Cümə günü, 2024-04-26, 9:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Əqidə

Qəflətdə olan alimlər barədə
2013-06-20, 8:43 PM

Qəflətdə olan alimlər barədə

 

(Erfan saytına istinadən)

Müqəddəs dinimiz elm adamlarının qəflətdə  olmasını çox məzəmmət edir və böyük təhlükə  hesab edir.

"(Səmavi) kitabı oxumağınıza baxmayaraq, camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!” ("Bəqərə” 44).

İmam Əli (ə) bəzi alimlər haqqında buyurur: "Başqa bir insanlar vardır ki, alim adını almışdılar. O, alim deyildir, bu ağılsızlar cəhaləti nadanlardan və yolunu azmağı yolu azanlardan kəsb etmişdilər. Aldadıcı kəndirlərdən tələləri insanların ayaqlarına bağlayıblar”.

Əllamə Cəfəri bu hədisin mənası haqqında buyurur: ""O, çalışmış, gecə və gündüzlərini bildiyi şeylər üçün, alim olduğu üçün ondan öyrənilməlidir”, - deyə keçirər. Çünki bu ağılsız insan həyatının hədəfini "bəh-bəh”, "əhsən”, sözlərini eşidərək, davamçılarının addım səslərini arxasında eşidərək, onun əzəməti qarşısında insanların təəccüb etməsində görür”.

Bir neçə söz bu kitabdan və bir neçəsi də o biri kitabdan, bir qədər xoşa gələn söz risalədən, arifcəsinə göz hərəkətləri edərək, özünü alim kimi nümayiş etdirər. Bəlkə agahlıq tənəsindən qorxduğu üçün, ilk növbədə özünü Allahın şagirdi adlandırar. Əgər həyat aman verərsə, "mənim davam Allahladır” kimi dəhşətli mülahizələrə belə girişər.

Bu ovçu bəzən çox sayda məharətlər əldə edir. Öz istəklərinə elə gözəl bir sima geyindirir ki, onu elm kimi nümayiş etdirir. Sadəlövhlər isə bu simanı müşahidə edən zaman özlərini tamamilə onun "elminin” ağuşuna atırlar. Zaman keçdikcə daha çox sadəlövhləri özünə tərəf cəlb edər. Özü də bu yəqinə çatar ki, əgər mən bu dünyada xəlq olmasaydım, varlıq aləminin hikməti həyata keçməzdi.

İmam Əli (ə) başqa yerdə buyurur: "İlahi kitabı batil nəzəriyyələri ilə təfsir edərlər. Haqqı öz havayi-nəfsinə tərəf qaytararlar. İnsanları böyük hadisələr və ya xatalara görə rahatladarlar. Böyük günahları onlar üçün dəyərsiz cilvələndirərlər”.

Əgər bu nadan öz elminin məhdud olmasını etiraf etsə, şübhəsiz ki, insanların ayağına bağladığı tələlər aşkar olar. Bəs, nə etməlidir? İlk növbədə ağıl və vicdanını işdən salmalıdır. Qoymur ki, bu ikisi meydana daxil olsun. Sonra Quran və sünnəti mum kimi havayi-nəfsinin istədiyi şəkillərə salar. Özünü Quran maarifinə alim bir insan kimi tanıdar. Ona görə də hamının ona möhtac olduğunu vurğulayar.

"Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq, yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər”. ("Muminun” 71).

 

"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. ("Zəlzələ” 7-8).

 

İmam Əli (ə) cahil alimləri həmişə məzəmmət etmiş və onları kəskin şəkildə tənqid etmişdir. Çünki bir cəmiyyəti ancaq bu cür insanlar məhvə tərəf sürükləyə bilərlər. Adları alim olduğu üçün, sadəlövh insanları daha tez aldadıb, öz batil əqidələrini onların zehninə yeridirlər. Xüsusilə də cavanların beynini bu batil əqidələrlə yuyub, bir cəmiyyəti məhvə doğru aparırlar.

İmam Əli (ə) buyurur: "Üzləri insan üzü və qəlbləri heyvan qəlbidir. O, nə hidayət qapısını tanıyır ki, onun ardınca getsin. Nə də zəlalət qapısını müəyyən edə bilir ki, ona daxil olmaqdan imtina etsin. O, dirilərin içərisində olan bir ölüdür”.

 

O zaman ki, insanın ağıl və vicdanı  ölər, insan insanlığından çıxar və bir heyvana çevrilər. Bu iki hidayətçisi olmadığı üçün nə hidayət qapısını tanıyar, nə də zəlalət. Ona görə də onun həyatı həqiqi insanın həyatı kimi olmaz. Bu insan - gəzən bir ölü kimi olar.

Allah bizləri bu cür alimlərdən qorusun və  bizləri Allahın rəhmət və lütfündən məhrum etməsin.

 

Hazırladı: Məşhədi Xanım,

(Deyerlər)

Category: Əqidə | Added by: Ənfal
Views: 780 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]