Cümə axşamı, 2024-03-28, 5:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA
2013-04-03, 6:08 AM
QURANDA ŞƏKK EDƏNLƏR HAQQINDA

Diqqət yetirmək lazımdır ki, Qurani-Kərim "şəkk edənlər” dəlil və sübut sorağında olanlar mənasında deyil. Məqsəd xəstəliklə bağlı olan şəkkə düçar olub, yəqinə çatmağı və şəkk-şübhənin aradan qalxmasını qeyri-mümkün bilən şəxslərdir. Buna əsasən, Qurani-kərimdə şəkk edənlər iki qrupa bölünür:
Birinci qrup: "Bilmirəm” və "başa düşmürəm” deməklə şəkk-şübhəyə düçar olduqlarını bildirənlər. Yəni bu qrup şəkk edənlər açıq-aydın ayələri görə-görə yaradan, məad, vəhy, dini təlimlər və prinsiplər barəsində şəkk edirlər.(Bax: "İbrahim” surəsi, 9-10-cu ayələr; "Hud” surrəsi, 62-ci ayə; "Yunis” surəsi, 104-cü ayə; "Nəml” surəsi, 66-cı ayə... )
İkinci qrup: Allahı, nübüvvəti və məadı inkar edən şəxslər. Lakin onlar həqiqətdə bu məsələlər barəsində yəqin həddinə çatmamış və şəkkə düçar olmuşlar. Başqa sözlə, onlar heç bir sübutları olmadığı halda, dini prinsipləri dildə inkar edir və məsələyə şübhə ilə yanaşırlar.("Casiyə” surəsi, 24 və 32-ci ayələr; "Qaf” surəsi, 2-3-cü ayələr; "Muminun” surəsi, 33 və 37-ci ayələr. )
Quran baxımından, şəkk edənlər məhz hiss olunmayan məsələləri danırlar. Onlar əmin olmadıqlarını iddia etdikləri halda, peyğəmbərlərin dəvətinin batil olmasını sübuta yetirən heç bir dəlil göstərmirlər.(Bax: "Şenaxtşenasi dər Quran”, səh. 181-182. )

ŞƏKKİN TƏSİRLƏRİ

Qurani-kərimin tövhid, məad, risalət, vəhy və digər dini məsələlərlə əlaqədar ayələrinə diqqət yetirdikdə iki əsas nöqtə ilə rastlaşırıq.
1-Şəkk-şübhə ya qəlbdə, ya dildə, ya da həm qəlb, həm də dildə inkara səbəb olur.("İbrahim” surəsi, ayə: 9-10; "Nəml” surəsi, ayə: 66; "Casiyə” surəsi, ayə: 32; "Muminun” surəsi, ayə: 69; "Bəqərə” surəsi, ayə: 23 və s. )
2- Bu şəkk bəzən müşriklərə("Nəml” surəsi, ayə: 66; "Hud” surəsi, ayə: 62 və 110. )
, bəzən də kafirlərə("Səbə” surəsi, ayə: 54; "Fussilət” surəsi, ayə: 45; "Qaf” surəsi, ayə: 2-3. )
aid edilir.
Demək, şirk və küfrə səbəb olan amillərdən biri də şəkk-şübhədir.
Bir incəlik: Qurani-kərim ayələrində qeyd olunan "rəyb”in "şəkk” dən müəyyən fərqləri var. "Rəyb” lüğətdə böhtan və bu kimi bir şeylə birgə şəkk və nadanlıq nəticəsində nəfsdə yaranan iztirablı (həyəcanlı) haldır. Buna əsasən, ayələrdə qeyd olunan "murib” şəkk sifəti qərar verilmişdir; yəni həyəcan yaradan şəkk. "Səba” surəsinin 54-cü ayəsini misal göstərmək olar. Həmin ayədə buyurulur: "Kafirlər "murib” (şəkk) içində idilər.” Yəni onlar həyəcanla birgə şəkkə düçar olmuşdular. Bəzən insan (misal üçün) filan ağacın ildə neçə dəfə bar verdiyini bilmir. Bu zaman (Quran ayələrində qeyd olunan) "reyb” yox, şəkk yaranır. Bəzən isə (misal üçün) filan yolda bir quldurun pusquda durub-durmaması bilinmir. Burada insanda şəkk-şübhədən əlavə, həyəcan da yaranır.("Quran dər Quran” (Təfsiri mövzuiyi Qurani-kərim), Cəvadi Amili, 1-ci cild, səh. 361-362. )
Category: Əqidə | Added by: Ənfal
Views: 484 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]