Main » Files » Əqidə » Tövhid |
Ilahi bağlılığın təsirləri
2012-12-17, 7:38 AM | |
Ibadət, dinin əsası və Ilahi məktəblərin ayrılmaz hissəsidir. Dinin sütunu etiqad sahəsində tövhiddirsə, əxlaqi yüksəliş baxımından ibadətdir. Ibadətsiz həqiqi din heç vaxt mövcud olmamışdır və bütün peyğəmbərlərin müştərək risaləti (peyğəmbərlik missiyası) məhz insanlar arasında bəndəlik ruhiyyəsini yaratmaq, bu ruhiyyəni genişləndirərək dərinləşdirmək və insanları Allahdan qeyrisinə ibadət etməkdən çəkindirmək olmuşdur. "Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan (batil qüdrətlərdən) çəkinin!" - deyə peyğəmbər göndərmişik". ("Nəhl" surəsi, ayə 36) Islam dinində də, Allahın əbdi (qulu) olmaq insan üçün ən yüksək izzət və iftixar hesab olunmuşdur və Qurani-Kərim də müstəqim (doğru) yolun, yalnız bu yol olduğunu vurğulayır: "Mənə ibadət edin, bu, doğru yoldur!" ("Yasin" surəsi, ayə 61)Bu doğru yolda gedənlərin öndərlərindən olan Imam Əli (ə), Allah-Taala ilə munacatında belə deyir:"Ilahi, mənim üçün bu izzət yetər ki, Sənin qulun olum və mənə bu iftixar bəsdir ki, Sən mənim Rəbbim olasan. Sən mənim istədiyim kimisən, elə et ki, mən də Sənin istədiyin kimi olum!"Böyük müsəlman filosofu Hacı Molla Hadi Səbzəvari yazır: "Merac gecəsi Allah-Taala Peyğəmbərə (s) buyurdu: "Nə səadət istəyirsənsə, istə!" Peyğəmbər (s) dedi: "Məni Öz übudiyyətinə (bəndəliyinə) məxsus et!" (Hadi Səbzəvari, "Şərhul-əsmaul-husna", səh.274)Bu zaman "Isra" surəsinin ilk ayəsi nazil oldu: "Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidul-Həramdan ətrafını bərəkətli etdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. O, doğrudan da, eşidən və görəndir". ("Isra" surəsi, ayə 1)Ibadətə meyl, ona duyulan ehtiyacdan doğur. Bu duyğu isə o zaman müyəssər olar ki, insan öz təkamül və xoşbəxtliyində ibadətin əsaslı və təyinedici rolunu başa düşsün, istedad və bacarığının bundan başqa heç bir yolla çiçəklənməyəcəyini və reallaşmayacağını bilsin.Imam Sadiqdən (ə) bizə çatan bir hədisdə oxuyuruq:"Rəsuləllah (s) o qədər namaz qılırdı ki, ayaqları şişirdi. O deyirdi: "Mən şükr edən bəndə olmayımmı?" Onun məqsədi ümməti başa salmaq idi. Odur ki, istənilən halda ibadətdən, səydən və bu yolda əziyyət çəkməkdən qafil olma. Agah ol! Əgər Allaha ibadət etməyin şirinliyini dadsaydın, onun bərəkətlərini görsəydin və onun nurundan ziyalansaydın, hətta tikə-tikə doğransaydın da, ondan bir an belə, uzaqlaşmağa dözməzdin". ("Risaleyi-liqaullah", səh.108)"Ilahi şəxslərin gecəsi, bütün aləmi işıqlandıran gündüzdür. Ariflər üçün həqiqətən də, zülmət gecə yoxdur".Ibadətin bir çox faydaları vardır. Bu məqalədə onlardan bir neçəsinə işarə olunur: 1 - Ibadətin düşüncə və agahlığa təsiriIbadət, insanın agahlıq sistemini aktivləşdirir. Insan ibadət ilə, öz diqqətini və düşüncəsini məna aləminə və varlıq mənbəyinə tərəf pərvazlandırır. Bu isə bir növ tövhid inanclarının əməli surətdə məşqi və insanın qəfləti öz ruhundan silməsidir. Digər tərəfdən isə ibadət vasitəsilə, insanın idrak və agahlıq qüvvəsinin görmə qabiliyyəti daha da itiləşir və o, Ilahi dəstəklərdən faydalanır. "Və yəqinə çatınca, Rəbbinə ibadət et!" ("Hicr" surəsi, ayə 99)Yuxarıdakı ayədən və "Zariyat" surəsinin 56-cı ayəsindən ("Mən cinləri və insanları, ancaq mənə ibadət etmələri üçün yaratdım") ("Zariyat" surəsi, ayə 56) məlum olur ki, yaranışdan məqsəd ibadət, ibadətdən məqsəd isə yəqinə çatmaqdır, yəni ibadət yəqinə çatmaq üçün vasitədir. Son hədəf yəqindir. Yəqin müxtəlif vasitələrlə əldə oluna bilər, lakin dəyərli və insana nicat verən yəqin, ibadət çırağı ilə yaranan yəqindir. Əməlsiz alimlərin elmi yolla əldə etdiyi yəqin, Musanın (ə) əsasındakı möcüzəni görməklə Fironda yaranan yəqin və s. bunlar da yəqindir. Quran Firon barədə buyurur: "Daxilən (dəlillərin haqq olduğuna) yəqinlikləri olsa da, zülm və təkəbbür üzündən onları inkar etdilər". ("Nəml" surəsi, ayə 14)Belə yəqinliklərin xeyri yoxdur. Ibadətlə yəqin nuruna çatan şəxslər isə batini, zahiri, alovu və cəhənnəmi müşahidə edə bilirlər:" ... əgər "elmul-yəqin"i bilsəydiniz, cə-hənnəmi mütləq görərdiniz". ("Təkasur" surəsi, ayə 5-6)Yəqin nuruna nail olan insanlar, günahların üzərindəki ləzzətin şirin ərpinə və köpüyünə aldanmırlar. Əllərini günahın zəhər və alovuna bulamırlar. "Hicr" surəsindəki ayənin tərkibində olan (qədər) kəlməsinin mənası bu deyil ki, yəqinliyə çatdıqdan sonra daha ibadət etməyə ehtiyac yoxdur. Yəni bu kəlmə, ibadətin həddini və miqdarını deyil, onun bərəkətini və mənfəətini bildirmək üçündür. Odur ki, insan, ibadət etmədə təkid etdikcə, yəqin əhli olar. Əgər insan, ibadət etmədə bir anlıq belə, tərk edərsə, üsyana aludə olar və əgər ibadəti inkar edərsə, küfrə, mürtədliyə və əbədi məhrumiyyətə düçar olar. Ayədəki yəqin, məbdə (yaranışın mənbəyi) olan Vücuda inanmaq xarakteri daşımır. Çünki belə bir yəqinin özü ibadətin mənşəyidir, nəinki Ilahi məqamlardan sayılmış olan ibadətin nəticəsi. Məqsəd, Allah-Taalaya bütün mütləq sifətləri ilə birgə (Onun mütləq rübubiyyətinə, mütləq malikiyyətinə) yəqin bəsləməkdir. Beləliklə də, bəndə bu yəqinə çatmaqla özünü və özünə aid olan hər şeyi Allahınkı hesab edir.Qeyd etmək lazımdır ki, yəqin-təfəkkür, düşünmək və diqqət ilə də hasil olur. "Təlaq" surəsinin 12-ci ayəsində, ona belə işarə olunur:Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi öz elmi ilə əhatə etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar. ("Təlaq" surəsi, ayə 12)Bu iki yolun (ibadətin nəticəsində əmələ gələn yəqinin və təfəkkürdən yaranan yəqinin) birləşməsi, Ilahi fəlsəfə deməkdir. Qurani-Kərim insanı bu yola hidayət edir və irfan (ibadət yolu) ilə bürhanı (təfəkkür yolunu) kamilləşmək istəyən insanın qoşa qanadı hesab edir.2 - Ibadətin psixoloji və ruhi təsiriIbadətin bir çox ruhi və nəfsani təsirləri vardır və onlardan bir neçəsi aşağıda qeyd olunur:1 - Ibadətləri yerinə yetirən insanın ruhu, əzmkar və qüdrətli olur. Belə ruha malik insan, günah tufanlarının qarşısında müqavimət göstərə bilir. "Ey insanlar! Sizi və sizdən əvvəlki insanları yaradan Rəbbinizə ibadət edin ki, bəlkə təqvalı olasınız (özünüzü günahdan saxlayasınız.)" ("Bəqərə" surəsi, ayə 21)2 - Ilahi itaət və ibadət yolu ilə ruh ğəni olur, mənəvi izzətə, alicənablığa və müsbət ruhi qürura yüksəlir. "Ey adı əlac, zikri şəfa və itaəti ğina (toxluq, ehtiyacsızlıq) olan (Allah)!" ("Kumeyl" duası)Imam Əli (ə) bu haqda buyurur:"Izzət istədiyin zaman, onu itaətlə istə!" ("Ğurərul-hikəm")Rəsuləllah (s) buyurur:"Rəbbiniz buyurur: Ey Adəm övladı! Özünü Mənim ibadətimə həsr et ki, sənin qəlbini ehtiyacsızlıq, əllərini də ruzi ilə doldurum. Ey Adəm övladı! Məndən uzaqlaşma ki, qəlbini yoxsulluq və əllərini çətinliklə dolduraram" ("Mizanul-hikmət", hədis 11608).Ğəni ruh ilə (yəni ehtiyacsız ruh ilə) müstəğni ruhun (yəni ehtiyacını ödəyən ruh) arasında böyük fərq var. Birincisi ehtiyacdan yuxarı yüksəlib, ikincisi isə ehtiyacını ödəyib.3 - Allah-Taalaya ibadət etməklə insanda qəlb aramlığı yaranar"Mənə ibadət et və məni anmaq üçün namaz qıl!" ("Taha" surəsi, ayə 14)"Allahı çox yad edin, bəlkə nicat tapasınız". ("Ənfal" surəsi, ayə 45)"Agah olun! Allahın zikri ilə qəlblər aram tapar!" ("Rəd" surəsi, ayə 28)Ibadətlə insan zikr məqamına çatır və bu xislətlə ona qəlb arxayınlığı və xoşbəxtlik nəsib olur. Çünki ruhun diqqəti yuxarı yönəlir və nəzərində həmişə öz yüksəlişi durur. "Biz yuxarıdanıq və yuxarı qalxırıq, biz dənizdənik və dənizə gedirik".3 - Ibadətin irfani təsiri 1 - Ibadətlə insan Ilahi qürbə (yaxınlığa) çatıb, oranı özünə mənzil edə bilər. "Səcdə et və (Allaha) yaxın ol!" ("Ələq" surəsi, ayə 19)Səcdədən məqsəd, elə namaz və ibadətdir. Səcdə, namazın ən qabarıq hissəsi olduğu üçün namaz səcdə kimi səciyyələnib. Imam Əli (ə) buyurur:"Allahın ibadəti kimi, heç nə ilə Allaha yaxınlaşmaq olmaz" ("Mizanul-hikmət", hədis 11606).Allaha yaxın olan insan Ilahi xilafətə layiqdir. "Qürbü-nəvafil" hədisinə əsasən, belə insan Allahın gözü ilə görür və Allahın qulağı ilə eşidir. "Qürbü-fəraiz" hədisinə əsasən, bundan da yüksəyi budur ki, Allah bu insanın qulağı və gözü olur.Hədis xəzinələrindən olan bu iki dəyərli hədis, təfəkkür, agahlıq, təqva və qorunmaq açarları ilə açılmalıdır. 2 - Insan ibadətlə Allahın sevimlisinə çevrilir və Allahın sevimlisi isə Ilahi vilayət (övliyalıq) məqamında mənzil salır. "Qürbü-fəraiz" hədisində oxuyuruq:"Heç bir bəndə, vacib buyurduqlarımdan Mənim üçün daha əziz olan bir vasitə ilə Mənə yaxınlaşmadı. Həqiqətən o, nafilə namazı ilə Mənə, onu sevməyimə qədər yaxınlaşar. Sevdiyimə görə onun qulağı olaram ki, onunla eşitsin, gözü olaram ki, onunla görsün, dili olaram ki, onunla da-nışsın və əli olaram ki, onunla zərbə vursun. Məni çağırsa, ona cavab verərəm və əgər məndən nəsə istəsə, ona verərəm". ("Ərbəin hədis", 581)Yəni Allah deyir ki, əgər insan mənim sevimlim olsa, onun bütün idrak və hərəkət qüvvələrini öz öhdəmə götürərəm. Əgər başa düşürsə, mənim elmimin nuru ilə başa düşür. Odur ki, nə çarəsiz qalır, nə də səhv başa düşür. Əgər bir iş görürsə, mənim qüdrətimlə görür. Odur ki, acizliyin və günahın onun işlərinə nüfuz etmə imkanı yoxdur. Əlbəttə, bu məqama çatmaq və Allahın sevimlisinə və məhbubuna çevrilmək daimi seyr və inkişaf tələb edir. Həbibullahın, yəni Allahın həbibinin (sevimlisinin) dalınca getmək, salik əbdi (Ilahi mənzilləri qət edən qulu) Həbibullah edər. Bu dərəcəyə çatmaq təkvini vilayət (hakimiyyət) məqamının şüasıdır."(Ya Muhəmməd)! De: Əgər siz Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin". ("Ali-Imran" surəsi, ayə 31)Təkvini vilayətdən məqsəd budur ki, insan bəndəlik yolunu getmə nəticəsində elə bir kamillik və mənəvi məqama malik olur ki, Allahın əmri və izni ilə insanda və aləmdə dəxalət edə bilir". Imam Əli (ə) buyurur:"Xeybər qapısını cismani qüvvə ilə deyil, Rəbbani qüvvə ilə qopartdım".Imam Sadiq (ə) buyurur:"Übudiyyət elə bir gövhərdir ki, onun zatı rübubiyyətdir". Bəndəliyin həqiqəti, Rəbbani olmaq və Rəbbin məzhəri olmaqdır. Yəni übudiyyət seyri (hərəkəti) ilə insan Ilahi xilafət məqamına yüksəlir.Bəzi Quran ayələri insanda təkvini vilayətin mövcudluğunun əslini isbat edir."Küləyi ona ram etdik ki, onun əmri ilə istədiyi hər yerə rahatca əsib getsin". ("Sad" surəsi, ayə 36)3 - Ibadətin öz görkəmi mələkut aləmində o qədər gözəldir ki, bu aləmdə onun misli yoxdur. Insan o görkəmlə də, məhşur olacaq (yəni Qiyamətdə qalxacaq). Əməl öz amili ilə heç bir mərhələdə ayrılmayacaq. Elə buna görə də gözəl əməl insana gözəllik verəcək. | |
Views: 750 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |