa koloniyası(dəstəsi) aşkar etdi. Qarışqa yuvasına yanan kibriti yaxınlaşdırarkən onlar qarın nahiyələrində ifraz olunan qarışqa turşusu vasitəsilə alovu söndürməyə başlayırdılar. Şüurları olmasaydı, onlar alovu söndürə bilərdilərmi?


Son zamanlar alimlər müxtəlif bioloji struturların quruluş prinsiplərini tədqiq etməyə və öyrənməyə başlayıblar ki, artıq mövcud olan material və mexanizmləri mükəmməlləşdirsinlər və yaxud yenisini yaratsınlar. Bu elm biomimetika adlanır. Ən sadə nümunə kimi, yerin altında yerləşən göydələnləri, çoxmərtəbəli evləri və eyni zamanda metropolitenləri misal göstərmək olar. Baxın, bu necə də qarışqa yuvasının quruluşuna bənzəyir. Bəzi qarışqa növlərinin yuvaları 6 m. Dərinliyə çatır və 100 m.-dən çox meydançanı əhatə edir.

Allah təbiətin çoxnövlüyünü, rəngarəngliyini ona görə yaratmış ki, onun h ər bir şey üzərindəki Qüdrət və Gücü haqda düşünək, çünki Allah bir şeyə "Ol” desə, olar. Biz yalnız qarışqanı nümunə kimi misal gətirdik, əslində təkcə qarışqa növünün sayı 200-ə çatır və bu, təkamülün nəticəsi deyil, Allahın yaratdıqlarıdır!

Bu dünyada Allah elə-belə heç bir şey yaratmayıb, hər şey insana xidmət etmək məqsədilə yaradılıb ki, o, maddi dünyada qida və iş məqsədilə onlardan istifadə etsin, mənəvi dünyada isə Allahın işarələri, nişanələri haqda düşünsün.

Təkamül və həyatın yaranması

Həyatın yaranması (materialist alimlərin fərziyyəsi)

Kainatın xaotik, dərk olunmaz və təsadüfi yaradılışından sonra, materialist alimlər sübut etməyə çalışırlar ki, nədənsə planetlərdən birində həyat elə xaotik şəkildə yarandı. Təəssüf ki, bu günə qədər təhsil müəssisələrində məntiqsizliyi ilə çoxdan köhnəlmiş Oparin və Xoldeynin fərziyyəsi (hipoteza) tədris olunur. Bu fərziyyəyə görə, həyat Yer kurəsində tədricən, qeyri-bioloji molekulyar təkamül yolu ilə qeyri-üzvi birləşmələrdən meydana çıxıb. Yer kurəsində yüksək temperatur var idi, tədricən o, soyumağa başladı. Soyuma zamanı su buxarı kondensasiya etdi və Yer kurəsinə güclü yağıntılar düşməyə başladı. Yer səthini örtən suyun tərkibində qeyri-üzvi birləşmələrdən Günəşin ultrabənövşəyi şüalanması təsirindən üzvi birləşmələr yarandı. Bu okeanda müxtəlif orqanik birləşmələr həll olmuşdu ki, onların su ilə əhatələnmiş molekulları çoxmolekullu komplekslərdə - koaservatlarda birləşdilər. Beləliklə, həmin fərziyyəyə görə, qeyri-bioloji təkamülün birinci mərhələsi bu koaservatların yaranması olmuşdu. Onlar isə öz növbəsində ətraf aləmlə maddələr mübadiləsinə və artmağa qadirdirlər. Sonra həmin maddələr müəmmalı şəkildə sadə polinukleotidlərlə canlı hüceyrələr əmələ gətirdilər ki, onlar da öz növbəsindəgen səviyyəsində təsadüfi mutasiyalar nəticəsində təsadüfən ilk orqanizmlərin yaranmasına səbəb oldular...

Maraqlıdır ki, bu nəticələri irəli sürən alimlər ətrafdakılarıinandırmağa çalışır ki, əvvəlcə materiya və enerji heç nədən yarandı, sonra isə elə bu yolla həyat əmələ gəldi.

Ümumilikdə isə, biologiya üzrə dərsliklərdə bu mövzuya çox az yer ayrılır və bu mövzu haqda ötəri danışılır. Məsələn, 1984-cü ildə Moskvada nəşr olunan Ali məktəblər üçün Biologiya dərsliyinin ümumi həcmi 350 səhifə olsa da, bu mövzuya cəmi 4 səhifə ayrılıb. Bu, digər nəşrlərə də aid edilir.


Düzdür ki, həyatın yaranması haqda suala cavab verməyən başqa fərziyyələr də mövcuddur. Onlardan biri "Əbədi həyat fərziyyəsi”dir ki, onun müddəalarına görə, Yer kurəsində həyatın yaranması kosmosdan bitki və mikroorqanizmlərin gətirilməsi yolu ilə izah olunur. Bu fərziyyənin müəllifi isveç alimi Arrenius olub(1859-1927). Lakin, bu zaman sual yaranır ki, bəs kosmosda onlar hansı yolla meydana çıxıb?


Beləliklə, həyatın Yer kurəsində yaranmasının onun Yaradan tərəfindən düşünülmüş şəkildə yaradılmasını qəbul etmədən izah etmək mümkün deyil."İnsan necə də böyük səhvə yol veə bilirmiş, əgər dənizdə balığa, quşlara, heyvanlara və özünə - bütün bunları dərk edə bilən insana diqqətlə baxır və hələ iddia edə bilir ki, bütün bunlara həyat verən, bu cür nəhəng və ekstraordinar nəticələrə malik olan hadisənin səbəbi və məqsədi olmayıb! O, necə də şəhvətə uyub!” Bu maraqlı ifadə ingilis tədqiqatçı xanım Xədicə Aişə Lemuya məxsusdur.


Qurani-Kərimə görə həyatın yaranması

Quran iddia edir ki, Həyat Allah tərəfindən yaradılıb:

"Yer üzünü də döşədik... Üstündə möhkəm dayanan dağlar yaratdıq, gözəl- gözəl bitkilərdən növ-növ bitirdik.” (Qaf,7)


"Sizi yoxdan var elədik. Diriləcəyinizə niyə inanmırsız?” (Vaqiə,57)


Allah nəinki yaradılışın əvvəlində bütün canlıları yaratdı, O, həmişə - hər dəqiqə, hətta, hər saniyə - yaradır.


"Sizi tək bir candan yaratmış, sonra da bu candan tayını var eləmiş, Sizə dişili-erkəkli səkkiz heyvan göndərmiş. Sizi analarınızın bətnində, üç zülmətin içində xilqətdən-xilqətə keçirərək yaratmış. Rəbbiniz Allahdır sizin, hər şey Onun əlindədir. Ondan başqa məbud yoxdur. Elə isə Ondan başqasına siz necə tapınırsız?” (Zumər,6)


"Göylərin vəYerin yaranışının, gecə ilə gündüzün növbələşməsinin şübhəsiz dəlilləri var düşünən başlar üçün. Ayaq üstə durarkən, yerdə oturarkən, böyrü üstə uzanarkən Allahı anar, Göylərin vəYerin yaranışını düşünə-düşünə deyər onlar: Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, həmd olsun Sənə, od əzabından qoru bizi.”(Ali-İmran,190-191)



Təkamül haqda fərziyyə

"1859-cu ildə Çarlz Darvin özünün "Təbii seçmə yolu ilə növlərin yaranması və yaxud həyat uğrunda mübarizədə münasib cinslərin qorunub-saxlanması” əsərini nəşr etdirdi. Baxmayaraq ki, bu əsər İngiltərədə müəyyən mənfi reaksiya oyatsa da. Avropalılar artıq, öz yaradılışlarının qeyri-ilahi yolla baş verdiyini izah etməyə hazır idilər. Çünki, bundan əvvəl elm, xristian kilsəsinin Kainatın quruluşuna aid nəzər nöqtəsini təkzib etmişdi. Buna son zərbəni vurmaq lazım idi ki, məhz Çarlz Darvin bunu etdi. O, heyvan və bitkilərin, eyni zamanda insanın bütün bioloji növlərinin Allah tərəfindən yaradılması faktını şübhə altına atsa da, bunu tam şəkildə sübut edə bilmədi. Dünya səyahəti zamanı öz müşahidələri haqqında belə yazırdı: " "Biql”da (gəmi adı) səyahət zamanı Pampass formasiyasında nəhəng heyvan qalıqlarının tapılması mənə dərin təsir bağışladı. Onların üzəri müasir çanaqlı heyvanlardakına bənzəyən zirehlə örtülmüşdü, ikincisi, cənub istiqamətdə materik üzrə hərəkət etdikcə, heyvanların yaxın qohumluluq üzrə növləri müəyyən şəkildə bir-birini əvəz edirdi. ”


Bu müşahidələr əsasında Darvin subyektiv nəticə çıxardı: "Bu cür faktları belə bir fərziyyə əsasında izah edə bilərik ki, növlər tədricən dəyişirdi və bu problem məni düşündürməyə başladı.” (Ç.Darvin "Şüurumun və xarakterimin inkişafı haqqında xatirələrim. Avtobioqrafiya” )


Sitatdan göründüyü kimi, Darvin etiraf edir ki, bütün bunlar onun mülahizəsi, fərziyyəsi idi, elmi fakt deyildi. Lakin, məhz bu fərziyyələrin əsasında böyük biloji nəzəriyyə quruldu ki, indiki dövrə qədər şagirdlərə elmi fakt kimi təqdim olunur.


Darvin nəzəriyyəsinin əsasını təbii seçmə anlayışı təşkil edir. Bu anlayış ondan ibarətdir ki, bütün orqanizmlər çoxsaylı nəsil qoyub-gedir. Məsələn: kütüm balığı 40 min kürü tökür, ancaq onların yalnız az bir hissəsi sağ qalır və böyük növlərə həyat verir ki, növdaxilindəki say sabit qalır. Kürünün tələf olma səbəbi kompleks faktorlarla bağlıdır – düşmənlərin hücumu, təbiət hadisələrinin təsiri, növün fiziki zəifliyi və s. Buradan o, belə nəticəyə gəldi ki, təbiətdə sağ qalmaq uğrunda arasıkəsilməyən mübarizə gedir, bu zaman ən güclü növ və cinslər sağ qalır. Lakin, darvinistlər unudur ki, təbiətdə çoxsaylı "uyğunlaşmayan ” "zəif” növ və cinslər var ki, bu cəhət onların sağ qalmasına mane olmur. Məsələn: elə qarışqa növləri var ki, qul saxlayırlar. Belə ki, onların çənəsi elə uzun və əyilmiş şəkildədir ki, özləri bir şey yeyə bilmirlər və yaxud, yuva düzəltməyi bacarmırlar. Əgər, onlar kömək üçün qul saxlamasalar, məhv olacaqlar. Məgər, bu, mühitə "daha çox uyğunlaşan” canlının sağ qalmaq nümunəsi hesab oluna bilərmi? Axı onlar sağ qala bilməzdi, əgər, qul-qarışqalara xidmət etmək instinkti verilməsəydi.” (X.A.Lemu "Təkamül nəzəriyyəsinə tənqidi baxış”)


Sonra Darvin bu mübarizənin 3 növünü müəyyən etdi: 1) növdaxili 2) növlərarası 3) cansız təbiətlə mübarizə


Beləliklə, təbiətdə müəyyən növlərin seçilmiş məhvi və digər növlərin üstün çoxalması prosesləri baş verir. Bu hadisəni Darvin təbii seçmə adlandırmışdı. Xarici mühitin şəraiti dəyişərkən əvvəlkindən fərqli olaraq, hansısa başqa əlamətlər faydalı olur; növün genetik quruluşu dəyişir, çoxalma sayəsində yeni əlamətlər geniş yayılır, yeni növ meydana çıxır. Seçmə üçün material isə irsi ( mutasiya) dəyişkənlik hesab olunur. Növlər isə iri zaman çərçivəsində təkamül nəticəsində dəəyişir. Lakin, nəzəriyyə tərəfdarlarının bu mülahizəsi (iddiaları) də şübhə doğurur. Onlar heyvan və bitki növlərinin yaranma prosesini tamamilə əsaslandırılmamış şəkildə müəyyən edirlər, təsadüfi faktorlar zənciri kimi təqdim edirlər ki, gen mutasiyaları adlandırırlar, onların təkcə xarici mühitin növlərə təsirindən asılılığını qeyd edirlər. Onların sözünə görə, bu təsadüfilik Bəşəriyyətin yaranması məsələsində olduğu kimi, mürəkkəb və çoxcəhətli canlı varlıqlar aləminin yaranmasına səbəb oldu ki, onlar heç də təsadüfi və necə gəldi həyat yaşamır. Onlar müəyyən qanunauyğunluqlara və instinktlərə əsasən yaşayırlar və hərəkət edirlər. Bəs bu instinktlər onlarda necə yaranıb? "Məsələn: dişi ağacdələn yumurta qoymaq istədikdə onun yumurtasına oxşar quşun yuvasını axtarır. Sonra o, gözləyir ki, o biri valideynlər yuvadan uçub-getsinlər, yeganə yumurtasını həmin yuvada qoyur və onu tərk edir. Yuvanın sahibləri qayıdanda yeni yumurtanı özününki hesab edirlər və onu isidirlər. Ağacdələnin balası iri və görməmişdir, yumurtadan çıxan kimi digər yumurtaları və yaxud, valideynlərin həqiqi nəslindən olan quşcuğazları yuvadan kənara itələyir. Yazıq valideynlər bütün günü ağacdələn balasını yedizdirmək üçün qida toplamaqla özlərini yorurlar, qısa müddət ərzindəonlardan da böyük ölçüyə malik olan ağacdələn balası nəticədə yuvanı tərk edir.


Qərb alimləri bu haqda nə deyə bilər? Bu vərdiş təkamülün nəticəsi hesab oluna bilərmi? Bu, növün sağ qalmasına hər-hansı şəkildə sərf etmişdirmi? Ağacdələni kim öyrədib ki, öz yuvasını tikmək əvəzinə yumurta sını başqasının yuvasına qoysun? Buna qədər ağacdələnlər yumurta qoyurdularmı? Əgər yox, deməli, ağacdələn ona yeridilmiş bu instinktlə yaradılmışdı – amma KİM tərəfindən?” (X.A.Lemu "Təkamül nəzəriyyəsinə tənqidi baxış”)


Gözəllik və görünüş məsələlərinə dair alimlərin möhkəm olmayan mövqeləri vardır. Alimlər nə üçün təkamül nəticəsində erkək tovuzquşunun çox gözəl lələkləri yaranmışdır – sualına belə cavab verirlər: "Dişi tovuzquşularını cəlb etmək məqsədilə” .


Sən demə, məhz bu məqsədlə şanapipiklər gözəl mahnılar oxuyur; qızılgül və ona bənzər digər çiçəklərin xoş ətir saçmasını isə alimlər belə izah edirlər ki, bu, arıları cəlb edir və bu yolla tozlanma prosesi baş verir. Ancaq, bu fikrə etiraz etmək olar ki, təbiətdə çoxsaylı eybəcər heyvanlar var ki, bu çatışmazlıq (eyib) dişiləri cəlb etməyə mane olmur, yaxud, elə ətirsiz çiçəklər də var ki, qızılgül kimi ətir saçmasalar da, arılar tərəfindən tozlandırılmaya maneçilik törətmir.


Materialist-bioloqlar tez-tez öz baxışlarını təsdiq etmək üçün Seleksiyanın nailiyyətlərinə ( süni mayalanma yolu ilə yeni heyvan və bitki cinslərinin çoxaldılması) əsaslanırlar. Lakin, bu nailiyyətlər heyvan və bitkilərin eynicinsli növləri üçün doğrudur. Bu yolla rus və amerikan inəyini cütləşdirmək və produktiv cins əldə etmək olar. Lakin, bunu genlərdə xromosomlarınmiqdarının fərqliliyi ilə əlaqədar canlıların növləri arasında etmək mümkün deyil. Məsələn: inəklə meymunu cütləşdirməklə müsbət nəticə əldə etmək mümkün deyil, bu, istisna olunur. Mutasiyalara gəlincə ( orqanizmlərin nəsli xüsusiyyətlərinin təbii yaranan və ya süni yaradılmış dəyişiklikləri) təbii mühitin təsiri altında genlərdə kiçik dəyişikliklər (irsi materialın vahidliyi) şübhəsiz ki, mövcuddur. Seleksiyadan əlavə, təbiətdə orqanizmə təbii mühit amillərinin təsirini də misal göstərə bilərik. Məsələn: dağ keçisi özünəməxsus xüsusiyyətlərə malikdir və ev keçisindən bir qədər fərqlənir. Lakin, onların hər ikisi keçi olaraq qalır. Elə bir fakt yoxdur ki, mutasiyalar prinsipial olaraq heyvan və bitki növlərinin yaranmasına səbəb olur. Eyni zamanda qeyri-realdır ki, gen səviyyəsində bu cür dəyişikliklər belə çoxsaylı heyvan və bitki aləminin yaranmasına gətirib çıxarsın. Bununla yanaşı, genlərdə baş verən proseslər təsadüfi deyil, ciddi və qanunauyğun şəkildə baş verir. İnanılmazdır ki, sadə təkhüceyrəli orqanizmlərdən birdən-birə , hətta, milyon illik təkamül nəticəsində mürəkkəb varlıqlar – tısbağalar, osminoqlar, fillər və kərgədanlar, və ən nəhayət, insan beyni kimi dahi aparat yarandı.


Həyatın ilahi yaradılışının inkar olunması elmi fakt sayılmır. Bu, yalnız həqiqət kimi qələmə verilən fərziyyədən başqa bir şey deyil...

ihq.az

Category: Tövhid | Added by: Ənfal
Views: 987 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]