Çərşənbə axşamı, 2020-07-07, 4:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Xeyir nədir? Xeyrin sirrini harada bilmək olar?
2013-05-08, 9:15 AM
Xeyir nədir? Xeyrin sirrini harada bilmək olar?

 Xeyir behiştdəki bulağın adıdır və mənbəsini Kövsərdən götürmüşdür. Kövsər isə mənbəsini ərşdən götürür. Bu bulağın üzərində vəsilərin və davamçılarının evləri inşa edilir.


Xeyir nədir?

İnsanların bu dünyadakı işləri xeyir və şər kimi iki hissəyə bölünür. Bəs xeyir nədir?

Muhəməd ibni Müslim deyir: "İmam Baqirdən (ə) eşitmişəm ki, buyurub: "Allah öz kitablarının birində nazil etmişdir ki, buyurub: "Mənəm, Mən o Allaham ki, Məndən başqası pərəstişə layiq deyildir. Xeyiri də yaratdım, şəri də. Xoş olsun o insana ki, əli ilə xeyiri yerinə yetirərəm. Pis olsun o insana ki, əli ilə pis işi yerinə yetirərəm. Vay olsun o kəsə ki, desin: nə oldu, nə oldu?””.

Xeyir elə bir şeydir ki, hamı ona can atır. Faydalı olan hər şey kimi. Xeyirin əksi şərdir. Xeyir iki cür olur: ümumi xeyir, yəni o şey ki, hər halda və hamı tərəfindən bəyənilir, rəğbətlə qarşılanır. Peyğəmbərimizin (s) behişti təsvir etdiyi kimi. İkincisi isə xeyir bəziləri üçün xeyir və bəziləri üçün isə şərdir. Mal-dövlət kimi, biri üçün xeyirdir və o biri üçün şər."Sizin üçün belə yazılıb və qərara alınıb ki, birinizin ölümü çatan zaman, əgər özündən sonra bir mal qoyursa, öz ata-anası və yaxınları üçün (İslam şəriətində müəyyən edilmiş irsdən əlavə) gözəl bir tərzdə vəsiyyət etsin. (Bu hökm, vacib haqdan əlavə) pəhrizkarların öhdəsinə düşən bir haqdır”. ("Bəqərə” 180).

Alimlərin bəzisi deyir ki, heç bir mala xeyir demək olmaz. Ancaq o halda demək olar ki, çox olsun və pak yerdən əldə edilsin. Nəql edilir ki, səhabələrindən biri İmam Əlidən (ə) soruşur ki, mən də vəsiyyət edimmi? Həzrət (ə) buyurur: "Yox. Çünki Allah-Təala "Bəqərə” surəsinin 180-cı ayəsində buyurur ki, çoxlu malı olsa. Sənin isə çoxlu malın yoxdur ki, vəsiyyət edəsən”.

Hüseyn ibni Əyin nəql edir: "İmam Sadiq (ə) buyurur: "Bir nəfər başqasına deyir: Allah sənə xeyirli mükafat versin. Xeyirin mənası nədir? Buyurur: Xeyir - behiştdəki bulağın adıdır. Bu bulaq Kövsərdən mənbə alır. Kövsər də ərşdən mənbə alır. Onun üzərində vəsilərin və davamçılarının mənzilləri inşa edilər”.

Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Həqiqətən behiştdə bulaq vardır ki, hər iki tərəfindən hurilər bitər. Əgər möminlərdən biri onunla rastlaşsa və ondan xoşu gəlsə, onu yerindən qopardar və Allah onun yerinə başqa hurini bitirər”.

İmam Əlidən (ə) soruşurlar ki, xeyir nədir və o, cavabında buyurur: "Xeyir o deyildir ki, mal və övladın çox olsun. Bəlkə xeyir odur ki, elmin çox, səbrin böyük və dəyərli olsun. Allaha pərəstişdə insanların arasında başıuca olasan. Ona görə də əgər yaxşı iş görsən, Allahın şükrünü yerinə yetirmiş olarsan. Əgər pis iş görsən, Allahdan bağışlanma istə. Bu dünyada iki kəsdən başqası üçün xeyir yoxdur. Biri günahkardır ki, tövbə ilə günahını aradan qaldırar. Biri isə xeyirxahdır ki, xeyir işlərə tələsər”.

Başqa yerdə buyurur: "O xeyirin ki, ardınca atəş olar, xeyir olmaz. O şərin ki, ardınca behişt olar, şər olmaz. Behiştsiz olan hər nemət dəyərsizdir. Cəhənnəmsiz hər bəla aqibətdir”.

İmam Əli (ə) Quranı xeyir mənbəyi kimi tanıtmışdır. Ona müraciət edərək xeyrin sirrini əldə edə bilərik. Şərdən uzaq ola bilərik. Bu haqda buyurur: "Həqiqətən, Allah hidayət edən böyük kitab göndərmişdir. Yaxşılıq və pisliyi, xeyir və şəri aşkar şəkildə bəyan etmişdir. Ona görə də yaxşı işlər görün ki, hidayət olasınız. Şər və pislikdən çəkinin ki, düz yolda qərar tutasınız”.



(Tebyan/ Deyerler.org)
Category: Əqidə | Added by: Ənfal
Views: 511 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]