Main » Files » Əqidə » Tövhid |
ALLAHI GÖRMƏK OLARMI?
2013-04-01, 5:31 AM | |
Bə'zi şəxslərin, xüsusilə də dinsizlərin iddiasına görə, insanın görmədiyi bir şeyə iman gətirib ona ibadət etməsi ağılsızlıqdır. Bu suala da bir neçə mərhələdə belə cavab vermək olar: Birinci: Birinci sualın cavabında qeyd etdiyimiz kimi, Allah təala cisim deyil və yalnız maddi olan şeylər gözlə görünüb, hiss ilə dərk oluna bilər. İkinci: Göz ilə görünməyən bir çox varlıqlar vardır ki, Allahı inkar edənlər özləri də onlara inanır və gündəlik həyatlarında ondan söz açırlar ki, ağıl, ağrı, qəzəb, və s..kimi xüsusiyyətləri buna misal vurmaq olar. Nəql olunmuş rəvayətə əsasən günlərin bir günü həzrət İmam Sadiqin (ə) şagirdlərindən biri o həzrətin «Allahın gözlə körünməməsi», «Şeytanın Qiyamət günü odda yanması», həmçinin «insanın ixtiyarlı olması» haqda buyurduğu sözlərə e'tiraz edib dedi: Məgər görünməyən varlığa iman gətirmək olarmı? Məgər oddan yaranmış Şeytan odda yana bilərmi? Məgər insan ixtiyar sahibi ola bilərmi? və s... İmam Sadiq əleyhissalamın «Bəhlul» adlı digər bir səhabəsi bu sözləri eşitcək yerdən bir kəssək götürüb ona tulladı və onun başı al qana boyandı. O, Bəhluldan şikayət etdi və hər ikisi məhkəməyə çağrıldılar. Birinci başı yarılmış səhabə sözə başlayaraq başının bərk ağrımasından şikayətləndi və ... Bəhlul isə özünü müdafiə edərək belə dedi: Əvvəla bu şəxs yalan danışır. Çünki baş ağrısı gözə görünmür və o, bir neçə saat bundan qabaq gözlə görünməyən varlıqları inkar edirdi. İkincisi: İnsan torpaqdan yaranmışdır və mən onu torpaqla vurmuşam. Lakin o, Şeytanın oddan yaranmasını əldə əsas tutub onun od ilə cəzalandırılmasını inkar edirdi. Üçüncü: Bunun dediyinə görə insanlar heç bir ixtiyara malik deyildir və onların ixtiyarı Allahın əlindədir. Gördükləri işlərə görə də Allah taala özü məs'uliyyət daşıyır. Belə olan halda onun məndən şikayətlənməsi mə'nasız və ağılsızlıqdır. Çünki o, məndən deyil Allahdan şikayət etməli idi!... Üçüncü: Bir sıra Qur'an ayələri və rəvayətlər, həmçinin sağlam ağıl hökmünə əsasən Allahın gözlə görünməsi qeyri-mümkündür: 1-Ən'am surəsi, ayə.103 «Gözlər Allahı görə bilməz.» 2-Ə'raf surəsi, ayə.143. «(Musa peyğəmbər) dedi: İlahi özünü mənə göstər. (Allah-təala) buyurdu: Sən heç vaxt məni görə bilməzsən.» Allah təala Qiyamət günündə görsənsəydi, Həzrət Musaya (ə) belə bir və'də verilərdi. Lakin «heç vaxt məni görməyəcəksən» sözü ilə özünün gözlə müşahidə olunacağını qeyri-mümkün e'lan etmişdir. 3-hədisi-Qüdsi: Allah təala buyurur: «Mənim məxluqlarım arasında nə yer, nə də göy məni dərk etməyə qadir deyildir. Məni dərk edən, təkcə mö'min bəndəmin qəlbidir.» Həzrət Əmirəl Mö'minin İmam Əli əleyhissalam buyurur: «Allah təala gözlər vasitəsi ilə görünmədiyi kimi, ağıl vasitəsi ilə də (lazımınca) dərk olunmaz. Yalnız ürəklər Onu imanın həqiqətləri ilə (dərk edib) görməyə qadirdir.» Tohid fəslini Həzrət İma Riza (əleyhis-salam)-ın «Qurrət» adlı bir şəxslə Allah barəsində etdiyi mübahisə ilə sona çatdırırıq: Qurrət adlı bir şəxs imam Riza əleyhissalamın hüzurunda bir sıra məsələlər barədə sual-cavab etdi. Söz «tohid»-ə çatdıqda soruşdu: Allah haradadır? İmam əleyhissalam: «Hara» sözü məkan bildirən bir ifadədir və bu cür sual aşkarda olanın qeybdə olan şəxsdən sualı kimidir. Öz dostunun evinə daxil olub onu evdə görmədikdə «mənim dostum haradadır?» sözünü dediyin kimidir. Lakin Allah təala qeybdə deyildir ki, ayrı bir şəxs Onun olduğu yerə daxil ola bilsin. O, hər bir məkanda olub cahanın idarə edəni, həmçinin göylər və yeri xəlq edib onları saxlayandır. -Allah asimanın üstündə deyilmi? İmam əleyhissalam: O, göylərdə və yerdə olan Allahdır. O, sizi analarınızın rəhmində yaradan (və) sizin olduğunuz hər bir yerdə olan Allahdır.... -Allah hər yerdədirsə, nə üçün dua edərkən əllərinizi göyə qaldırırsız? İmam əleyhissalam: Allah təala öz hikməti əsasında bəndələrindən müxtəlif ibadətlər istəmişdir ki, onların bə'zisi danışıq, bə'zisi əməl və bə'zisi isə müəyyən bir yerə diqqət yetirməyə bağlıdır. Məsələn, Allah təala namaz vaxtı Kə'bəyə tərəf durmağımızı, həmçinin həcc və ümrə əməllərini ona tərəf yerinə yetirməyimizə fərman vermişdir. İbadətlərin növlərindən biri də duadır ki, Allah təala öz bəndələrindən dua vaxtı onun qarşısında təvazökarlıq, pərəstiş və kiçiklik əlaməti olaraq əllərini açıb göylərə tərəf qaldırmasını istəmişdir. -Mələklər Allaha yaxındır, yoxsa yer əhli? İmam əleyhissalam: Yaxınlıq dedikdə qarış və s. şeylərlə ölçülən məsafəni nəzərdə tutursansa, belə bir yaxınlığı Allah barəsində təsəvvür etmək qeyri-mümkündür... Allah təala özünün ən uca məxluqlarını idarə etdiyi kimi, ən aşağı səviyyədə olan məxluqlarını da nəzarətsiz buraxmamışdır. Allah təala bu böyük kainatı idarə etməkdə əziyyət və zəhmət çəkməz, başqasına möhtac olmaz və yorulmaq bilməz. Amma yaxınlıqdan məqsədin mə'nəvi yaxınlıq olsa, (insan və mələk olmasına baxmayaraq) Allah hökmlərinə daha çox əməl edən kəs, Allaha daha çox yaxındır. | |
Views: 798 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |