Main » Files » Əqidə » Tövhid |
İLAHİ SİFƏTLƏR
2013-04-03, 6:28 AM | |
Allah təala bir sıra sifət və xüsusiyyətlərə malikdir ki, onları «sübuti» və «səlbi» sifətlərə ayırmaq olar. Sübuti sifətlər Allah təalanın uca məqamı və kamalından xəbər verən sübuti sifətlər aşağıdakılardan ibarətdir: 1-Vəhdət (Allahın tək və yeganə olması). 2-həyat (Allahın həmişə diri olması). 3-Həqq (Allahın həmişə sabit olması). 4-Qəni (Allahın ehtiyacsız olması). 5-Səməd (Allahın möhkəm və ehtiyacsız olması). 6-Qəyyum. (Allahın Öz zatına arxalanması). 7-Qüdrət (Allahın hər bir şeyə qadir və bacarıqlı olması). 8-Alim (Allahın bilici olması). 9-Bəsir (Allahın hər şeyi görməsi). 10-Səmi' (Allahın hər şeyi eşitməsi). Qur'ani-kərimdə qeyd olunmuş ilahi sifətlər çoxdur və biz bu on sifəti sadalamağa kifayətlənirik. İlahi sifətlər Allah zatının özüdür və bu sifətlərlə Allahı vəsf etmək, Onun müqəddəs zatını yad etməyə kifayət edər. Qeyd etmək lazımdır ki, Allahın bu müqəddəs sifətlərini dərk etmək biz insanların ağılından xaric bir şeydir. Çünki insanların ağıl və düşüncəsi məhdud, Allahın bu uca sifətləri isə nəhayətsiz və mütləqdir. Mütləq və nəhayətsiz bir vücud da məhdud bir yerdə yerləşə bilməz və dərk olunmaz. Həmçinin Allahla müqayisə oluna biləcək bir şey olmayıb və olmayacaqdır. Qur'ani-kərimdə belə buyurulur: «(O uca məqamlı) Allahın oxşarı olan Heç bir şey yoxdur.»1 İmam Səccad (əleyhis-salam) buyurur: Allah-təala insanların zehnində müəyyən bir sifətlə vəsf olunmaqdan ucadır. Çünki onun sifətlərinin həddi-hüdudu yoxdur. Səlbi sifətlər. Səlbi sifətlər dedikdə, Allahın müqəddəs zatının bir sıra sifətlərdən uzaq və uca olduğu nəzərdə tutulur. Diqqətinizi Qur'ani-kərimdə gəlmiş bir neçə səlbi sifətlərə cəlb edirik: 1-Allahın oxşarının olmaması: 2-Allahın övladının olmaması; 3-Allahın başqasından doğulmaması; 4-Allahın gözlə körünməməsi; 5-Allah elminə çatmağın mümkünsüzlüyü; Qeyd etmək lazımdır ki, Onun elminə çata bilən peyğəmbər və imamlar Allahın bütün elminə deyil, yalnız Onun izni ilə elminin müəyyən bir hissəsinə çata bilərlər. Bunu da qeyd etməliyik ki, sadaladığımız «sübuti» və «səlbi» sifətlər sağlam ağıl və düşüncə ilə də isbat oluna bilər. 1-«Bəqərə» surəsi, ayə.255 | |
Views: 748 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |