Cümə axşamı, 2024-04-18, 11:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

QURANDA YƏQİNLİK
2013-04-02, 8:21 AM
0QURANDA YƏQİNLİK
Predikatın predmetə isbatı, eləcə də predikatın predmetdən inkarının qeyri-mümkünlüyünə, hər iki hadisədə birinci və ikinci etiqadın aradan getməməsinə "yəqin”lik deyilir. Buna əsasən "yəqin”in dörd şərti var. Bu şərtlər daxilində güman və şəkk, hətta nadanlıq yəqinlik çərçivəsindən xaric olur. Çünki güman və şəkdə predikatın sübut olunmasında, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyündə yəqinlik mövcud deyil. Nadanlıqda da predmetin predikata sübutuna, eləcə də predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünə yəqinlik yoxdur. Lakin bu iki yəqinin hər ikisi şübhə ilə, yaxud onun əksinə göstərilən dəlillə aradan qalxır. Yəqin isə heç vaxt aradan getmir.
Qurani-kərim yəqin üçün qeyd olunan dörd şərtdən yaranan zərurəti "la rəybə fihi” (onda heç bir şəkk-şübhə yoxdur) və buna bənzər ifadələrlə bəyan etmişdir. Məsələn buyurur:
"Bu (Quran ), heç bir şəkk-şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır.” ("Bəqərə” surəsi, ayə: 2. )
Ayədə qeyd olunan "ra rəybə” (heç bir şəkk-şübhə yoxdur) ifadəsinin mənası budur ki, Quran inkaredilməz bir həqiqətdir. Bu kitabda tövhidə və məada dəvət, vəhy və risalət iddiası olduğundan onun müddəaları da inkaredilməz bir həqiqətdir.
Başqa bir ayədə belə buyurulur:
"Ey Rəbbimiz! Həqiqətən, olacağına şübhə edilməyən bir gündə bütün insanları (bir yerə) toplayan Sənsən!” ("Ali-İmran” surəsi, ayə: 9. )
Ayənin mənası budur ki, Allah-taalanın insanları bir yerə toplayacağı gün labüd həqiqətdir.("Mərifətşinasi dər Quran”, Cəvadi Amili, 13-cü cild, təfsiri mozuyi, səh. 255-256.)
Quranda yəqin sözünün, öncə qeyd olunan mənası həmin sözdən düzələn digər sözlərlə bir neçə dəfə təkrarlanmışdır.(Bax: "Rəd” surəsi, ayə: 2; "Bəqərə” surəsi, ayə: 4 və 118; "Maidə” surəsi, ayə: 50; "Nəml” surəsi, ayə: 3 və 82; "Rum” surəsi, ayə: 60; "Loğman” surəsi, ayə: 4; "Səcdə” surəsi, ayə: 24; "Casiyə” surəsi, ayə: 4 və 20; "Tur” surəsi, ayə: 36; "Hicr” surəsi, ayə: 99; "Vaqiə” surəsi, ayə: 95; "Haqqə” surəsi, ayə: 51; "Muddəssir” surəsi, ayə: 47; "Nisa” surəsi, ayə: 157; "Ənam” surəsi, ayə: 75; "Şüəra” surəsi, ayə: 24; "Duxan” surəsi, ayə: 7; "Zariyat” surəsi, ayə: 20.)

YƏQİNLİYİN DƏRƏCƏLƏRİ
Quran baxımından yəqinliyin müxtəlif dərəcələri var: "Elmül-yəqin”, "eynül-yəqin” və "həqqül-yəqin”.
Qurani-kərim "elmül-yəqin”i "eynül-yəqin”ə çatmaq üçün bir körpü ünvanında tanıtdırır.("Təkasur” surəsi, ayə: 5-6. )
Əgər yəqinlik zehni mərifətdən əyani mərifətə çevrilsə, insan zehni cəhətdən inandıqlarını öz gözləri ilə müşahidə edər. Allah-taala "Təkasur” surəsində buyurur: "Əgər insan "elmül-yəqin” mərhələsinə çatsa, cəhənnəmi görə bilər.” Yəni, biz "elmül-yəqin” mərhələsinə çatsaq, bizi bu mərhələ ilə tanış edən müqəddiməmiz də var.
"Eynül-yəqin” mərhələsindən yüksək mərhələnin adı "həqqül-yəqin”dir. Bu mərhələdə insan nəinki haqqa şahid olur, həm də Allahdan qeyrisini unudur və ilahi mərifətdə qərq olur. Quran baxımından "həqqül-yəqin” mərifətdə ən üstün bir yəqin deməkdir.("Haqqə” surəsi, ayə: 51; bax: "Mərahili ixtilaf dər Quran”, (təfsiri mozuyi), Cəvadi Amili, "yəqin” bölümü, 11-ci cild, səh. 351-356. )
Ümumiyyətlə, diqqət yetirmək lazımdır ki, nəzəri və zehni yəqinlik həqiqətdə predikatın predmet üçün sübut olunmasını, predikatın predmetdən alınmasının qeyri-mümkünlüyünü bilməkdir. Bu iki yəqin və biliyin aradan qalxmasının qeyri-mümkünlüyünü müşahidə etmək yəqinə çatmaqdan və canlı şəkildə müşahidədən fərqlənir.
Quran ayələrində yəqin məsələsi ilə əlaqədar belə nəticələr əldə etmək olar:
1-İlahi ayələri Allah barəsində yəqinlik hasil etmək üçün bir növ səbəb hesab etmək olar.(v)
2-Özünü xəyallardan, zehnin batil göstərişlərindən nadanlığa qərq olmaqdan qoruyanlar təqvanın yüksək mərhələsinə nail olanlar və axirət aləminə inananlardır.("Bəqərə” surəsi, ayə: 4. )
3-Mərifətsiz və təlaşsız yəqin mərhələsinə çatmaq qeyri-mümkündür.("Hicr” surəsi, ayə: 99. )
4-Yəqindən bəhrələnənlər heç bir maneədən qorxmadan öz yollarına davam edirlər.("Səcdə” surəsi, ayə: 24; bax: "Şenaxt əz didqahi elmi və didqahi Quran”, səh. 493-499. )
5-Yəqin mərifət və elmin xarici nümunələrindən olduğu üçün məlumlara aid edilir. Məlum olan "Əsmayi-hüsna”nın (Allahın gözəl adlarının) sayı çox olduğundan, mərifətlər və yəqinlər də müxtəlifdir. Hər bir mərifət öz həddində yəqindən bəhrələnir. Məhz bu səbəbdən yəqin üçün onun xarici nümunələrini nəzərə almaqla müxtəlif formalar təsəvvür etmək olar.
6-Yəqinin ən yüksək dərəcələri "elmül-yəqin”, "eynül-yəqin” və "həqqül-yəqin”dir("Təsnim” (Qurani-kərimin tərtibi təfsiri), Cəvadi Amili, 2-ci cild, səh. 205-206. )
7-Yəqinin bağlılıqları – Allahın gözəl adları məhdud olmadığından, yəqinliyi, yaxud müşahidə mərhələsini xüsusi çərçivədə yəqinin son mərhələsi hesab etmək olmaz. Yəqinin həqiqəti çeşidli nurdan ibarətdir. O həm artır, həm də hüdudsuzdur.(Yenə orada; eləcə də "Mizanul-hikmə”, Məhəmməd Məhəmmədi Reyşəhri, 10-cu cild, səh. 790.)

SUAL 4: Qurani-kərimin müxtəlif ayələrində bəyan olunan küfr, şirk, nifaq və imanda məqsəd nədir? Hansı amillər onların yaranmasına səbəb olur? Özümüzü tanımaq məqsədilə insanları bu əsas üzərində necə tanıya bilərik? Mən şirk və ikiüzlülüyün bəzi əlamətləri ilə tanışam. Bu əlamətlər məndə də mövcuddur. Buna görə çox narahatam. Onları aradan qaldırmaq üçün mənə yol göstərin!


Category: Əqidə | Added by: Ənfal
Views: 785 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]