Main » Files » Əqidə » Tövhid |
Allahı necə çağırmalı?
2013-01-27, 0:38 AM | |
Hədisi nəql edən deyir: "Mən İmam Sadiqə (ə) dedim ki, Quranda iki ayə var, onu axtarıram, ancaq tapa bilmirəm. İmam (ə) buyurdu: "Bu iki ayə hansıdır?” Dedim: "Allah Təala buyurur: "Məni çağırın ki, sizin dualarınızı qəbul edim”. Biz bu ayəni oxuyuruq, dua edirik, ancaq yerinə yetmir”. İmam (ə) buyurur: "Güman edirsən ki, Allah vədinə xilaf çıxıb?” Dedim: "Yox”. Buyurdu: "Bəs niyə yerinə yetmir?” Dedim: "Bilmirəm”. Buyurdu: "Ancaq mən səni agah edim. Hər kim Allahın ona verdiyi əmrlərə itaət edərsə, onu duada çağırarsa, yerinə yetirər”. Dedim: "Dua etməyin yolu necədir?” İmam (ə) buyurdu: "Allahın həmdi ilə başlayırsan, sənə verdiyi nemətləri bir-bir dilinə gətirirsən, sonra Ona şükür edərsən, sonra Peyğəmbərə (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərərsən, günahlarını yadına salarsan, onları etiraf edərsən, onlardan Allaha pənah apararsan - budur dua”. İmam (ə) buyurdu: "Bəs o biri ayə hansıdır?” Dedim: "Allah Təala buyurur: "O şeyi ki, infaq edirsiniz, Allah onun əvəzini verər. O, ən gözəl ruzi verəndir”. Mən infaq edirəm, ancaq əvəzini görmürəm”. İmam (ə) buyurdu: "Güman edirsən ki, Allah vədinə xilaf çıxıb?” Dedim: "Yox”. Buyurdu: "Bəs niyə onun əvəzini verməmişdir?” Dedim: "Bilmirəm”. Buyurdu: "Əgər kimsə halal mal əldə edərsə, halal yolda infaq edərsə, dirhəmi hələ infaq etməmiş Onun əvəzini verər”. (İslami saytlara istinadən/ Deyerler.org) | |
Views: 815 | Downloads: 0 | Rating: 5.0/2 |
Total comments: 0 | |