Cümə günü, 2024-04-19, 11:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

"Əraf" surəsinin 180-ci ayəsindən çıxan bəzi dərslər
2013-04-21, 1:26 PM
"Əraf" surəsinin 180-ci ayəsindən çıxan bəzi dərslər

(mötəbər təfsirlər mənbələrinə istinadən)

وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ
"(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır)". ("Əraf", 180)1) Bütün ən gözəl və ən üstün adlar Allaha aiddir. (و للّه الأسماء الحسنى)2) Yalnız Allah Təala bütün ali kamallara malikdir və hər bir nöqsan və əskiklikdən mütləq olaraq münəzzəh və pakdır. (و للّه الأسماء الحسنى)3) Allahdan başqa bütün başqa varlıqlar nöqsanlara və əskikliklərə malikdirlər və mütləq kamala malik deyillər. (و للّه الأسماء الحسنى)4) Allah Təala bütün əsmaul-hüsnaya (ən ali kamallara) malik olduğundan, zəruridir ki, istəmək və dua üçün Onun dərgahına üz tutulsun. (و للّه الأسماء الحسنى فادعوه بها)5) Allah Təalanı nöqsan və əskiklik səciyyəli sifətləndirən kəslərdən uzaq durmağın lazımlığı bəlli olur. (و ذروا الذين يلحدون فى أسمئه)6) Allah Təalaya bütün ali kamallara malik və bütün nöqsan və əskikliklərdən pak halda etiqad etmə, Ona pərəstiş və ibadət etməni zəruri edir. (و للّه الأسماء الحسنى فادعوه بها)
/Deyerler.org/
Category: Əqidə | Added by: Ənfal
Views: 601 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]