Bazar günü, 2024-12-22, 8:22 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Tövhid

ALLAHI KİM YARATMIŞDIR?
2013-04-03, 6:18 AM
ALLAHI KİM YARATMIŞDIR?

Allahın varlığı haqda tədqiqat aparan şəxslər, həmçinin Onun varlığında şübhə edən insanlar arasında «Allahı kim yaratmışdır? kimi bir sual meydana çıxır ki, bu suala bir neçə mərhələdə cavab vermək olar:

Birinci: Allah təala başqasının məxluqu olsaydı, öz ilahi dəyərini əldən verər və biz, artıq bundan sonra ağıl və fitrətin hökmünə əsasən onun deyil, onu yaradanın ardınca gedib o (Allaha) sitayiş edərdik.

İkinci: «Allahı kim yaradıb?» sualı «duzun duzluğu haradandır?» və ya «yağın yağlılığı kimdəndir?» suallarına bənzəyir. Hər bir şey duzlu və ya yağlı olsun deyə ona bu şeylərdən əlavə olunar, amma özlərinin duzlu və ya yağlı olması ayrı bir şeylə deyildir.

Çünki Allah təala həqiqi varlıq olub bütün valıqları yaradandır.

Üçüncü: İnsanın ağıl və dərrakəsinin məhdudluğuna görə bu sualı soruşanların təqsirindən keçmək olar.

Çünki belə bir məhdud ağıl Allahın zatı və yaranışı haqda fikirləşərsə bundan başqa bir şeyi başa düşə bilməz.

Həzrət Əmirəl Mö'minin imam Əli əleyhissalam bu barədə buyurur:

«Şübhəsiz Allah təala gözlərə körünmədiyi kimi (insan) ağlının idrakından da xaricdir.»

Nəticə: Allah təala cisim deyil və Onun yaradanı və xaliqi yoxdur. Allahın xaliqi olsaydı, ona deyil onun xaliqinə sitayiş etməli olardıq.

Həmçinin O, bütün varlıqların yaradanı olaraq bəşəriyyətin ağıl və idrakından xaric bir varlıqdır.

Bu haqda sözümüzü həzrət İmam Sadiq (əleyhissalam)-ın kəlamı ilə sona bitiririk ki, o həzrət (ə) buyurur: Həqiqətən Allah təbarək və təala zaman, məkan, hərəkət, intiqal, və sükun ilə vəsf olunmaz, əksinə O, zaman, məkan, hərəkət, sükun və intiqalın yaradanıdır. (Və) zalımlərın dediklərindən çox-çox ucadır.1



1-Səfinətül-bihar, 7-cild,səh-548
Category: Tövhid | Added by: Ənfal
Views: 695 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]